Shia.az SonUmidTv media
sitename

Allahın Rəsulu (s) bizə mübarək Ramazan ayı haqqında belə xütbə oxudu:

"Ey camaat! Həqiqətən, Allahın ayı (Ramazan) öz rəhmət, bərəkət və bağışlamağı ilə sizə tərəf gəlir. Belə bir ay ki, Allah yanında ayların ən əzəmətlisi, günlərin ən yaxşısı, gecələrin ən üstünü və saatların ən dəyərlisidir.

 

Bu ayda hamınız Allah qonaqlığına dəvət almısınız və Allahın kəramət və səxavəti sizə şamil olmuşdur. Bu ayda sizin nəfəsləriniz Allahı zikr edir, yuxularınız isə ibadət sayılır. Bu ayda sizin yaxşı əməlləriniz, dualarınız qəbuldur. Belə isə Allahdan saf niyyətlə bu ayda oruc tutub, Quran oxumağa müvəffəq olmağınızı arzulayın.

 

Allah dərgahında bu əzəmətli ayda bağışlanılmayan – ən bədbəxt şəxsdir.

Bu ayda ac və susuz qalmaqla, Qiyamət gününün aclıq və susuzluğunu yada salın, fəqir və yoxsullara kömək edin, böyüklərə ehtiram göstərin, uşaqlara qayğı göstərib, mehribanlıqla davranın. Qohum-qardaşın halını soruşun, onlarla əlaqənizi qırmayın. Dilinizi günahlardan (yalan, qeybət, böhtan və s.) qoruyun, nəzər salınması haram olan şeylərə baxmayın, eşidilməsi haram olan şeylərə qulaq asmayın. Yetimlərə mehribanlıq göstərib, nəvaziş edin ki, sizdən sonra yetimlərinizlə mehriban davranıb, qayğı göstərsinlər.

 

Etdiyiniz günahlarınızdan tövbə edib, Allaha tərəf qayıdın. Namaz vaxtlarında dua edərkən əllərinizi göyə qaldırın. Bu vaxtlar dua etmək üçün çox yaxşıdır. Allah bu zaman Öz bəndələrinə lütf edir, onların istək və çağırışlarını eşidir, onlara cavab verir, dualarını qəbul edir.

Ey camaat! Sizin nəfsiniz əməllərinizin əsiridir. Tövbə edib, bağışlanmaq diləməklə onu azad edin. Çiyinlərinizdə günahlardan ibarət olan agır yükü çox səcdə etməklə götürün.

 

Bilin və agah olun, Allah Təala Öz izzətinə and içərək, namaz qılıb, səcdə edənlərə əzab verməməsini, Qiyamət günü onları cəhənnəm oduna atmamasını vədə verib.

 

Ey camaat! Sizin hər hanası biriniz bu ayda oruc tutan bir şəxsə iftar verərsə, sanki bir qul azad etmişdir və habelə onun keçmiş günahları bağışlanacaqdır”.

 

Bəziləri peyğəmbərə dedilər: "Ey Allahın elçisi! Bizim hamımızın iftar verməyə gücümüz çatmır”.

 

O Həzrət (s) buyurdu: "Qorxun Allahdan, əgər bir xurma parası və ya bir içim su ilə olsa belə, oruc tutan şəxsə iftar verin.

 

Ey camaat! Bu ayda əxlaqını gözəlləşdirən şəxsin rəftarı, Qiyamət günü bütün ayaqlar addım atanda titrədiyi halda, onun Sirat körpüsündən rahat keçməsi üçün icazə vərəqəsi olacaqdır.

 

Bu ayda qulam və kənizlərinin işini asanlaşdıran şəxsin hesabını Allah Təala Qiyamət günü asanlaşdıracaqdır.

Bu ayda pis işlərindən əl çəkən şəxsi Allah Qiyamət günü Öz qəzəbindən saxlayacaqdır.

Bu ayda yetimlərə qayğı göstərib, əzizləyənləri Allah Qiyamət günü əzizləyəcəkdir.

Bu ayda qohum-qardaşı ilə sıx əlaqə saxlayanları Allah Qiyamət günü rəhmətilə yada salacaqdır. Və yaxınları ilə ünsiyyətdə olmayanları Qiyamət günü Allah Öz rəhmətindən məhrum edəcəkdir.

 

Allah bu ayda müstəhəb (bəyənilmiş, şəriətdə istənilən) namaz qılan şəxsi cəhənnəm odundan qoruyacaqdır. Bu ayda bir vacıb əməl yerinə yetirən şəxs, sanki başqa aylarda 70 vacib əməl yerinə yetirmişdir.

