Shia.az SonUmidTv media
» » » HZ ƏLİYƏ(Ə)OLAN SEVGİ İMANDIR,NİFRƏT,QƏZƏB İSƏ KÜFÜRDÜR
Русская версия сайта Русская версия сайта
sitename

HZ ƏLİYƏ(Ə)OLAN SEVGİ İMANDIR,NİFRƏT,QƏZƏB İSƏ KÜFÜRDÜR


«Əl-Al ibn Xaləviyyə»kitabındaƏbu Səd Xidridən nəqlən

Rəsuallahın(s) Əliyə(ə) belə buyurduğu yazılmışdır; «(Ya Əli!) Sənə bəslənən

sevgi iman,qəzəb isə nifaqdır.Cənnətə ilk daxil olan səni sevəndir;Cəhənnəmə ilk düşən sənə nifrət bəsləyən və qəzəblənəndir»

Həmçinin , mirseyid Əli Həmədani Şafei «Məvəddətul-qurba»nın 3-cü məvəddəsində,Həmivini də «Fəraid»də Rəsulallahın(s),əshabına belə buyurduğunu nəql etmişlər;«Əlini təkcə mömin sevər;onatəkcə kafir nifrət bəsləyər».

Başqa bir yerdə isəbelə buyurur;Sənitəkcə möminsevərvə sənə təkcə münafiq qəzəblənər. Məhəmməd ibn Yusif Gənci Şafei «Kəfayətut-Talib»in 62-ci babının 119-cu səhifəsində «Tarixi Dəməşqdən»,eləcə də Şam və İraq mühəddisləri isə Huzeyfə və Cabirdən nəqlən Peyğəmbərin(s) belə buyurduğunu nəql edirlər; «Əli insanlain ən üstünüdür.Bunu qəbul etməyən kafir olmuşdur»

Ətadan rəvayət edildiyinə görə,Aişədən Hz Əli(ə) haqqında soruşanda belə demişdir; «O,insanların ən üstünüdür.Onun haqqında təkcə kafir şəkk və HZ ƏLİYƏ(Ə)OLAN SEVGİ İMANDIR,NİFRƏT,QƏZƏB İSƏ KÜFÜRDÜRşübhə edər

Həmçinin,Hafiz ibn Əsakir 100 cildlik kitabının 3-cü cildini Əlinin(ə) fəzilətlərinə ayırdığı «Tarix» kitabının 50-ci cildində bu xəbəri Aişədən nəql etmişdir.

Məmməd ibn Yusif «Mətalibus-sual»ın 27-ci səhifəsində,İbn Səbbağ Maliki də

«Fusulul-Muhimmə»də Tirmizi və Nəsaidən, onlarda Əbu Səid Xidridən belə nəql etmişlər; «Səninlə döyüşmək mənimlə döyüşməkdir;sənin qanın mənim qanımdır;mən sənə qarşı döyüşənlə döyüşərəm.Səni ancaq əsl-nəcabəti olan kəs sevər ,sənə ancaq nəcabəti azğın olan insanlar nifrət edər.Səni ancaq möminlər sevər,sənə ancaq münafiqlər düşmənçilik edər »

Şeyx; «Bu cür hədislər təkcə Hz Əli(k.v)haqqında deyildir.Raşidi xəlifələr

haqqında da bu səpkidə hədislər rəvayət edilmişdir».

Dəvətçi; Mümkünsə, o hədislərdən birini nəql edin,həqiqətlər aşkar olsun.

Şeyx; Əbdurrahman ibn Malik öz sənədi ilə Cabirdən nəql edərək Rəsulallahın(s) belə buyurduğunu yazır; «Əbu Bəkr və Ömərə mömin nifrət etməz ,münafiq də onları sevməz »

Dəvətçi; «Əvvəlki gecələrdə söylədiyim kimi ,Zəhmət olmasa birtərəfli hədislər rəvayət etməyin ;səhih hədislərə istinad edin. İftira və yalançı ravilərdən rəvayət edilən uydurma hədisləri bir kənara qoyun».

Şeyx; «Bizdən etdiyiniz hər hədisi zəif adlandıraraq rədd etmək qərarınıza

almışsınız!»

