sitename
Cəməl döyüşü
Hicri təqvimi ilə 36-cı il,  cəmadiul-əvvəl ayının 10-u "Cəməl" döyüşü baş verdi. Bu döyüş həzrət Əlinin (ə) ordusunun qələbəsi ilə nəticələndi. Cəməl hadisəsi Osmanın qətlindən sonra camaatın imam Əli (ə) ilə beyət etməsi ilə başladı. Beləki bu işdən xəbərdar olan Aişə, çox narahat olaraq həzrətlə mübarizə aparmaq üçün Məkkədə Osmana olunan zülmə görə fəryad etdi. Həzrət Əlinin (ə) hökumətində məqam dalısıyca olan Təlhə və Zubeyr, öz məqsədlərinə çatmayacaqlarını gördükdə, ümrə ziyarəti bəhanəsiylə Mədinədən
çıxaraq Aişəyə qoşuldular.
Həmçinin əvvəllər Osmanın məmuru olan və sonradan imam Əlinin (ə) vasitəsi ilə məmuriyyətdən azad olan Abdullah ibn Amir, Aişəyə kömək etmək üçün Məkkəyə gəldi və ona iki yüz dinar qiymətində bir dəvə hədiyyə etdi. Onlar hamısı Aişəyə təklif etdilər ki,
Bəsrəyə tərəf yola düşsün. Çünki o şəhərin adamları Aişəni görəcəyi təqdirdə ona qoşulacaqdı.Aişə, onların təklifini qəbul edib  Bəsrəyə tərəf yola düşdü. Bu şəhərə daxil olduqdan sonra, onlar gecəylə həzrət Əlinin (ə) nümayəndəsi olan Osman ibn Hunəyfin evinə girib
onu əsir götürdülər və ona çoxlu işkəncələr verdilər. Hətta nəql olunur ki, onun saqqalını yoldular. Sonra beytul-malı ondan istədilər və mühafizəçilərin çoxunu öldürəndən sonra, müsəlmanların beytul-malını qarət etdilər. (Tətimmətul-muntəha; səh.32).
Qiyamçıların xəbəri, Mədinədə Əmirəlmöminin imam Əliyə (ə) çatanda, Səhl ibn Hunəyfi  öz yerinə təyin edib, Peyğəmbərin (s) bir çox  səhabəsi və Mədinənin sayir camaatı ilə birgə (rəvayətlərdə qoşunda olanların sayı dörd min nəfər bildirilir) tələsik İraqa tərəfə hərəkət etdilər. Bəzi rəvayətlərdə də, Səid ibn Cubeyr, ənsardan səkkiz yüz və "Bey`əti Rizvan” da iştirak edənlərdən dörd yüz nəfər Cəməl döyüşündə imam Əli (ə) ilə birlikdə idi. (Tarixe xəlifə ibn Xəyyat; səh.174).
Heç bir vəchlə bu döyüşə razı olmayan həzrət Əli (ə), Bəsrəyə daxil olandan sonra üç gün ardıcıl məktub göndərərək onları bu qiyamdan əl çəkməyə çağırdı. Buna baxmayaraq onlar əsla bunu qəbul etmədilər. (Əxbarul-Təval; səh.147). Beləliklə Cəmadiüs-sani ayının 10-cu
günü döyüş başladı və günortadan gecəyə qədər davam etdi. Münaqişə, daha çox Aişənin dəvəsinin ətrafında idi. (Hətta nəql olunub ki, Aişənin dəvəsinin cilovunu tutmaq istəyənlərdən yetmiş nəfərin əli kəsilib).
Nəticədə imam Əlinin (ə) ordusu qalib oldu və həzrət Əli (ə) Aişənin kəcavəsinin yanına gələrək buyurdu: "Ey Humeyra! Sənə müharibə etmək üçün çölə çıxmağı Peyğəmbər (s) əmr etdimi? Sənə əmr etmədi ki, evində oturasan və çölə çıxmayasan? And olsun Allaha! Arvadlarını pərdə arxasında gizlədib səni çölə çıxaranların insafı yoxdur”.Muhəmməd ibn Əbu Bəkr, bacısı Aişəni kəcavədən çölə çəkib həzrət Əlinin (ə) göstərişi ilə Haris ibn Əbi Təlhənin bacısı Səfiyyənin evinə apardı. Onu Məkkəyə, oradan da, Mədinəyə göndərdi. (Tətimmətul-muntəha; səh.36). Bu döyüşdə imam Əlinin (ə) iyirmi min nəfərdən ibarət olan qoşunundan beş min nəfəri şəhid oldu. Amma Aişənin otuz min nəfərdən ibarət olan qoşunundan isə on üç min nəfər öldürüldü. (Əl-ədədul-qəviyyə; səh.54. Biharul-Ənvar; cild.32, səh.211).
