• Azerbaycan
  • Sualını yaz
  • İslam Tarixi
    • Şiə tarixi
    • Vahabi cəryanı
  • Xanimlar üçün
    • Ailədə Qadın
    • Fiqhdə Qadın
    • Analar Bilməlidir
    • Faydalı Məsləhətlər
  • Русский Язык
    • Биография 14-мясум
    • Коран
    • Хадисы
    • Общие сведения
    • Намаз и дастамаз
  • Qeydiyyat
  • Daxil ol

Ehlibeyt.infoEhlibeyt.info

  • Əvvəl
  • Qurani-kərim
    • Quran
    • Surələrin Fəziləti
    • QURANI KƏRIM (video)
    • Quranı Kəlmə-Kəlmə oxunuşu
    • QURANI KƏRIM (Audio)
    • Quran Fl Ər
    • Quran Fl Az
    • Quran Fl Ru
    • Quran Fl en
    • Virtual M
  • 14-MƏSUM
    • Həzrət Muhəmməd (s)
    • İmam Əli (ə)
    • Xanım Fatimeyi-Zəhra (s.ə)
    • İmam Həsən (ə)
    • İmam Hüseyn (ə)
    • İmam Səccad (ə)
    • İmam Muhəmməd Baqir (ə)
    • İmam Cəfər Sadiq (ə)
    • İmam Museyi-Kazim (ə)
    • İmam Rza (ə)
    • İmam Muhəmməd Təqi (ə)
    • İmam Əliyyən Nəqi (ə)
    • İmam Həsən Əskəri (ə)
    • İmam Məhdi (ə)
    • Pak sulalə
  • Hövzə
    • Ərəb dili
    • Fars dili
    • Əqaid dərsi
    • Quran Dərsi
    • Fiqh Təlimi (dərs)
  • Şəriət
    • Dəstnamaz
    • Qusullar
  • Arşdırma
    • Araşdırmalar
    • Hədis
  • Namaz Dua
    • Namaz Qılmağı Öyrən
    • Namaz Vaxtları
    • Vacib Namazlar
    • Müstəhəb Namazlar
    • Dualar
    • Zkirlər
    • Dualar dinlə və yüklə
    • Ziyarətnamələr
  • Üsul Füru
    • Tövhid
    • Məad
    • Nübuvvət
    • Oruc
    • Cihad
    • Həcc
  • Video Xutbələr
    • Hacı Əhliman
    • Hacı Samir
    • Hacı Rəşad
    • Hacı Rza
    • Hacı Əlmdar
    • Kərbəlayı Əli
    • Kərbəlayı Ağadadaş
    • Ramazan Moizələri
    • Mühərrəm Moizələri
    • Nəhcül Bəlağə verliş
    • Təqvaya doğru (Əbu Suamli duası)
    • Abu Zeydə rəddiyə
    • Dini Suallara cavab
    • İmam Zaman (ə.f) verilişində
    • Təfsir Dərsi
    • Dinlə Tanişliq Verlişi
    • Dini filimlər
    • Dini Kiliplər
    • Məclislərimiz (xususi çəklişlərimiz)
    • Cizgi-filimi
  • Aylar
    • Məhərrəm
    • Səfər
    • Rəbiül-əvvəl
    • Rəbiüs-sani
    • Cəmadiül-əvvəl
    • Cəmadiüs-sani
    • Rəcəb
    • Şə`ban
    • Ramazan
    • Şəvval
    • Zi-qə`də
    • Zi-hiccə
  • Umumi
    • Nəhcül-bəlağə
    • Şəxsiyyətlər
    • Marağlı Məlumatlar
    • Məqalələr
    • İbrətamiz Hekayə
    • Şeir və Qəzəllər
    • Mövlud və Şəhadətlər
    • Yalnız Mömünlərə
    • Esmaül-Hüsna
    • İslam Əxlaqı
    • Tibb
    • Yuxu yozmaları
    • Suallarla İslam
    • Xəbərlər
    • Fəlsəfə
    • Müqəddəs Məkanlar

Shia.az » ÜSULIDDIN » ƏDALƏT PRİNSİPİNƏ BİR BAXIŞ

  

ƏDALƏT PRİNSİPİNƏ BİR BAXIŞ

Müəllif :Vusal Tarix : 13-05-2017, 10:09 Bölmə :ÜSULIDDIN 0 Şərhев : 0
ƏDALƏT PRİNSİPİNƏ BİR BAXIŞ 