 

Allah Təala bu ayda mənə çox salavat göndərən şəxsin əməl tərəzisini Qiyamət günü savabla ağır edəcəkdir.

 

Bu ayda Qurani-Kərimdən bir ayə oxuyan şəxs, sanki başqa aylarda bir Quran xətm etmişdir.

 

Ey camaat! Bu ayda cənnətin qapıları açıqdır. Allah Təaladan onları sizin üzünüzə bir daha bağlanmamasını istəyin. Bu ayda cəhənnəmin qapıları bağlıdır. Allah Təaladan onların bir daha sizin üzünüzə açmamasını istəyin. Bu ayda şeytanlar məhbusdurlar. Allahdan onların bir daha sizə hakim olmamasını istəyin”.

 

Həzrət Əli (ə) ayağa qalxıb, İslam Peyğəmbərindən (s) belə soruşduğunu deyir: "Ey Allahın Rəsulu (s), hansı əməl bu ayda daha yaxşıdır?”.

 

O Həzrət (s) cavabımda buyurdu: "Ey Əbəlhəsən, bu ayda ən yaxşı əməl – Allah Təalanın haram etdiyi şeylərdən çəkinməkdir”.

 

Sonra Peyğəmbər (s) ağlamağa başladı. Peyğəmbərdən (s) ağlamağının səbəbini soruşduqda, buyurdu: "Ağlamağıma səbəb, bu ayda sənin qanının halal edilməsidir. Səni Allahın üçün namaz qıldığın halda dünyanın ən bədbəxt adamı –  "Səmud” tayfasına Allahdan tərəfindən gələn dəvənin hər iki ayağını kəsən şəxs kimi – ayağa qalxıb, başına qılınc zərbəsi vurur və saqqalını qana boyadır”.

 

Bu zaman Həzrət Əli (ə), Peyğəmbərdən (s) belə soruşduğunu deyir: "Ey Allahın Rəsulu (s), bu hadisə baş verən zaman mən dinimə sadiq olacağam?”.

 

O Həzrət (s) buyurdu: "Bəli, o zaman sən dininə sadiq (qəlbi imanla dolu) olacaqsan”.

 

Sonra əlavə edərək buyurdu: "Ey Əli, səni öldürən şəxs – məni öldürmüş, səni qəzəbləndirən – məni qəzəbləndirmiş və səni söyüb, təhqir edən – məni söyüb və təhqir etmişdir. Çünki, sən – mənim canımsan. Ruhun ruhumla, zatın zatımla eynidir (torpağın mənim torpağımdandır).

Həqiqətən, Allah Təala məni səninlə birlikdə yaradıb, birlikdə bəyənib və məni Peyğəmbər, səni isə İmam seçmişdir.

 

Sənin imamlığını inkar edən şəxs, mənim peyğəmbərliyimi inkar etmişdir.

Ey Əli (ə), sən – mənım vəsim, övladlarımın atası, qızımın əri və xəlifə və canişinimsən.

 

Sağlığımda və ölümümdən sonra ümmətim üçün sənin hökmün – mənim hökmümdür və sənin qadağan etdiyin – mənim qadağan etdiyimdir.

Məni peyğəmbərliyə seçib, insanların ən yaxşısı edən Allaha and olsun, sən Allahın əmri ilə yaratdıqlarının höccətisən və Onun sirlərinin xəzinəsi və bəndələrinin xəlifəsisən”.

