sitename
» » » İmam Sadiq ələyhis-salamın həyatı haqqında qısa məlumat
Saytın xəritəsi Saytın xəritəsi
 
Vilayət və İmamətin altıncı parlaq ulduzu İmam  Sadiq ələyhis-salamİmam Sadiq ələyhis-salamın həyatı haqqında  qısa məlumat
 
Ləqəbləri: Sadiq, Tahir, Qaim, Kafil, Münci, Sabir, Müsəddiq, Mühəqqiq, Kaşifül-həqaiq.
Künyəsi: Əbu Əbdillah.
Atası: Muhəmməd Baqir (əleyhissalam).
Anası: Qasim ibni Muhəmməd ibni Əbu Bəkrin qızı Fatimə (künyəsi Ümmü Fərvə).
Doğulduğu gün: 17 Rəbiül-əvvəl.
Doğulduğu yer: Mədineyi-Münəvvərə.
Doğulduğu il: 83-cü hicri ili.
Şəhid olduğu gün: 25 şəvval.
Şəhid olduğu il:148-ci hicri ili.
Ömrü: 65 il.
Şəhadətinin səbəbi: Mənsur Dəvaniqi o Həzrəti zəhərləmişdir.
Dəfn olunduğu yer: "Bəqi” qəbiristanlığı.
Övladlarının sayı: 10 (7 oğlan, 3 qız)
Oğlanları:
1. İsmail.
2. Əbdüllahi Əftəh.
3. Musayi Kazim (əleyhissalam).
4. İshaq.
5. Muhəmməd Dibac.
6. Əbbas.
7. Əli.
Qızları:
1. Fatimə.
2. Əsma.
3. Ümmü-Fərvə.
Üzüyündəki yazı: "Əllahu Xaliqu kulli şəyin” (Allah hər bir şeyin xaliqidir).

Həyatına qısa baxış!
İmam Cəfər (ə) əziz Peyğəmbərimizin (s) vəfatından təxminən yetmiş il sonra, hicrətin 83-cü ili Peyğəmbərin (s) dünyaya gəldiyi gün müqəddəs Mədinə şəhərində İmam Baqirin (ə) və xanım Ümmü-Fərvənin ailəsində dünyaya göz açıb. Onun atası İmam Hüseynin (ə), anası isə İmam Həsənin (ə) nəslindən idilər. Hicrətin 114-cü ilində 31 yaşında ikən atasının zəhərləndirilməsindən sonra İmamət məqamına yetişmişdi. İmam Mühəmməd Baqirin (ə) dövründə Əməvi  və Abbasi sülalələri arasında başlayan hakimiyyət davası İmam Sadiq (ə) dövründə də davam edirdi. Bu ədavət sayəsində xilafət daxilində şiələrə qarşı təqiblərin xeyli zəifləməsindən istifadə edən hər iki İmam (ə) İslam maarifinin yayılmasına xüsusi diqqət yetirmişlər. Məhz İmam Baqirin (ə) dövründə başlayan pərakəndə dini biliklərin elmi konsepsiya formasına salınması prosesi İmam Sadiqin (ə) dövründə başa çatmışdı. Hər iki İmamdan nəql olunan hədislər sayca Rəsuli-Əkrəm (s) və digər on imamdan nəql olunan hədislərdən çoxdur.
Ümumiyyətlə, İslam firqələrinin formalaşması bu dövrə təsadüf edir. İmam Cəfər Sadiqin (ə) müxtəlif firqə (istər islami, istərsə də qeyri) nümayəndələri ilə bəhsləri bu gündə əlimizdə olan ən qiymətli elm əsərləri hesab olunur. İmamın (ə) ən məşhur yadigarı isə "Tohidi Müfəzzəl” risaləsidir. Belə ki, İmamın (ə) Müfəzzəl ibn Ömər adlı tələbəsi onun dörd gün ərzində oxuduğu  yaradılış tarixi və fəlsəfəsi barədə mühazirələrini qələmə almış və kitab şəkilinə salmışdır.