Bildiyiniz kimi, "ədalət” Allahın sifətlərindən biri olduğu halda, Əhli-beyt (ə) məktəbi tərəfindən dinin (üsulid-din) ikinci əsasıdır. Yəni bu məsələ Allahın birliyi, nübüvvət və s. əsasların kənarında yerləşdirilmişdir.
Görəsən, bunun səbəbi nədir?
Cavab: Əhli-sünnə məzhəbinin kəlami firqələrindən sayılan "əşəri”lərin əqidəsinə görə, insan ağlı yaxşını pisdən ayırd etməyə qadir deyil və Allah-taala istədiyi hər bir işi əncam verə bilər. Məsələn, Yezid kimi zülmkarı cənnətə və hər hansı bir məzlum və saleh bəndəsini cəhənnəmə apara bilər
İnsan ağlı isə bütün bu işlərin doğru və ya yanlış olması haqda heç bir fikir yürütməməli və Allahın işlərinin ədalətli olması barədə bir söz danışmamalıdır!”
Bir halda ki, ağıl, Quran ayələri və bir çox rəvayətlər belə bir yanlış fikiri rədd edərək Allah-taalanın bütün işlərinin ədalət, hikmət və insafla olduğunu təsdiq edir. 
Biz Allahın bütün işlərini ədalət və hikmət üzündən bilir və onun ədalətsiz olmasının heç bir ağıl və məntiqə sığmadığına əqidə bəsləyirik.
Elə buna görə də, Əhli-beyt məktəbinin davamçıları "Əşəri” firqəsinin Allah-təalaya vurduğu ədalətsizlik töhmətinin qarşısında "ədalət” (Allahın ədalətli olması) prinsipini öz dini əsaslarından qərar vermişdir.

ƏDALƏTİN MƏNASI
Ədalət "ədl” sözündən olub, ərəb dilində bərabərlik və insaf mənalarını daşıyır.
Dini termində isə, ədalət zülmkarlığın ziddinə olan bir söz kimi, "hər kəsin haqqını özünə vermək” və "hər şeyi öz yerinə qoymaq” kimi mənalara malikdir.
Allah-taala heç vaxt zülmkarlıq etməz və hətta qarışqanın da belə haqqını tapdalamaz və ona zülm etməz.
Gündəlik həyatımızda ədalət və zülmkarlığa aid çoxlu nümunələrlə rastlaşırıq. Məsələn, imtahanda qiyməti 3 olan şagirdə yersiz yerə 5 vermək, həmçinin cinayətkarı azad edib günahsızı zindana salmaq və s. buna misal ola bilər.
Qeyd etmək lazımdır ki, başqalarına zülm edən hər bir zülmkar aşağıdakı yollardan biri əsasında zülm edir:
1. Bir sıra ruhi və maddi çətinliklərə görə, zülmkarlıq etməyə məcbur olub, başqasının haqqını tapdalamaq;
2. Zülmkarlığın pis bir iş olmasından xəbərsizlik və nadanlıq;
3. Gələcəkdə baş verəcək hadisələrdən qorxub zülmkarlığa əl atmaq;
4. Nəfsin paklaşdırılmaması üçün başqalarına zülm etmək xasiyyəti;
5. Tərəfbazlıq üzündən başqasına zülm etmək; məsələn, aralarında ixtilaf olan iki nəfər hakimin yanına gedir, amma hakimin tərəfbazlıq edərək qohumu olan günahkarı yox, ona yad olan günahsız şəxsi cəzalandırıb, bu yolla zülmkarlığa əl atır və s.