Əmirəlmöminin Əlinin (ə) xüsusi şiələrindən olan Zeyd ibn Suhan bu döyüşdə şəhadətin ən uca məqamına nail oldu. Həzrət Əli (ə) onun başının üstünə gələrək buyurdu: "Ey Zeyd! Allah sənə rəhmət etsin ki, dünyaya məhəbbətin az, dinə köməyin çox idi!”. (Tətimmətul-muntəha; səh.37).
скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info
Müəllif
Vusal
Geri
Həmçinin baxın
Cəmadiül-əvvəl ayının 6-cı günü
Cəmadiül-əvvəl ayının 6-cı günü
Həzrət Zeynəbin (s) təvəllüdü
Həzrət Zeynəbin (s) təvəllüdü
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Həzrət Fatimeyi-Mə`sumə (ə.s)-ın şəhadəti
Həzrət Fatimeyi-Mə`sumə (ə.s)-ın şəhadəti
Kərbəla şəhidləri...
Kərbəla şəhidləri...
Məhərrəm ayının 1-ci günü
Məhərrəm ayının 1-ci günü
İmam Zaman ağaya (ə.f) ilk beyət edən kim olacaqdır?
İmam Zaman ağaya (ə.f) ilk beyət edən kim olacaqdır?
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
İmam Əlinin (ə) 1400 il əvvəl verdiyi ədalətli və obyektiv təhqiqat dərsi
İmam Əlinin (ə) 1400 il əvvəl verdiyi ədalətli və obyektiv təhqiqat dərsi
Həzrət Əliyə (ə) verilən 7 sual..
Həzrət Əliyə (ə) verilən 7 sual..
PEYĞƏMBƏR (S) SƏHABƏSİ HÜZEYFƏ İBN YƏMAN
PEYĞƏMBƏR (S) SƏHABƏSİ HÜZEYFƏ İBN YƏMAN
HZ ƏLİNİN(Ə) NƏSƏB VƏ SOYUNUN TƏMİZLİYİ
HZ ƏLİNİN(Ə) NƏSƏB VƏ SOYUNUN TƏMİZLİYİ
HZ ƏLİYƏ(Ə)OLAN SEVGİ İMANDIR,NİFRƏT,QƏZƏB İSƏ KÜFÜRDÜR
HZ ƏLİYƏ(Ə)OLAN SEVGİ İMANDIR,NİFRƏT,QƏZƏB İSƏ KÜFÜRDÜR
Həzrət Əli (ə) və həzrət Zəhranın (ə.s) nigahı ( sevənlər günü)
Həzrət Əli (ə) və həzrət Zəhranın (ə.s) nigahı ( sevənlər günü)
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Həzrət Əlinin (ə) yoxsullarla rəftarı
Həzrət Əlinin (ə) yoxsullarla rəftarı
Cəmadius-sani ayının 13-ü Həzrət Ümmul Bəninin (s.ə) vəfatı.
Cəmadius-sani ayının 13-ü Həzrət Ümmul Bəninin (s.ə) vəfatı.
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
Rəbiül-əvvəl ayının 9-cu günü
Rəbiül-əvvəl ayının 9-cu günü
Peyğəmbərin son günləri
Peyğəmbərin son günləri
İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI
İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI
QƏDİR-XÜMDƏ NƏ BAŞ VERİB? (qısa məlumat)
QƏDİR-XÜMDƏ NƏ BAŞ VERİB? (qısa məlumat)
QƏDİR-XÜMÜ İNKAR EDƏNLƏRİN AQİBƏTİ
QƏDİR-XÜMÜ İNKAR EDƏNLƏRİN AQİBƏTİ
Həzrət Müslüm ibn Əqil (ə) və Hani ibn Ürvənin (ə) şəhadəti
Həzrət Müslüm ibn Əqil (ə) və Hani ibn Ürvənin (ə) şəhadəti
Zi-hiccə ayının 9-cu günü
Zi-hiccə ayının 9-cu günü
Həzrət Əli (ə) və həzrət Zəhranın  (ə.s) nigahı ( sevənlər günü)
Həzrət Əli (ə) və həzrət Zəhranın (ə.s) nigahı ( sevənlər günü)
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
Cənnət xanımlarının Seyidəsi həzrət Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü
Cənnət xanımlarının Seyidəsi həzrət Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü
Həzrət Əlinin(ə) Şurada çıхışı və Pеyğəmbərin(s) hədisi
Həzrət Əlinin(ə) Şurada çıхışı və Pеyğəmbərin(s) hədisi
Fədək bütün bəhanələri puç etdi!
Fədək bütün bəhanələri puç etdi!
25 fevral - 6 cəmadil-əvvəl - Cəfər Təyyarın şəhadət günüdür
25 fevral - 6 cəmadil-əvvəl - Cəfər Təyyarın şəhadət günüdür
“Rəbiül-əvvəl” ayının 1-ci günü
“Rəbiül-əvvəl” ayının 1-ci günü
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
Şiə tarixinə giriş
Şiə tarixinə giriş
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Daha çox oxumaq istəyirsən? )))