sitename

 

Məsum rəhbərlərin zamanında yaşayıb elmi və mənəvi məqamından agah olanlar, bəzən onlarla görüşür, onlarınİMAM SADİQDƏN (Ə) QIZIL TÖVSİYƏLƏR öyüd-nəsihərlərindən, tövsiyələrindən bəhrələnirdilər. Xoşbəxtlikdən, bu tövsiyələrdən bir qismi keçmiş din xadimləri, alimləri və təbliğçilərinin zəhmət və təlaşları sayəsində təlatümlü hadisələrdən saf və səhih çıxaraq bizim hədis mirasımızda gözə dəyməkdədir.

Biz bu məqalədə imam Sadiqin (ə) insani keyfiyyələrin kəsbində və Allahla rabitənin möhkəmlənməsində faydalı olan tövsiyələrindən beşini qeyd etməklə kifayətlənirik:

Birinci tövsiyə: Bir nəfər imam Sadiqin (ə) hüzuruna gəlib dedi: "Ey Peyğəmbərin övladı! Mənə nəsihət edin.” İmam (ə) buyurdu:

لَا یَفْقِدُكَ اللَّهُ حَیْثُ أَمَرَكَ وَ لَا یَرَاكَ حَیْثُ نَهَاكَ

"Allah səni əmr etdiyi yerdə qaib görməsin və nəhy etdiyi yerdə də hazır görməsin.” Başqa sözlə, bütün vacib buyurulan əməlləri yerinə yetir, haram olanları isə tərk et! ("Əs-sərair”, 3-cü cild, səh.650.)

İkinci tövsiyə: Əbu Bəsir nəql edir ki, imam Sadiqin (ə) şəhadəti münasibətilə başsağlığı vermək üçün o həzrətin həyat yoldaşı və imam Kazimin (ə) anası Ümmü-Həmidənin hüzuruna getmişdim. Gördüm ki, xanım ağlayır. Məni də ağlamaq tutdu. Sonra mənə dedi: "İmam Sadiq (ə) ömrünün son anlarında gözünü açıb buyurdu:

اجمَعوا لی كُلَّ مَن بَینی وَ بَینَهُ قَرابَةٌ

"Mənimlə qohumluq münasibəti olanların hamısını ətrafıma toplayın.”

Biz hamını çağırdıqdan sonra, İmam (ə) onlara baxıb buyurdu:

إنّ شفاعَتَنا لا تَنالُ مُستَخِفّاً بِالصَّلاة

"Həqiqətən, bizim şəfaətimiz namazı yüngül sayanlara yetməz.” ("Əl-məhasin”, 1-ci cild, səh.80; "Əmali”, Şeyx Səduq, səh.572.)

"Lisanul-ərəb” adlı məşhur lüğət kitabında (9-cu cild, səh.80) bu hədisdə qeyd olunan "mustəxiffən” ifadəsi haqda belə yazılır: "İstəxəffə” sözü hörmətsizlik və etinasızlıq mənasını daşıyır və hədisdəki "mustəxiffən bis-səlat” ibarəsinin mənası da belədir: "Namaza hörmətsizlik edən və etinasız yanaşan.” Demək, namaza hörmətsizlik edənlər, ya namaz qılmayanlardır, ya da namazqılan olsalar da, onun qılınmasında ədəb qaydalarını gözləməyənlər, namazı vaxtlı-vaxtında qılmayan, namaza əhəmiyyətsiz yanaşan, namazı axır vaxtlarda qılan, birini qılıb digərini qəzaya verənlərdir.

Üçüncü tövsiyə: Süfyan Suri imam Sadiqin (ə) hüzurunda ikən, "Ey Peyğəmbərin (s) övladı mənə nəsihət edin!” – deyə ərz etdikdə, İmam (ə) buyurdu:

یا سُفیانُ، لَا مُرُوءَةَ لِكَذُوبٍ وَ لَا أَخَ لِمُلُوكٍ [لِمَلُولٍ‏] وَ لَا رَاحَةَ لِحَسُودٍ وَ لَا سُۆْدُدَ لِسَیِّئِ الْخُلُق‏

"Ey Süfyan! Yalançılarda mürüvvət və insaniyyət olmaz, zülmkar hakimlərdən dost olmaz, həsədaparan (paxıl) rahatlıq üzü görməz, bədəxlaq şərəf və hörmət sahibi olmaz.” ("Məcməul-bəhreyn”, 3-cü cild, səh.73.)