ƏDALƏTİN NÖVLƏRİ
İlahi ədaləti iki hissəyə bölmək olar:
1. Təkvini ədalət;
2. Təşrii ədalət;
Təkvini ədalətdə məqsəd, kainatda və bütün varlıqlar arasında ilahi ədalətin hökm sürməsidir.
Təkvini ədalətin isbatı üçün kainatda olan nizam-intizam, həmçinin ədalətlə yaranmış varlıqların vücudunu müşahidə etmək kifayətdir.
Rəvayətdə buyurulduğu kimi, "asimanlar və yer ədalət əsasında möhkəm dayanmışdır.”
Amma "təşrii” ədalət dedikdə, ilahi qanun, hökm və göstərişlərin ədalət və insaf verilməsi nəzərdə tutulur. Təşrii ədalət özü də iki qismə bölünür:
Birincisi: Peyğəmbərlər vasitəsi ilə göndərilmiş qanun və şəriətlərin ədalət əsasında olması;
Allah-taalanın göndərdiyi şəriət və hökmlərin hamısı ədalət əsasındadır və insanın qüdrət və imkan dairəsində məhdudlaşır. Qurani-Kərimdə buyurulur:
"Biz insanın imkanından kənar hökm vermərik.” [1]
Sual: Allah-taala Qurani-Kərimdə buyurur: "Allah (üçün) layiqincə təqvalı olun.”[2] Bildiyiniz kimi, həzrət Peyğəmbərin (s) zamanında texnika inkişaf etməmiş və televizor, video, internet və bu kimi digər təbliğat və rabitə vasitələri olmamışdır. İndiki zamanda (14 əsrdən sonra) isə dünyanın hər bir nöqtəsində müxtəlif pozğunluq və fəsadla üzləşmək olur. Belə bir halda hansı bir müsəlman Allaha layiq olan şəkildə təqvalı ola bilər? Bu Allahın ədaləti ilə uyğun gəlirmi?
Cavab: Qurani-Kərimlə ətraflı tanış olan hər bir şəxs bu suala çox asanlıqla cavab verə bilər.
Qeyd etmək lazımdır ki, Qurani-Kərimin bəzi ayələrini deyil, bütün ayələrini nəzərdən keçirməli və daha sonra zehnimizdəki sualları açıqlamalıyıq.
Qurani-Kərimin ayrı bir surəsinə nəzər saldıqda, öz sualımızın cavabını tapa bilərik. Bu barədə buyurulur:
"Bacardığınız qədər təqvalı olun.” [3]
Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, Quran ayələri bir-birini təkzib etmək üçün deyil, təsdiqləmək üçün nazil olmuşdur. [4]
Elə buna görə də, hər bir müsəlmanın öz bacarığı qədər təqvalı olması heç də Allah ədaləti ilə zidd deyildir.
İkincisi: Təşrii ədalətin ikinci qismi axirət aləminə aiddir. Yəni axirət aləmində saleh bəndələrlə günahkarlara eyni səviyyədə baxılmayacaq və onların hər biri haqda ədalətli və insaflı hökm veriləcəkdir.
Qurani-Kərimdə oxuyuruq:
"(Bu dünyada) zərrə qədər yaxşı iş görən şəxs onun (əcrini) görəcək, həmçinin zərrə qədər pis iş görən şəxs də öz (pis əməlinin) cəzasını çəkəcəkdir.” [5]
Sual: Axirət aləmində zərrə qədər etdiyimiz günahların cəzasını çəkməli olsaq, onda elə bu başdan yerimizi cəhənnəmdə görməliyik. Çünki hər bir müsəlman öz gündəlik həyatında istər-istəməz bir çox kiçik günahlara batır.
Bu isə kiçik günahlara aiddir və böyük günahlardan söz açılsa, bəlkə də bu haqda danışmağa dəyməz.
Bu ilahi ədalətə zidd deyilmi? 
Cavab: Əvvəldə verilən sualın cavabında qeyd etdiyimiz kimi, əvvəla, təqvalı olub günahlardan çəkinmək hər bir müsəlmanın öz bacarığı qədərdir. 
Digər tərəfdən də, Qurani-Kərimin bəzi ayələri bu nigarançılığı tamamilə aradan aparır və insanı ümidvar edir. Necə ki, Qurani-Kərimdə buyurulur:
"Bircə yaxşı iş görən şəxsə on bərabər savab və bircə günah edən şəxsə isə təkcə bir günah yazılacaq və onlara heç bir zülm olunmayacaqdır.” [6]
Beləliklə, hər bir müsəlmanın bir savab işi üçün on savab, bir günah işi üçün isə təkcə bir günah yazılır.
Bunun isə ilahi ədalətlə heç bir ziddiyyəti yoxdur və hətta Allahın nəhayətsiz rəhmətindən xəbər verir.

İLAHİ ƏDALƏTİN SÜBUTLARI
Allah-taalanın hər növ zülmkarlıqdan uzaq olmasının isbatı üçün ağıl və Quran ayələri, həmçinin rəvayətlərdən istifadə olunur.
Ağılın hökmünə əsasən, kainatın xaliqi hər növ zülmkarlıq və insafsızlıqdan uzaq olmalıdır. Əks təqdirdə, Allah-taalanın sifətlərindən biri sayılan "hikmət”in mənası olmayacaqdır. 
Heç bir ağıl və məntiq, zülmkar rəbbi təsdiq etməz, çünki zülmə əl atan şəxs ya kimdənsə qorxur və onun şərrindən uzaq qalmaq istəyir, ya kimə və ya nəyəsə ehtiyacı vardır. Allah-taala isə bütün bunlardan pak və münəzzəhdir.
İndi isə ilahi ədaləti təsdiq edən bir neçə ayə və rəvayəti nəzərinizə çatdırırıq:
1. "Şübhəsiz, Allah zərrə qədər belə zülm etməz.” [7]

2. "Şübhəsiz, Allah insanlara (heç vaxt) heç bir zülm etməz.” [8]

"Həqiqətən, Allah ədalət, yaxşılıq, və yaxınlara (qohumlara) əl tutmağı göstəriş verir, (həmçinin) çirkin, pis işlər və zülmkarlıqdan nəhy edir və xatırladasız deyə sizə moizə (nəsihət) verir.” [9]
Görəsən, insanları ədalət və yaxşılığa əmr edən Allahın Özü ədalət və insafdan kənar ola bilərmi?

