sitename
Bu barədə olan İslam qanunlarının araşdırılması bizi həssas və incə məsələlərə doğru yönəldir, qadınlara ruhi QADINI DÖYMƏK QADAĞANDIRMI?və cismi cəhətdən işgəncə verilməsini ailə hüququna qarşı yönəldilən ən böyük cinayətlərdən hesab edir. 

Qadınlar kişilər kimi şərif və insaniyyət dəyərlərinə malik olan varlıqlardır. Buna əsasən, onları döymək, heç də qəbulediləsi bir məsələ deyildir. Onların eşq-məhəbbət yolunda döyünən mehriban qəlbləri şərif və zərif varlıq olduqlarını göstərir. 

Onların bədənləri heyvan bədəni deyildir ki, döyülməyə, əzab-əziyyətə və işgəncəyə dözə bilsin. Müqəddəs İslam dini qadınları döyməyi qadağan edir.

Rəsuli-Əkrəm (s) buyurur: "Bir kəsin haqqı yoxdur ki, öz arvadına əzab-əziyyət verib döysün; amma əgər İslam icazə verdiyi istisna hallarında olarsa, eybi yoxdur.” 

Əmirəlmöminin Əli ibn Əbutalib (ə) buyurur: "İnsanların tərbiyələndirilməsi ədəblə, heyvanların ədəbləndirilib aram edilməsi isə yalnız döyməklə mümkündür.” 

Qadınları döyənlər onları insan və aqil şəxslər sırasında hesab etmirlərmi?

Rəsuli-Əkrəm (s) buyurur: "Ey camaat, siz arvadlarınız barəsində çox ehtiyatlı olub Allahdan qorxun! Çünki onlar ilahi əhd-peymanlarla sizin ixtiyarınıza keçmişlər. Siz Allahın məxsus kəlmələri ilə onları özünüzə halal etmisiniz. Bu halda yaxşı olar ki, bu əmanətləri döyüb incitməyəsiniz, çünki onlar eşq və məhəbbət ocağıdır.” 

Həzrət (s) başqa bir hədisdə buyurur: "Təəccüb edirəm o kişilərə ki, həyat yoldaşını vurur, halbuki özü vurulmağa daha layiqdir. Ey müsəlmanlar, qadınlarınızı çubuqla vurmayın. Əgər onları tənbeh etməyə məcbur olsanız, aclıq və üryan saxlamaqla onları ədəbləndirin. Bu üsul sizin dünya və axirətdə xeyrinizədir.” 

Bir nəfər Peyğəmbərdən (s) qadınların hüquqları barəsində soruşdu, Həzrət (s) buyurdu: "Gərək kişi arvadının üzünə vurmasın və ona əxlaqi cəhətdən üzünü turşutmasın.” 

Həzrət (s) başqa bir hədisdə buyurur: "Sizin ən pis kişilərinizin kim olduğunu deyimmi?” Dedilər, bəli ya Rəsulallah. Buyurdu: "Öz əyalını və nökərini döyüb onlara rəhm etməyən və mehribanlıq göstərməyənlərdir.” 

Rəsuli-Əkrəm (s) buyurur: "Hər kəs öz arvadını ömrü boyu üç dəfədən artıq vursa, Allah-taala onu Qiyamət günü bütün məxluqatın içərisindən qaldırıb əvvəldəkilərin və axırdakıların (yəni bütün məxluqatın) içində rüsvay edəcəkdir.” 

Bu rəvayətlər əziz oxucular üçün qadını vurmağın qadağan olması barəsində kifayətdir. Çünki qadınlar incə insani duyğulara malik olan ilahi əmanətlərdir. 

Buna əsasən, onları kötəkləmək insani atifələrə xəyanət, əmanətdarlıq hüququna riayət etməməkdir. 

İkincisi, qadınlar ərlərinin səadət və xoşbəxtlik amili, eşq, səfa-səmimiyyət ocağıdır. Onları vurmaq son dərəcə qəbahət sayılır və ailə ocağını yanar cəhənnəmə döndərir. 

Üçüncüsü, qadını vurmaq İslam göstərişlərinin əksinədir. Bu işi görən şəxs dünya və axirətdə Allahın qəzəbinə, Rəsuli-Əkrəmin (s) nifrət etməsinə səbəb olacaqdır. Bu məsələ digər məsələlərdən daha mühümdür.