İmam Cəfər Sadiqin (ə) məşhur tələbələrindən biri əbu Musa Cabir ibn Həyyan Tərtusidir. O, beş yüz risalədən ibarət kitab yazmışdır. Cabirin kimya sahəsində araşdırmaları orta əsrlərdə Avropada kimya sahəsində əsas mənbələrdən biri hesab olunub və bu gün də alimlərin diqqətini cəlb etməkdə davam edir.
İmam Sadiqin (ə) yetişdirdiyi ən üstün tələbəsi isə Hişam ibn Həkəm olub. Hişam Haqq axtarışına uzun zaman həsr etmiş, ancaq mövcud məktəblərdə öz suallarının cavabını tapmayaraq İmam Sadiqlə (ə) görüşmüşdü. Bir neçə bəhsdən sonra o, Həzrət Cəfər Sadiqin İmamətini qəbul etmiş və ömrünün sonuna qədər özünü Əhli-Beyt(ə) məktəbinə həsr etmişdir. Hişamın Tohid, Qəzavu-qədər, İmamət və s. mövzularda otuza yaxın əsəri dövrümüzə qədər gəlib çatıb.

Qeyd olunmalıdır ki, İmam Sadiq (ə) digər imamlarımız (ə) kimi zaman-zaman müxtəlif qiyamçılar tərəfindən hakimiyyət təklifi almışlar. Ancaq xilafət əhalisinin əksəriyyətinin həqiqətən də İslam dəyərlərinə arxalanan cəmiyyətdə və Əhli-Beyt(ə) İmamlarının rəhbərliyi altında yaşamaq istəməsi şübhə altında idi. İmam (ə) da bu səbəbdən bu cür təkliflərdən imtina etmişdi. Çünki həqiqi İslam hökuməti yalnız bütün xalqın razılığı və dəstəyi ilə qurula bilərdi. İmamın (ə) dövründə əsasən iki məşhur qiyamı – Zeydin və Abbasilərin qiyamını xüsusi qeyd etmək olar.
İmam Sadiq (ə) öz tərəfdarlarını həmişə təhriflərdən pak bir İslama dəvət edirdi. Bu da xilafətin mövqeyini dəstəkləyən fəqihlərin, qondarma müftilərin və eləcə də onların arxasında duran hakimlərin etirazına səbəb olurdu. Çünki həqiqi İslam onların təbliğ etdiyi və faydalandığı  dindən uzaqdır və camaatı öz haqlarını tələb etməyə təşfiq edirdi. Odur ki, İmam Sadiq (ə)-ın qoyduğu  dərslər bir cəhətdən də hakim təbəqənin ideoloji  prinsip- lərinin sarsılmasına yönəlmişdi. İmamın (ə) ictimai fəaliyyətinin tərkib hissəsi olan digər cəhət isə xilafətin müxtəlif bölgələrinətəbliğməqsədilə nümayəndələr göndərməsi idi.
İmam Sadiq (ə) həyatı boyu təzyiq və təqiblərə məruz qalıb. Hələ atasının sağlığında Əməvi  xəlifəsi Hişamın əmri ilə Həzrət Dəməşqə sürgün olunmuşdu. Daha sonra Abbasi xəlifələri Səffah və Mənsurun əmri ilə İmam (ə) iki dəfə sürgünə göndərilmişdi. O, Mədinəyə qayıtdıqdan sonra təqiyyə (öz əqidəsini gizlətmək) edərək yaşamışdır. Hicrətin 148-ci ilində (təqribən miladi 77-ci il) 65 yaşında ikən İmam Sadiq (ə) xəlifə Mənsurun təhriki ilə zəhərləndirilərək şəhid edilmişdir. İmamın mübarək məzarı Mədinədə, Bəqi qəbiristanlığında yerləşir.