3. Yəhudi bir şəxs Həzrət Peyğəmbərdən (s) Allahın ədaləti barədə soruşduqda, Həzrət buyurdu: 
"Allah-taala zülmün pisliyindən agah olub, zülmə ehtiyacı olmadığı üçün heç vaxt zülm etməz.”
Bütün bu sübutlardan belə bir nəticə alırıq ki, Allahın ədalət, insaf və hikməti inkaredilməzdir.
Allah-taala öz işlərində ədalətli olmasaydı, Onun bütün işləri hikmətsiz sayılar, hikmətsiz işlər isə əbəs və mənasız olardı. Bu isə ucaməqamlı Rəbbimizdən çox-çox uzaqdır.

İLAHİ ƏDALƏTƏ İNANMAĞIN FAYDALARI
Allahın ədalətli olmasına etiqad bəsləməyin aşağıdakı nəticələri vardır:

1. Ümidvarlıq; Allahın öz işlərində ədalətli olduğunu bilən hər bir şəxs bir sıra çətin və yaxşı hadisələrdən sonra ümidvar olaraq öz Rəbbinin hikmət və ədalətinə tapınır. Allahın ədalətinə inanmayanlar isə həmişə bədgüman və naümiddirlər.

2. Özünü günahdan qorumaq; çünki hər bir əməlin ədalətlə mükafatlandırılacağına inanan şəxs heç vaxt günahkar olmaz və günah vasitəsi ilə özünü cəhənnəm əhlindən etməz.

3. İnsanın fərdi və ictimai həyatında ədalətin bərqərar olması; Rəbbini ədalətli bilən hər bir şəxs və ya cəmiyyət öz yaşayışında da ədalətli olmağı sevir və ədalətə əməl edir.

FƏRDİ VƏ İCTİMAİ BƏLALARIN SƏBƏBİ NƏDİR?
Sual: Əgər Allah adildirsə, bəs, nə üçün müsəlmanlar müxtəlif çətinliklərə düşür, öz fərdi və ya ictimai həyatlarında problemlərlə üzləşirlər ki, cəmiyyətdə bərabərsizlik, bəzilərinin gözəl və bəzilərinin çirkin olması və yaxud təbii fəlakətlər nəticəsində yüzlərlə günahsız insanın bədbəxt olması və s. Bu qəbildəndir. Bütün bunlar ilahi ədalətlə uyğundurmu?
Cavab: Bu suala bir neçə mərhələdə cavab vermək olar:
Əvvəla: Belə fərdi və ictimai bəlaları ilahi imtahan adlandıraraq onun üç səbəbini aydınlaşdırmalıyıq:

1. Yatmış fitrətləri oyatmaq;
Bir sıra günahlar nəticəsində insan fitrəti qəflətə düşür və Allah-taala onları oyatmaq üçün fərdi və ya ictimai əzab göndərərək onları doğru yola çəkmək istəyir. Qurani-Kərimdə oxuyuruq:
"Biz Firon xanədanını (zülmkarlıq və günahkarlıqdan üz döndərib) həqiqəti başa düşsünlər deyə quraqlıq, çətin yaşayış, və məhsullarında zərər-ziyana mübtəla etdik.” [10]
Bunu da bilməliyik ki, günah və fəsad içində yaşayan şəxs və ya millət üçün bir sıra təbii fəlakətlər gəldikdə, onları heç vaxt Allahın hesabına qoymaq olmaz. Çünki bu onların öz pis əməllərinin nəticəsidir.

2. İnsanları sınamaq;
Bir çoxları Allaha iman gətirib həqiqi müsəlman və mömin olduqlarını iddia edirlər. Lakin həqiqətdə onların bu iddiasının heç bir əsası yoxdur. Allah-taala bəzi vaxtlarda fərdi və ya ictimai bəlalar göndərərək yalançıları doğrulardan ayırd edir. Qurani-Kərimdə oxuyuruq:
"Şübhəsiz, sizlərdən mücahidlər və səbir edənləri tanımaq üçün yoxlayacaq və sizin sözlərinizi (iddialarınızı) imtahana çəkəcəyik.” [11]
Bunu da qeyd etmək lazımdır ki, Allah-taala xalqı imtahana çəkməzdən qabaq onları yaxşı tanıyır və ayədə qeyd olunmuş "tanımaq”da məqsəd, xalqın özünü özlərinə tanıtdırmaq və "höccət”i onlara tamamlamaqdır.