Dəvətçi;Təəssüflər olsun ki,sadəcə mən deyil ,öz alimləriniz də rədd edirlər.Zəhnət olmasa ,Zəhəbinin «Mizanul-etidal»ına və Xətib Bağdadının«Tarix» kitabının 10-cu cildinin 236-cı səhifəsinə müraciət edin .Orada bir çox alimləriniz Əbdurrahma ibn Malik haqda belə demişlər; «O,yalançı və iftiraçıdır.Hədis uyduran bir kəsdir.Heç kim bu mövzuda şəkk-şübhə belə etməmişdir»

Allah xatirinə ,iftiraçı ,yalançı və hədis uyduran bir kəsdənrəvayət etdiyiniz birtərəfli olan hədis,o böyük alimlərinizin rəvayət etdiyi və bizim də onlardan bəzilərinə toxunduğumuz bu sayda hədislərlə bərabər ola bilərmi?

Zəhmət olmasa ,sadalayaçağım alimlərinizin kitablarına diqqətlə baxın; Suyuti «Camiul-kəbir» c 6 səh 390;Muhibbuddin «Riyazul-nəzirə»c2 səh 215

Tirmizi «Came» c2 Səh 299;İbn Əbdulbirr «İstiab»,c3 səh 46; Hafiz əbu Həim «Hilyətul-Övliya» c6 səh 295;Məhəmməd ibn Təlhə Şafei «Mətalibus – sual»

səh 17, İbn Sabbağ Maliki«Fusulul-muhimmə»səh 126.

Bu mənbələrdə Əbuzərdən fərqli ibarələrlə belə rəvayət edilir; «Biz bu münafiqləri Rəsulallahın(s) dövründə ancaq 3 əlamətlə tanıyırdıq;Allah-Təala və rəsulunu rədd etmək,namazdan çəkinmək və Əli ibn Əbu Talibə nifrət etmək».

ƏbuSəid Xudri də belə deyir; «Münafiqləri Əliyə nifrət etmələri ilə tanıyırdıq.Rəsulallahın(s) dövründə münafiqləri təkcə Əliyə düşmənçilik etmələri ilə tanıyırdıq».

Həmçinin,İmam Əhməd ibn Həmbəl «Müsnəd»in 1-ci cildinin 95-ci və 138-ci səhifələrində,İbn Əbdulbirr «İstiab»ın 3-cü cildinin 37-ci səhifəsində ,Xətib Bağdadi «Tarixi Bağdad»ın 14-cü cildinin 426-cı səhifəsində, ibn Əbil-Hədid «Nəhcül Bəlağənin şərhi»nin 4-ci cildinin 264-cu səhifəsində ,İmam Nəsai «Sünən»in 8-ci cildinin 117-ci səhifəsində , «Xəsaisul-Ələvi»nin 27-ci səhifəsində,Həmvinin «Fəraid»in 22-ci babında ,Hafiz Əbu Nəim «Hidayətul-övlüya»nın 4-cü cildinin 185-ci səhifəsində ,Səbt ibn Covzi «Təzkirə»nin 15-ci səhifəsində ,Siyyuti «Camiul-kəbir»in 152-ci və 408-ci səhifələrində,

Məhəmməd ibn Təlhə Şafei «Mətalibus – sual» 17-ci səhifəsində və Tirmizi «Came»nin 2-ci cildinin 13-cü səhifəsindəfərqli ibarələrlə bəzən Ummu-Sələmədən,bəzən də İbn Abbasdan Rəsulallahın(s) belə buyurduğunu rəvayət etmişlər;»Ya Əli! Münafiq səni Sevməz,mömin sənə nifrət etməz.Səni ancaq mömin sevər və sənə ancaq münafiq nifrət edər.Münafiq Əlini sevməz,Mömin də Əliyə nifrət etməz».

İbnƏbil-Hədid «Nəhcül Bəlağənin şərhi»nin 1-ci cildinin 364-cu səhifəsində Mötəzili Şeyxişeyx Əbdulqasim Bəlxinin belə dediyini nəql edir; «Bütün mühəddislər səhihliyində şübhə olmayan bir çox hədislərdə Rəsulallahın(s) Əliyə(ə) belə buyurduğuna ittifaq etmişlər; «Ya Əli! Mömin sənə nifrət etməz ,münafiq isə səni sevməz».

