sitename
» » » Dua niyə bəzən gec qəbul olunur?
Saytın xəritəsi Saytın xəritəsi

Dua niyə bəzən gec qəbul olunur?İmam Həsən Müctəba (ə) buyurur: "Hər kim Quranı diqqətlə qiraət edər, sonunda (dua edərsə) əgər məsləhət olarsa, duası tez həyata keçər. Əgər məsləhət olmazsa, gələcəkdə həyata keçər”.

Deməli, duanın bəzən gec qəbul olunması – İlahi hikmətə birbaşa bağlıdır. Yəni, hansısa səbəbdən Uca Allah duanın qəbul olunmasını təxirə salır ki, insan üçün ən xeyirlisi nazil olsun – ya dünya üçün, ya axirəti üçün, ya da hər ikisi üçün.

 

Dua, insanın imanına bilavasitə bağlıdır. Bəs imanın həqiqəti nədir?

İmam Sadiq (ə) buyurur: "İman, insanı pak və xalis etməz, məgər o halda ki, Allah onun üçün canından, malından, ata və anasından, övladından, ailəsindən və bütün insanlardan daha sevimli olar”.

 

Eyni zamanda, iman – həya ilə vücudi bağlantısı olan bir keyfiyyətdir.

İmam Əli (ə) buyurur: "İman və həya – iki dostdur ki, heç bir zaman bir-birindən ayrılmazlar”.

 

İmanı kamil edən digər xüsusiyyətlərlə də tanış olaq. İmam Səccad (ə) buyurur: "Dörd sifət vardır ki, hər kimdə olarsa, imanı kamil və günahları bağışlanmış olar. Allahla elə halda görüşər ki, ondan razı olar:

1. İlahi təqva.

2. Düz danışmaq və insanlara qarşı sədaqətli olmaq.

3. Allah dərgahında və insanların qarşısında bütün çirkinliklərdən pak ətəkli və həyalı olmaq.

4. Xoş əxlaqlı və ailəsi ilə xoş rəftar olmaq”. (Həvzəh)

 

Allahın pənahında olanlar barədə hədisdə isə İmam Səccad (ə) buyurur: "Üç sifət vardır ki, hansı mömində olsa, Allahın pənahında olacaqdır. Qiyamət günü İlahi ərşin rəhmət kölgəsində qərar tutacaqdır:

1. Ehtiyacı olanlara yardımı əsirgəməz.

2. Hər cür hərəkət etməzdən əvvəl gərək düşünsün ki, görmək istədiyi iş və ya demək istədiyi sözdə Allahın razılığı vardırmı və ya Onun qəzəbinə səbəb olacaqdır.

3. Başqalarının eybini axtarmazdan əvvəl, öz eyblərini aradan qaldırmağa çalışar”.

 

Dua bəhsinə qayıdaraq, onun zəruri bir amilinə də diqqət edək. Bəlli olur ki, Peyğəmbərə (s) itaət etmək nemətin nazil olmasına səbəb olar. İmam Hüseyn (ə) buyurur: "Əgər insanlar Allahın və Peyğəmbərinin (s) sözlərini eşitsəydilər, səma – yağışı, torpaq – bərəkətini onlara bağışlayardı. Bu ümmətdə heç bir zaman münaqişə yaranmazdı. Hamı dünyanın nemətindən Qiyamətə qədər faydalanmış olardı”.

 