3. Tərbiyə;
Rəvayətdə buyurulduğu kimi, "Allah-taala bir bəndəsinə qarşı məhəbbət edib böyük və ali məqamlara çatdırmaq istədikdə, onu çətin bəlalara mübtəla edər və o, bir bəladan çıxmamış ayrı bir bəlaya düşər.” [12]
Əlbəttə, belə bəlalar hamıya deyil, yalnız məxsus bəndələrə aiddir və onlar bəlaların çoxluğuna baxmayaraq, bunu özləri üçün bir növ nemət sayırlar. Böyük arif və şair Məhəmməd Füzuli demişkən: 
Ya Rəbb, bəlayi eşqinlə qıl aşina məni,
Bir dəm bəlayi-eşqdən etmə cüda məni,
Az etmə inayətini əhli-dərdidən,
Yəni düçar qıl böylə bəlalara mübtəla məni.
İkincisi: Bir sıra bəlalar və çətinliklər insanın öz xeyrinədir və bu mənfəəti gələcəkdə və ya axirətdə başa düşmək olar. Qurani-Kərimdə oxuyuruq:
"Mümkündür ki, sizin üçün xeyirli işlərdən narahat olub, sizə zərərli olan bir çox şeyləri sevəsiniz; Allah biləndir, lakin siz bir şey bilmirsiniz.” [13]
Üçüncüsü: Bir sıra bəla və çətinliklər insanın öz əməlləri nəticəsində baş verir. Lakin insan çox hallarda səbirsizlikdən irəli həqiqəti başa düşməkdən imtina edir. Qurani-Kərimdə buyurulur:
"Amma insana gəldikdə isə, elə ki, Rəbbi onu imtahan edib onu əzizləsə və ona nemət versə, deyər ki, Rəbbim mənə yaxşılıq etdi. Amma elə ki, onu imtahan edib ruzisini ona müqəddər etsə, deyər ki, Rəbbim məni təhqir (zəlil) etdi. Yox (belə deyildir), onlar yetimə yaxşılıq etmir və miskinə təam (yemək) verməkdə bir-birini təşviq etmirlər. Və (istər qanuni, istərsə də qeyri- qanuni) mirası toplayıb yeyir və mal-dövləti çox sevirsiniz.” [14]
Bu səbəbləri hər hansı bir insan özü başqasından daha yaxşı ayırd edib, daha yaxşı başa düşə bilər. Qurani-Kərimdə buyurulur:
"Əksinə, insan öz nəfsinə (etdiyi əməllərə başqalarından daha) agahdır, baxmayaraq ki, müxtəlif bəhanə və üzrlər gətirir.” [15]
Dördüncüsü: həqiqətdə dünyanı bəlasız saymaq mənasız bir işdir. Çünki bir sıra çətinliklər və bəlalar insan istedadlarının inkişafı üçün ən yaxşı amildir. Məsələn, zəlzələ olmasa insan heç vaxt möhkəm binalar tikmək fikrinə düşməz və həmişə çətinliklərlə üzləşərdi və s. 
Amma bunu da qeyd etməliyik ki, bəzilərinin səhlənkarlığı ucbatından zəlzələ zamanı çoxlu insanların dünyadan getməsini heç də ilahi ədalətin üzərinə qoya bilmərik. Məsələn, öz evini möhkəm tikməyən şəxs zəlzələ nəticəsində yaxın adamlarını əldən verdiyi üçün özündən başqa kimsəni təqsirləndirməməlidir. Çünki bu itki onun öz səhlənkarlığından irəli gəlmişdir.
Beşincisi: Bəlasız və çətinliksiz yaşayış duzsuz xörəyə bənzəyir və bu həyatı çətinliksiz saymaq məntiqsiz bir düşüncədir. Çünki dünya rahatlıq yeri deyildir. 
Zəif xəlq olunmuş insan bu dünyada müxtəlif bəlalar vasitəsi ilə möhkəmlənməli və yalnız axirət aləmində rahat olmalıdır. Digər tərəfdən, axirət aləminə iman gətirmək bu cür bəla və çətinlikləri insana asanlaşdırır və onun iradəsini daha da möhkəmləndirir. 
Altıncısı: Cəmiyyətdə bərabərsizliyi aradan qaldırmaq üçün hər növ təlaşlar puç və mənasızdır.
İnsan həyatını at yarışına bənzətmək olar. Belə ki, bu müsabiqədə iştirak edən atların hamısının eyni sürətlə qaçmasına səy göstərməyimiz, cəmiyyətdəki bərabərsizliyi aradan qaldırmağa bənzəyir.
Çünki insanların hamısı eyni yaradılmamış və eyni bacarıqlara malik deyildir.
Həzrət Əmirəlmöminin imam Əli (əleyhis-salam) buyurur:
"İnsanlar bir-biri ilə qeyri-bərabər halda yaşadıqda rifah və xeyirdə, bərabər halda yaşamaq istədikdə isə həlakətdə olacaqlar.”
Amma bunun mənası belə deyildir ki, varlılar imkansızlara kömək etməsin və onlara öz kömək əllərini uzatmaqdan boyun qaçırsınlar.
Allah-taala Qurani-Kərimdə 70-ə yaxın ayədə imkansızlara kömək etməkdən söz açmılmış və 9 dəfə "Allah yolunda infaq edin!” - (Yoxsullara kömək əlinizi uzadın!) – fərmanı verilmişdir. Məsələn buyurulur:
"Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərdən Allah yolunda infaq edin (xərcləyin)...” [16]
Yeddincisi: Bəzilərinin gözəl, bəzilərinin isə çirkin olmasının heç bir eybi yoxdur. Bəzi insanlar belə güman edirlər ki, qızların çoxunun gözəlliyə malik olmaması onları ailə həyatı qurmaqdan saxlayır və bu da ilahi ədalətlə ziddir!
Amma həqiqət ayrı bir şeydir. Çünki ailə həyatını qoruyub saxlayan xass amil heç də qadının gözəlliyi deyil, əksinə qızla oğlanın bir-birinə olan sədaqət və məhəbbətidir. Digər tərəfdən, gözəllik heç də əbədi və həmişəlik deyil və bir çoxları ailə həyatı qurduqdan sonra get-gedə gözəlliklərini itirməyə başlayırlar. Qurani-Kərimdə buyurulur:
"Allahın nişanələrindən biri də budur ki, sizin üçün özünüzdən həyat yoldaşları xəlq etdi ki, onlarla asayiş tapasınız və sizin aranızda məhəbbət və rəhmət qərar verdi. Həqiqətən, bunda təfəkkür sahibləri üçün nişanələr vardır.” [17]
Beləliklə, ailə həyatı qurub onu davam etdirmək təkcə gözəllik əsasında deyil və bu işləri Allahın ədaləti ilə zidd işlər kimi qələmə vermək olmaz. Əlbəttə, gözəlliyin ailə həyatının qurulmasındakı təsirini tam şəkildə inkar etmirik. Amma bunu da bilmək lazımdır ki, əsl ailə quruluşu qarşılıqlı məhəbbətlə olmalıdır.