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından və "salaminfo.az" saytından istifadə olunub.
скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info
Müəllif
Vusal
Geri
Həmçinin baxın
İmam Sadiq (ə) buyurur
İmam Sadiq (ə) buyurur
Bu gün İmam Sadiqin (ə) şəhadət günüdür
Bu gün İmam Sadiqin (ə) şəhadət günüdür
İmam Həsənin (ə) həyatı
İmam Həsənin (ə) həyatı
İMAM SADİQİN (Ə) NİFRİNİ
İMAM SADİQİN (Ə) NİFRİNİ
Heç zaman qocalmayacaq İmamın (ə.f) mövludu mübarək!
Heç zaman qocalmayacaq İmamın (ə.f) mövludu mübarək!
12 imamın Allah tərəfindən seçilməsinə inam
12 imamın Allah tərəfindən seçilməsinə inam
İmam Zaman ağanın (ə.f) evi haradadır?
İmam Zaman ağanın (ə.f) evi haradadır?
Bu gün İmam Musa Kazimin (ə) şəhadəti günüdür
Bu gün İmam Musa Kazimin (ə) şəhadəti günüdür
Bu gün İmam Əliyyən-Nəqinin (ə) şəhadət günüdür
Bu gün İmam Əliyyən-Nəqinin (ə) şəhadət günüdür
Rəcəb ayının 1-i İmamət səmasının 5-ci ulduzu – İmam Məhəmməd Baqirin (Ona salam olsun) mövlud günüdür.
Rəcəb ayının 1-i İmamət səmasının 5-ci ulduzu – İmam Məhəmməd Baqirin (Ona salam olsun) mövlud günüdür.
Rəcəb ayının 2-ci günü
Rəcəb ayının 2-ci günü
Rəcəb ayının 1-ci günü
Rəcəb ayının 1-ci günü
Cəmadiül-əvvəl ayının 29-cu günü
Cəmadiül-əvvəl ayının 29-cu günü
Cəmadiül-əvvəl ayının 15-ci günü
Cəmadiül-əvvəl ayının 15-ci günü
Həzrət Fatimeyi-Mə`sumə (ə.s)-ın şəhadəti
Həzrət Fatimeyi-Mə`sumə (ə.s)-ın şəhadəti
İmam Məhəmməd Baqir əleyhissalamın şəhid edilməsi günü səbəbilə
İmam Məhəmməd Baqir əleyhissalamın şəhid edilməsi günü səbəbilə
Bu gün İmam Sadiqin (ə) şəhadət günüdür
Bu gün İmam Sadiqin (ə) şəhadət günüdür
Həzrət Məhdinin (ə.f.) təvəllüdü
Həzrət Məhdinin (ə.f.) təvəllüdü
1 aprel - 3 rəcəb - İmam Hadinin (ə) şəhadəti
1 aprel - 3 rəcəb - İmam Hadinin (ə) şəhadəti
Vilayətin 11-ci günəşi İmam Həsən Əsgəri (ə)-ın həyatına bir baxış
Vilayətin 11-ci günəşi İmam Həsən Əsgəri (ə)-ın həyatına bir baxış
Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür
Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür
Kərbəla ələmdarı -həzrət Abbas Əbəlfezlin həyatına baxış
Kərbəla ələmdarı -həzrət Abbas Əbəlfezlin həyatına baxış
İMAM HADİNİN (Ə) HƏYATI
İMAM HADİNİN (Ə) HƏYATI
İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI
İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI
Xanım Məsumə(s.ə)-nın həyatı.
Xanım Məsumə(s.ə)-nın həyatı.
12 İmamın adı
12 İmamın adı
Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür
Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür
İmam Rza (ə) vəliəhdliyi niyə qəbul etdi?
İmam Rza (ə) vəliəhdliyi niyə qəbul etdi?
İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI
İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI
İMAM MƏHƏMMƏD BAQİR ƏLEYHİSSƏLAMIN HƏYATI
İMAM MƏHƏMMƏD BAQİR ƏLEYHİSSƏLAMIN HƏYATI
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
Həzrət Məhdinin (ə.f.) təvəllüdü
Həzrət Məhdinin (ə.f.) təvəllüdü
İmam Kazim əleyhissəlamın həyatı barədə qısa mə’lumat
İmam Kazim əleyhissəlamın həyatı barədə qısa mə’lumat
İmam Hadinin (ə) təvəllüdü
İmam Hadinin (ə) təvəllüdü
İmam Baqirin (ə) təvəllüdü günü
İmam Baqirin (ə) təvəllüdü günü
BU gecə 7-Cİ İMAM MUSEYI - KAZIM (ə) –İN QİZİ XANİM MƏSUMƏNİN (ə) VƏFAT GECƏSİDİR.
BU gecə 7-Cİ İMAM MUSEYI - KAZIM (ə) –İN QİZİ XANİM MƏSUMƏNİN (ə) VƏFAT GECƏSİDİR.
Daha çox oxumaq istəyirsən? )))