/Deyerler.org/

скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info
Müəllif
Vusal
Geri
Həmçinin baxın
İmam Sadiq (ə) buyurur
İmam Sadiq (ə) buyurur
Kişidə gərək bu 3 sifət olsun
Kişidə gərək bu 3 sifət olsun
Peyğəmbərimizə (s) ən çox bənzəmək istəyənin xüsusiyyətləri
Peyğəmbərimizə (s) ən çox bənzəmək istəyənin xüsusiyyətləri
Nə zaman Allah dərgahına hacətiniz oldu, belə deyin…
Nə zaman Allah dərgahına hacətiniz oldu, belə deyin…
İMAN VƏ ƏMƏLİN SƏADƏTƏ ÇATMAQDA ROLU
İMAN VƏ ƏMƏLİN SƏADƏTƏ ÇATMAQDA ROLU
Qədr gecəsinin İmam Zaman ağa (ə.f) ilə rabitəsi
Qədr gecəsinin İmam Zaman ağa (ə.f) ilə rabitəsi
Ramazan ayında günahlar məhv edilər, atəşdən nicat verilər, behiştin qapıları açılar, şeytanlar əsir olar, dualar qəbul olunar
Ramazan ayında günahlar məhv edilər, atəşdən nicat verilər, behiştin qapıları açılar, şeytanlar əsir olar, dualar qəbul olunar
Orucun nə faydası vardır ki, Uca Allah ona əməl etməyə təkid edir?
Orucun nə faydası vardır ki, Uca Allah ona əməl etməyə təkid edir?
Ramazan ayı niyə belə adlandırılıb?
Ramazan ayı niyə belə adlandırılıb?
Bu ayəni niyə “İtaət ayəsi” adlandırırlar?
Bu ayəni niyə “İtaət ayəsi” adlandırırlar?
İnsanlara kömək edən 7 xeyir əldə edər
İnsanlara kömək edən 7 xeyir əldə edər
Duanın keyfiyyətini artırmaq üçün 5 addım
Duanın keyfiyyətini artırmaq üçün 5 addım
İnsanın Allaha yaxınlaşmaq mərhələləri
İnsanın Allaha yaxınlaşmaq mərhələləri
Dünyada rahat yaşamaq üçün 5 tövsiyə
Dünyada rahat yaşamaq üçün 5 tövsiyə
Çətin işləri asanlaşdırar – “Qəmər” surəsinin fəzilətləri
Çətin işləri asanlaşdırar – “Qəmər” surəsinin fəzilətləri
Söyüş söyməyi necə müalicə etmək olar?
Söyüş söyməyi necə müalicə etmək olar?
Atanın haqqı. Ailəni idarə etmək üçün kişiyə lazım olan 3 xüsusiyyət
Atanın haqqı. Ailəni idarə etmək üçün kişiyə lazım olan 3 xüsusiyyət
Müsəlmanın digər müsəlman üzərindəki 5 haqqı
Müsəlmanın digər müsəlman üzərindəki 5 haqqı
Bu surəni yazıb, ticarət yerində saxlamaq – qazanc gətirər
Bu surəni yazıb, ticarət yerində saxlamaq – qazanc gətirər
“Əsr” surəsi İmam Əli (ə) haqqında nazil olmuşdur
“Əsr” surəsi İmam Əli (ə) haqqında nazil olmuşdur
İmam Baqir (ə) İmam Mehdinin (ə.f) zühuru barədə nə buyurmuşdur?
İmam Baqir (ə) İmam Mehdinin (ə.f) zühuru barədə nə buyurmuşdur?
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Dua etməyin ədəbləri
Dua etməyin ədəbləri
Peyğəmbərə (s) salavat göndərənə, Allah əzab verməz
Peyğəmbərə (s) salavat göndərənə, Allah əzab verməz
“Saleh əməl” nədir?!
“Saleh əməl” nədir?!
İlahi ərşi titrədən 5 əməl
İlahi ərşi titrədən 5 əməl
Naşükürlüyün 3 amili
Naşükürlüyün 3 amili
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər
Niyə namazda özümüzə salam göndəririk?
Niyə namazda özümüzə salam göndəririk?
Dua - bəndə ilə Allah arasında rabitə halqasıdır
Dua - bəndə ilə Allah arasında rabitə halqasıdır
İman
İman
Namazdan əvvəl azan və iqamə deməyin fəlsəfəsi
Namazdan əvvəl azan və iqamə deməyin fəlsəfəsi
İmam Rzanın (ə) ziyarətinin fəzilətləri
İmam Rzanın (ə) ziyarətinin fəzilətləri
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
Evə daxil olan və evdən çıxan zaman bəyənilən zikrlər
Evə daxil olan və evdən çıxan zaman bəyənilən zikrlər
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Daha çox oxumaq istəyirsən? )))