1. "Ənam” surəsi, ayə: 15.
2. "Ali-İmran” surəsi, ayə: 102.
3. "Təğabun” surəsi, ayə: 16.
4. "Əd-durrul-mənsur”, 2-ci cild, səh.8; "Əl-mizan fi təfsiril-Quran”, 3-cü cild, səh.85.
5. "Zəlzələ” surəsi, ayə: 7-8.
6. "Ənam” surəsi, ayə: 160.
7. "Nisa” surəsi, ayə: 40 
8. "Yunis” surəsi, ayə: 44.
9. "Nəhl” surəsi, ayə: 90.
10. "Əraf” surəsi, ayə: 130.
11. "Mühəmməd” surəsi, ayə: 31.
12. "Əl-qəsəsul-Qurani”, 2-ci fəsil, səh.52
13. "Bəqərə” surəsi, ayə: 216.
14. "Fəcr” surəsi, ayə: 15-20.
15. Qiyamət surəsi, ayə: 14-15.
16. "Bəqərə” surəsi, ayə: 254.
17. "Rum” surəsi”, ayə: 21.

скачать dle 10.3фильмы бесплатно
Veb-saytın materiallarından istifadə zamanı istinad www.ehlibeyt.info zəruridir!!!

Geri

Oxşar yazılar :

    
  • QURAN VƏ RƏVAYƏTLƏRDƏ DUA (2)

    QURAN VƏ RƏVAYƏTLƏRDƏ DUA (2) ...

    13-05-2017, 10:17

  • 
  • Üç mühüm istək

    Üç mühüm istək ...

    15-02-2017, 11:59

  • 
  • İnsanın həyatda 4 imtahanı

    İnsanın həyatda 4 imtahanı ...

    31-01-2017, 13:57

  • 
  • ALLAHA ETİMAD SAYƏSİNDƏ QURTULUŞ

    ALLAHA ETİMAD SAYƏSİNDƏ QURTULUŞ ...

    31-01-2017, 10:37

  • 
  • Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər

    Öz eyiblərindən çəkinməyən insan bütün çirkin ...

    9-01-2017, 15:01

  • 
  • ALLAHA ŞƏRİK QOŞMAQ

    ALLAHA ŞƏRİK QOŞMAQ ...