(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.geскачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info
Müəllif
Vusal
Geri
Həmçinin baxın
KİŞİNİN PAKLIĞI HƏYAT YOLDAŞININ İFFƏTLİ OLMASINA SƏBƏB OLUR
KİŞİNİN PAKLIĞI HƏYAT YOLDAŞININ İFFƏTLİ OLMASINA SƏBƏB OLUR
Günahın xarlığı və itaətin izzəti
Günahın xarlığı və itaətin izzəti
Söyüş söyməyi necə müalicə etmək olar?
Söyüş söyməyi necə müalicə etmək olar?
Müsəlmanın digər müsəlman üzərindəki 5 haqqı
Müsəlmanın digər müsəlman üzərindəki 5 haqqı
İslam əxlaqı çərçivəsində danlaq, məzəmmət və qınaq
İslam əxlaqı çərçivəsində danlaq, məzəmmət və qınaq
Həzrət Fatimənin (ə) çəkinməsi
Həzrət Fatimənin (ə) çəkinməsi
Rəsuli-əkrəm (s) Məhəbbət ocağı
Rəsuli-əkrəm (s) Məhəbbət ocağı
KİŞİNİN ÖZ SƏHVİNİ ETİRAF ETMƏSİ
KİŞİNİN ÖZ SƏHVİNİ ETİRAF ETMƏSİ
Nə günahdır ki, hətta Peyğəmbər (s) də günahkar üçün istiğfar etsə, təsir edə bilmir? (Ustad Qiraətinin dərslərindən)
Nə günahdır ki, hətta Peyğəmbər (s) də günahkar üçün istiğfar etsə, təsir edə bilmir? (Ustad Qiraətinin dərslərindən)
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
İmam Məhəmməd Baqir əleyhissalamın şəhid edilməsi günü səbəbilə
İmam Məhəmməd Baqir əleyhissalamın şəhid edilməsi günü səbəbilə
Mən dünyanın ən yaxşı həyat yoldaşına malikəm!
Mən dünyanın ən yaxşı həyat yoldaşına malikəm!
Peyğəmbərə (s) salavat göndərənə, Allah əzab verməz
Peyğəmbərə (s) salavat göndərənə, Allah əzab verməz
ƏDALƏT PRİNSİPİNƏ BİR BAXIŞ
ƏDALƏT PRİNSİPİNƏ BİR BAXIŞ
İlahi ərşi titrədən 5 əməl
İlahi ərşi titrədən 5 əməl
Qadınlar evdən çölə çıxmamalıdırmı?
Qadınlar evdən çölə çıxmamalıdırmı?
Həzrət Fatimənin (ə) mövqeyi müsəlmanlar üçün hidayət çırağıdır - ilahiyyatçı
Həzrət Fatimənin (ə) mövqeyi müsəlmanlar üçün hidayət çırağıdır - ilahiyyatçı
Dostluq bəhanəsi ilə hörmətsizlik
Dostluq bəhanəsi ilə hörmətsizlik
ALLAHA ETİMAD SAYƏSİNDƏ QURTULUŞ
ALLAHA ETİMAD SAYƏSİNDƏ QURTULUŞ
Mehriyyə - qadının haqqıdır ki, Allah Təala bunu hədiyyə adlandırmışdır
Mehriyyə - qadının haqqıdır ki, Allah Təala bunu hədiyyə adlandırmışdır
Naşükürlüyün 3 amili
Naşükürlüyün 3 amili
Nə qədər ki, Quran əbədidir, Qədir-Xum heç vaxt insanların zehnindən silinməyəcək - ilahiyyatçı
Nə qədər ki, Quran əbədidir, Qədir-Xum heç vaxt insanların zehnindən silinməyəcək - ilahiyyatçı
NÜDBƏ DUASI
NÜDBƏ DUASI
Allahın iftixar etdiyi gənc
Allahın iftixar etdiyi gənc
Allah-Taala Qiyamət günü üç dəstəni danışdırmayacaq, onları paklamayacaq və onlar üçün dərdli əzab olacaqdır:
Allah-Taala Qiyamət günü üç dəstəni danışdırmayacaq, onları paklamayacaq və onlar üçün dərdli əzab olacaqdır:
Hicabın tarixi
Hicabın tarixi
“Ailə qurun! Çünki bu iş sizin ruzinizi artırar”
“Ailə qurun! Çünki bu iş sizin ruzinizi artırar”
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Mən dünyanın ən yaxşı həyat yoldaşına malikəm!
Mən dünyanın ən yaxşı həyat yoldaşına malikəm!
Qadının insani məqamı
Qadının insani məqamı
ISLAM QARDAŞLIĞI
ISLAM QARDAŞLIĞI
DÖRD MÜHÜM VƏZİFƏ
DÖRD MÜHÜM VƏZİFƏ
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ƏHLİ-HƏDİS (1)  YARANMA TARİXİ
ƏHLİ-HƏDİS (1) YARANMA TARİXİ
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
Daha çox oxumaq istəyirsən? )))