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Peyğəmbəri-Əkrəmin (s) kəlamında Ramazan ayının bərəkətləri: 12 önəmli tövsiyə
Peyğəmbəri-Əkrəmin (s) kəlamında Ramazan ayının bərəkətləri: 12 önəmli tövsiyə
Oruc tutmaq nə üçün lazımdır? Orucun 5 hikməti
Oruc tutmaq nə üçün lazımdır? Orucun 5 hikməti
Necə ola bilir ki, bəzi ibadətlər cəhənnəm atəşini insana haram edə bilir?
Necə ola bilir ki, bəzi ibadətlər cəhənnəm atəşini insana haram edə bilir?
Qiyamət günü Allah insanın günahlarını mələklərə aşkar edəcəkmi?
Qiyamət günü Allah insanın günahlarını mələklərə aşkar edəcəkmi?
Məhərrəm ayında Əhli-Beytin (ə) nicat gəmisinə minək
Məhərrəm ayında Əhli-Beytin (ə) nicat gəmisinə minək
Ramazan ayında günahlar məhv edilər, atəşdən nicat verilər, behiştin qapıları açılar, şeytanlar əsir olar, dualar qəbul olunar
Ramazan ayında günahlar məhv edilər, atəşdən nicat verilər, behiştin qapıları açılar, şeytanlar əsir olar, dualar qəbul olunar
Oruc tutmaq – ancaq ac və susuz qalmaq deyildir. Bədənin bütün əzaları da, zehin də oruc olmalıdır
Oruc tutmaq – ancaq ac və susuz qalmaq deyildir. Bədənin bütün əzaları da, zehin də oruc olmalıdır
Orucun nə faydası vardır ki, Uca Allah ona əməl etməyə təkid edir?
Orucun nə faydası vardır ki, Uca Allah ona əməl etməyə təkid edir?
Ramazan ayı niyə belə adlandırılıb?
Ramazan ayı niyə belə adlandırılıb?
Ramazan ayının 1-ci gününün duası və Namazı (Video)
Ramazan ayının 1-ci gününün duası və Namazı (Video)
Həzrət Peyğəmbərin (s) Ramazan ayı öncəsi söylədiyi “Şəbaniyyə” xütbəsi
Həzrət Peyğəmbərin (s) Ramazan ayı öncəsi söylədiyi “Şəbaniyyə” xütbəsi
Şəban ayının son günlərinin əməl və fəzilətləri
Şəban ayının son günlərinin əməl və fəzilətləri
Bu ayda 1 gün oruc tutana behişt vacib olar – Şəban ayının savabları, əməlləri, əlamətdar tarixləri
Bu ayda 1 gün oruc tutana behişt vacib olar – Şəban ayının savabları, əməlləri, əlamətdar tarixləri
Rəcəb ayının əməlləri
Rəcəb ayının əməlləri
Ramazan ayında şeytanların hamısı zəncirlənirmi?!
Ramazan ayında şeytanların hamısı zəncirlənirmi?!
Bu ayda ən yaxşı əməl, özünü Allahın haram etdiklərindən çəkindirməkdir."
Bu ayda ən yaxşı əməl, özünü Allahın haram etdiklərindən çəkindirməkdir."
Bu axşam  26 aprel məğrib azanı zamanı(gün batdıqdan sonra) hicri-qəməri tarixi ilə mübarək Rəcəb ayının 29-u - Rəcəbin son günü daxil olur daxil olur.
Bu axşam 26 aprel məğrib azanı zamanı(gün batdıqdan sonra) hicri-qəməri tarixi ilə mübarək Rəcəb ayının 29-u - Rəcəbin son günü daxil olur daxil olur.
Ramazan ayı Allah tərəfindən insanlara göndərilən bir proqramdır - ilahiyyatçı
Ramazan ayı Allah tərəfindən insanlara göndərilən bir proqramdır - ilahiyyatçı
Paklıq və Təmizlik ayı -Ramazan.
Paklıq və Təmizlik ayı -Ramazan.
İftar süfrəsini sadə və daha çox insanları dəvət etməklə açmaq olar - ilahiyyatçı
İftar süfrəsini sadə və daha çox insanları dəvət etməklə açmaq olar - ilahiyyatçı
Orucluğun başlanması münasibətilə İmam Səccadın (ə) duası
Orucluğun başlanması münasibətilə İmam Səccadın (ə) duası
Ramazan ayının 1-ci gününün duası:
Ramazan ayının 1-ci gününün duası:
Quran Qiyamət günündə kimlərdən şikayət, kimlərə şəfaət edəcək?
Quran Qiyamət günündə kimlərdən şikayət, kimlərə şəfaət edəcək?
Rəcəb ayının əməlləri
Rəcəb ayının əməlləri
Azmağin üç əlaməti var
Azmağin üç əlaməti var
Tövbə qapısı
Tövbə qapısı
Yeddi tərkibli nəsihətlər - Peyğəmbərdən (s)
Yeddi tərkibli nəsihətlər - Peyğəmbərdən (s)
Ramazan ayının 14-cü gününün duası:
Ramazan ayının 14-cü gününün duası:
Nə üçün Allah orucu 30 gün vacib edib?
Nə üçün Allah orucu 30 gün vacib edib?
«Ramazan»ın mə`nası
«Ramazan»ın mə`nası
Ramazan ayının 1-ci gününün duası
Ramazan ayının 1-ci gününün duası
Şaban ayının əməlləri
Şaban ayının əməlləri
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının əməlləri
Rəcəb ayının əməlləri
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
Ramazan ayına məxsus əməllər
Ramazan ayına məxsus əməllər
Daha çox oxumaq istəyirsən? )))