    9-01-2017, 10:08

  • 
  • İslamda təmizlik və əxlaqi sərvətlərə yiyələnmək

    İslamda təmizlik və əxlaqi sərvətlərə yiyələnmək ...

    3-01-2017, 09:48

  • 
  • QEYBƏT QURAN BAXIMINDAN

    QEYBƏT QURAN BAXIMINDAN ...

    3-01-2017, 09:40

  • 
  • MÖMİNİ SEVİNDİRMƏK İBADƏTDİR

    MÖMİNİ SEVİNDİRMƏK İBADƏTDİR ...

    26-12-2016, 16:12

  • 
  • QURANDA MÖMİNLƏRİN MƏQAMLARI

    QURANDA MÖMİNLƏRİN MƏQAMLARI ...

    8-11-2016, 10:16

  • 
  • Qurani-Kərimdə imamət məqamı

    Qurani-Kərimdə imamət məqamı ...

    27-10-2016, 22:33

  • 
  • İSLAMIN MƏNASI

    İSLAMIN MƏNASI ...

    25-10-2016, 14:29

  • 
  • İmam Hüseyn əleyhissalam Qurani-Kərimdə

    İmam Hüseyn əleyhissalam Qurani-Kərimdə ...

    18-10-2016, 12:42

  • 
  • Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri . Ikinci hissə .

    Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri . ...

    1-10-2016, 09:48

  • 
  • Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri

    Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri ...

    29-09-2016, 13:43

  • 
  • Qurani kərimdə Qədir xum barəsində olan ayələr əhli sünnət tərəfindən dəyişdirilmişdirmi?

    Qurani kərimdə Qədir xum barəsində olan ayələr ...

    21-09-2016, 10:11

  • 
  • Birlik və vəhdət amili Qədir-xum

    Birlik və vəhdət amili Qədir-xum ...

    19-09-2016, 23:39

  • 
  • Dünyada kor olanlar, axirətdə də kor olacaqlar

    Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ...

    12-09-2016, 21:04

  • 
  • İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?

    İlahi kitabda hər rətb və yabis var, kitabdan ...

    11-09-2016, 20:55

  • 
  • İblisin əhvalatı həqiqidir, yoxsa təmsil üçündür?

    İblisin əhvalatı həqiqidir, yoxsa təmsil üçündür? ...

    10-09-2016, 20:53

  • 
  • Atifə nəzərindən, uşağın həzrət Xızır (ə) tərəfindən öldürülməsi necə qəbul edilir?

    Atifə nəzərindən, uşağın həzrət Xızır (ə) ...

    9-09-2016, 20:50

  • 
  • Fitrə zəkatı Ayətullahul-Üzma Seyyid Əli Sistani

    Fitrə zəkatı Ayətullahul-Üzma Seyyid Əli Sistani ...

    4-07-2016, 18:01

  • 
  • Oruc ilə qısa bir tanışlıq

    Oruc ilə qısa bir tanışlıq ...

    8-06-2016, 01:33

  • 
  • Allah hansı işləri qəbul edir?

    Allah hansı işləri qəbul edir? ...

    23-05-2016, 12:28

  • 
  • Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?

    Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru ...

    21-05-2016, 21:17

  • 
  • QURANİ-KƏRİMDƏ KİMLƏRƏ LƏNƏT OXUNUB:

    QURANİ-KƏRİMDƏ KİMLƏRƏ LƏNƏT OXUNUB: ...

    3-05-2016, 22:49

  • 
  • "inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ ...

    17-01-2016, 19:48

  • 
  • Mübahilə günü

    Mübahilə günü ...

    6-10-2015, 15:08

  • 
  • Əbu Bəkirin İmamətini puç edən dəlillər(3)

    Əbu Bəkirin İmamətini puç edən dəlillər(3) ...

    30-03-2015, 15:15

  • 
  • ZİKR VƏ ALLAHI YAD ETMƏK

    ZİKR VƏ ALLAHI YAD ETMƏK ...

    19-02-2015, 04:42

  • 
  • QEYBƏT VƏ EYB AXTARMAQ

    QEYBƏT VƏ EYB AXTARMAQ ...

    16-02-2015, 04:44

  • 
  • Əhli-hədisin xəbəri sifətlər barəsindəki nəzəri nədən ibarətdir?

    Əhli-hədisin xəbəri sifətlər barəsindəki nəzəri ...

    16-02-2015, 03:44

  • 
  • İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.

    İbadətdə monoteizm peyğəmbərlik dəvətinin ...

    12-02-2015, 04:33

  • 
  • ƏHLİ-HƏDİS (1)  YARANMA TARİXİ

    ƏHLİ-HƏDİS (1) YARANMA TARİXİ ...