یا سُفیانُ، ثِقْ بِاللَّهِ تَكُنْ مُۆْمِناً وَ ارْضَ بِمَا قَسَمَ اللَّهُ لَكَ تَكُنْ غَنِیّاً وَ أَحْسِنْ مُجَاوَرَةَ مَنْ جَاوَرْتَهُ تَكُنْ مُسْلِماً وَ لَا تَصْحَبِ الْفَاجِرَ فَیُعْلِمَكَ مِنْ فُجُورِهِ وَ شَاوِرْ فِی أَمْرِكَ الَّذِینَ یَخْشَوْنَ اللَّهَ عَزَّ وَ جَل‏.

"Ey Süfyan! Möminlər zümrəsində olmaq üçün Allaha etimad et. Ehtiyacsızlığı duymaq üçün Allahın sənin üçün təyin etdiyi ruziyə razı ol. Müsəlman olmq üçün qonşularınla yaxşı davran. Günah əhli ilə oturub-durma, yoxsa, öz günahı haqda sənə məlumat verəcək (və nəticədə səni günah işlərə rəğbətləndirəcək). Öz işlərində Allahdan qorxanlarla (halal-harama riayət edənlərlə) məsləhətləş.” ("Əl-xisal”, 1-ci cild, səh.169.)

Dördüncü tövsiyə: Yəhya və İshaq nəql edirlər ki, imam Sadiq (ə) həmişə bizə iki xüsusiyyəti tövsiyə edər və buyurardı:

عَلَیْكُمْ بِصِدْقِ الْحَدِیثِ وَ أَدَاءِ الْأَمَانَةِ إِلَى الْبَرِّ وَ الْفَاجِرِ، فَإِنَّهُمَا مِفْتَاحُ الرِّزْقِ.

"Sizə düz danışmağı və əmanətdarlığı tövsiyə edirəm, (qarşı tərəfiniz) istər yaxşı insan olsun, istərsə də günahkar! Şübhəsiz, bu iki əməl ruzi açarıdır.” ("Əl-əmali”, Şüyx Tusi, səh.676.)

Beşinci tövsiyə: Bir nəfər imam Sadiqdən (ə) ona nəsihət etməsini istədikdə, İmam (ə) buyurdu:

أعِدَّ جِهازَكَ وَ قَدِّم زادَكَ لِطولِ سَفَرِكَ وَ كُن وَصِیَّ نَفسِكَ وَ لا تَأمَن غَیرَكَ أن یَبعَثَ إلَیكَ بِما یُصلِحُكَ

"Səfər ehtiyatını hazırla, uzun səfər üçün ehtiyac duyduğunu öncədən göndər, öz işlərini özün yerinə yetir, başqalarına bel bağlama ki, haçansa gəlib sənin ehtiyac duyduğun xeyir işləri sənin əvəzində yerinə yetirəcək.” ("Əl-əmali”, Şüyx Tusi, səh.355.)

"Həqqullah” (Allahın haqqı) və və "həqqun-nas”ın (camaatın haqqı) ödənilməsi zamanı və məkanı bilinməyən axirət səfəri üçün ən mühüm işlərdir. Bu səfərin ehtiyatı təqvadır ki, axirət aləmində ondan layiqincə bəhrələnmək üçün məhz bu dünyada kəsb olunur. Həmçinin bu kimi işlərdə başqalarına bel bağlamaq da faydasızdır, çünki heç kim insanın özünə özü qədər ürək yandıra bilməz.

Rza Şükürlü (Maide.az)

скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info
Müəllif
Vusal
Geri
Həmçinin baxın
İmam Sadiqin (ə)  Qur’an ilə sünnənin əhatəliliyi barəsində dediyi kəlam
İmam Sadiqin (ə) Qur’an ilə sünnənin əhatəliliyi barəsində dediyi kəlam
Bu gün İmam Sadiqin (ə) şəhadət günüdür
Bu gün İmam Sadiqin (ə) şəhadət günüdür
İMAM SADİQİN (Ə) NİFRİNİ
İMAM SADİQİN (Ə) NİFRİNİ
İmam Zaman ağanın (ə.f) evi haradadır?
İmam Zaman ağanın (ə.f) evi haradadır?
İmam Musa Kazımdan (ə) əxlaq dərsi
İmam Musa Kazımdan (ə) əxlaq dərsi
Dünyada rahat yaşamaq üçün 5 tövsiyə
Dünyada rahat yaşamaq üçün 5 tövsiyə
Günəş niyə batır və çıxır? – İmam Sadiqin (ə) mübarək izahı
Günəş niyə batır və çıxır? – İmam Sadiqin (ə) mübarək izahı
İmam Cavadın (ə) möcüzəli mövludu
İmam Cavadın (ə) möcüzəli mövludu
HANSI NAMAZA TÖVBƏ DÜŞÜR?
HANSI NAMAZA TÖVBƏ DÜŞÜR?
İslamda övladın valideyn üzərində haqları varmı?
İslamda övladın valideyn üzərində haqları varmı?
Cəmadiül-əvvəl ayının 29-cu günü
Cəmadiül-əvvəl ayının 29-cu günü
İmam Əlinin (ə) ömrünün sonunda 13 mühüm vəsiyyəti
İmam Əlinin (ə) ömrünün sonunda 13 mühüm vəsiyyəti
Günahı tərk etmək üçün İmam Hüseynin (ə) 5 tövsiyəsi
Günahı tərk etmək üçün İmam Hüseynin (ə) 5 tövsiyəsi
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
İmam Məhəmməd Təqi əleyhissalamın comərdliyi və mərhəməti
İmam Məhəmməd Təqi əleyhissalamın comərdliyi və mərhəməti
“Kim vacib namazı qılıb, ayağa qalxmadan, Fatımə Zəhra (ə.s.) təsbihini zikr edərsə, Allah onu bağışlayar.”
“Kim vacib namazı qılıb, ayağa qalxmadan, Fatımə Zəhra (ə.s.) təsbihini zikr edərsə, Allah onu bağışlayar.”
Bir nəfər Həzrət İmam Hüseynin (ə) yanına gəlib dedi: Mən günahkar bir şəxsəm və günahdan da əl çəkə bilmirəm
Bir nəfər Həzrət İmam Hüseynin (ə) yanına gəlib dedi: Mən günahkar bir şəxsəm və günahdan da əl çəkə bilmirəm
Bu axşam  26 aprel məğrib azanı zamanı(gün batdıqdan sonra) hicri-qəməri tarixi ilə mübarək Rəcəb ayının 29-u - Rəcəbin son günü daxil olur daxil olur.
Bu axşam 26 aprel məğrib azanı zamanı(gün batdıqdan sonra) hicri-qəməri tarixi ilə mübarək Rəcəb ayının 29-u - Rəcəbin son günü daxil olur daxil olur.
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət
Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət
Bir şəxs İmam Sadiqdən(ə.s)soruşdu:
Bir şəxs İmam Sadiqdən(ə.s)soruşdu: "Ey Peyğəmbər övladı, (bəzən) bir uşaq fərasətsiz və zəif olur.(bunun səbəbi nədir)
İmam Sadiqin (ə) nəzərində həqiqi Əhli-beyt (ə) davamçısının 2 xüsusiyyəti
İmam Sadiqin (ə) nəzərində həqiqi Əhli-beyt (ə) davamçısının 2 xüsusiyyəti
RƏBİÜL-ƏVVƏL AYININ ƏMƏLLƏRİ
RƏBİÜL-ƏVVƏL AYININ ƏMƏLLƏRİ
Günahı yüngül saymaq
Günahı yüngül saymaq
Bu, haqq yolunu keçmək qərarına gələn bütün insanlar üçün mənim göstərişim və vəsiyyətimdir
Bu, haqq yolunu keçmək qərarına gələn bütün insanlar üçün mənim göstərişim və vəsiyyətimdir
İSLAMDA DÜŞÜNMƏYİN ÖNƏMİ
İSLAMDA DÜŞÜNMƏYİN ÖNƏMİ
ŞƏRAFƏTLİ
ŞƏRAFƏTLİ "İLƏLUŞ-ŞƏRAYE" KİTABINDAN ƏHLİ-BEYT SEVGİSİ HAQQINDA DƏYƏRLİ HƏDİSLƏR
İMAM KAZİM (Ə) VƏ ZÜLMKAR HAKİMLƏ MÜBARİZƏ
İMAM KAZİM (Ə) VƏ ZÜLMKAR HAKİMLƏ MÜBARİZƏ
İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI
İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI
İMAN VƏ ƏMƏL – İKİ ƏBƏDİ DOST
İMAN VƏ ƏMƏL – İKİ ƏBƏDİ DOST
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
XOŞA GƏLMƏZ RƏFTARLARDAN ÇƏKINMƏK
XOŞA GƏLMƏZ RƏFTARLARDAN ÇƏKINMƏK
VALIDEYN HÜQUQU
VALIDEYN HÜQUQU
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
Daha çox oxumaq istəyirsən? )))