    4-02-2015, 16:27

  • 
  • İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR

    İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR ...

    19-12-2014, 18:38

  • 
  • Quran-Kərim və tarix

    Quran-Kərim və tarix ...

    19-12-2014, 18:37


http://8dle.ru/ Как открыть демо счет? 7 простых шагов.


300 300
  • youtube
  • twitter
  • pinterest
  • googleplus
  • Instagram
  • facebook

Təqvim

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Dekabr 2019 (13)
Noyabr 2019 (36)
Oktyabr 2019 (9)
Sentyabr 2019 (18)
Avqust 2019 (27)
İyul 2019 (24)
İyun 2019 (41)
May 2019 (90)
Aprel 2019 (61)
Mart 2019 (85)
Fevral 2019 (52)
Yanvar 2019 (63)
Dekabr 2018 (94)
Noyabr 2018 (84)
Oktyabr 2018 (7)
Sentyabr 2018 (42)
Avqust 2018 (47)
İyul 2018 (50)
İyun 2018 (78)
May 2018 (141)
Aprel 2018 (142)
Mart 2018 (100)
Fevral 2018 (51)
Yanvar 2018 (65)
Dekabr 2017 (27)
Noyabr 2017 (7)
Oktyabr 2017 (40)
Sentyabr 2017 (36)
Avqust 2017 (50)
İyul 2017 (7)
İyun 2017 (66)
May 2017 (97)
Aprel 2017 (48)
Mart 2017 (103)
Fevral 2017 (96)
Yanvar 2017 (128)
Dekabr 2016 (64)
Noyabr 2016 (40)
Oktyabr 2016 (62)
Sentyabr 2016 (69)
Avqust 2016 (57)
İyul 2016 (53)
İyun 2016 (104)
May 2016 (66)
Aprel 2016 (63)
Mart 2016 (68)
Fevral 2016 (19)
Yanvar 2016 (41)
Dekabr 2015 (60)
Noyabr 2015 (31)
Oktyabr 2015 (94)
Sentyabr 2015 (54)
Avqust 2015 (2)
İyul 2015 (60)
İyun 2015 (99)
May 2015 (48)
Aprel 2015 (43)
Mart 2015 (65)
Fevral 2015 (63)
Yanvar 2015 (59)
Dekabr 2014 (110)
Aprel 2014 (1)
Dekabr 2013 (1)
Aprel 2012 (1)
Mart 2012 (1)
İyun 2011 (1)
Aprel 2011 (1)
May 2010 (1)
Aprel 2010 (1)
Aprel 2009 (3)

Göstər / bütün arxivi gizlət

Çox oxunanlar

  •   Bakı və Abşeron üfüqü ilə Dekabr ayı üçün gündəlik namazların azan cədvəli ...
  •   Varlıq aləminin heyrətləndirici üzvü –İNSAN ...
  •   Allah nə yeyir? Allah nə örtür? Allah nə edir? (İbrət alınası hekayə) ...
  •   Bir insan xəstə olsa qənd ona acı olar həqiqətdə beldəri qəlbi xəstə üçün acıdır (Cavad Amuli) ...
  •   Hacı Samir Xanım Zeynəbin qızı Ümgülsüm Yezidə ərə getmişdirmi? Osman əl-Xəmisin iddialarına cavab ...
  •   İSLAM PEYĞƏMBƏRİNİN (S) DÜNYAYA GƏLDİYİ ZAMAN BAŞ VЕRMİŞ MÖCÜZƏLƏR ...
  •   Hacı Samir Quran təfsir məclisi Ənbiya surəsi 2-ci hissə ...
  •   Hacı Samir Yetmiş min mələyin müşayiətilə gələn bircə ayə Hz. Muhəmmədin (s) insansevərliyi ...
  •   Hz, Peyğəmbərin (ə) ali əxlaqı ilk vəhy işığında( Hacı Sami ...
  •   Dindarların boşanması (Haci Əhliman ) ...

Azan Vaxtları

    width=Sübh azanında 10 dəqiqə ehtiyat edin

    Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə) Cəlilabad+6, Ağdam +12, Astara +3, Dəvəçi +3, Gəncə +14, Lənkəran +3, Naxçıvan +17, Ordubad +15, Qazax +18, Quba +6, Sabirabad +6, Sumqayıt +1, Şamaxı +5, Şəki +10, Şirvan +4, Şuşa +13, Yevlax +10, Zaqatala +13

Kitabxana

Sorğu

 

Orucsan ?


 

 
    • youtube
    • twitter
    • pinterest
    • googleplus
    • Instagram
    • facebook
    © Copyright 2008 2016, Vusal Əli.