Yenə ibn Əbil-Hədid «Nəhcül Bəlağənin şərhi»nin 4-ci cildinin 264-cu səhifəsində

Hz Əlinin(ə) xütbəsini belə nəql edir; «Bu qılıncımla mənə qəzəblənməsi üçün möminin burnunu vursam belə ,mənə qəzəblənməz.Bütün dünyanı ,məni sevsin deyə,münafiqə versəm belə məni sevməz.Bu səbəbdən Peyğəmbəri-əkrəm mənə belə buyurmuşdu; «Ya Əli !Mömin sənə qəzəbləməz ,münafiq də səni sevməz»

Bu cür rəvayətlər sizin mötəbər kitablarınızda olduqca çoxdur. Məclisinvaxtını nəzərə alaraq,zehnimdə olan bu bir necə rəvayəti nəql etdim.

İndi siz ağalar ədalətlə hökm verin;Aişənin Hz Əli(ə) ilə döyüşməsi,Rəsulallah(s) ilə döyüşmək deyilmi? Görəsən ,bu döyüş və xalqı Hz Əli(ə) əleyhinə döyüşməyə təşviq etmək sevgi,dostluq və məhəbbətə görə idi yoxsa qəzəb,kin və düşmənçiliyə görə? Şübhəsiz ,ki,heç kim iki tərəf arasındakı döyüşün sevgi və dostluğa görə olduğunu söyləməz:bu döyüş qəzəb və düşmənçiliyə görə olmuşdur.

Rəvayət etdiyim bütün bu hədislərdə Rəsulallah(s) küfr və nifaqın əlamətlərindən

birinin Hz Əliyə (ə) nifrət etmək və onunla savaşmaq olduğunu buyuramamışdırmı? Bu hədislər işığında Aişənin qiyamını və Hz Əli(ə) ilə döyüşməsini necə dəyərləndirə bilərik ? Zəhmət olmasa ,sevginizə və qəzəbinizə görə deyil, ədalətlə hökm verin!

Yadıma bir rəvayət düşdü: Həmədanlı fəqih Mirseyid Əli Həmədani Şafei «Məvəddətul-qurba»nın 3-cü məvəddəsində bilavasitə Aişədən Rəsulallahın(s) belə buyurduğunu nəql etmişdir; Allah-Təalaliyə qarşı qiyam edənin kafir və Cəhənnəm əhli olduğunu mənə bildirdi.

Çox qəribədir,Aişəni; «Belə bir sözü Peyğəmbərdən(s) eşitdiyi halda niyə Əliyə qarşı qiyam etdin?»,-deyə ittiham etdikdə ,o,gülünc bir üzr gətirərək; «Bu hədisi Cəməl günü unutdum ,amma Bəsrədə xatırladım!»-dedi.

Şeyx; «Sizin öz bəyanınıza görə ,o,zaman niyə Ummul-möminin Aişəni(r.z) ittiham edirsiniz? Bu aydındı ki,insan qəflət edə bilər,unuda bilər»

Dəvətçi; «Cəməl günü döyüşün od-alovunda unuda bilər.Amma Məkkədən hərəkət etdikdə peyğəmbərin(s) bütün dostları hətta onun zövcələri belə ona mane olmaq istədilər.Lazımsız işlərə baş qoşduğunu ,Əliyə(ə) muxalifətin Hz Peyğəmbərə(s) müxalifət olduğunu söylədikdə də bunu xatırlamadımı?

Görəsən,Cəməl hadisələrini yazan tarixçiləriniz də Rəsulallahın(s) belə buyurduğunu xatırlatmadılarmı?; «Ey Aişə! Həvvəb itlərinin sənə qarşı hürdüyü yoldan qorx»

Aişə Bəsrəyə gedərkən Bəni-kilab suyuna yetişdikdə,itlər ətrafına dolaşıb hürməyə başladı. «Bura haradır?»-deyə soruşduqda , «Həvəb»-dedilər . Bu adı

eşitdikdə Rəsulallahın(s)ona belə buyurduğunu xatırladı.Bəs onda niyə Zübeyr və Təlhənin oyunu ilə yoluna davam edib Bəsrəyə getdi və o böyükfitnəyə səbəb oldu?

Görəsən,yenə də onun unutduğunuvə bilərək yoluna davam etmədiyinisöyləyə biləcəkmisinizmi? Görəsən, bu dəlil Aişə üçünheç bir zaman silinməyəcək böyük bir ləkə deyilmi?

Bilərək Rəsulallaha(s) itaətsizlik etdi.Təlhə və Zübeyrin oynu ilə Rəsulallahın(s) xəlifəsinə qarşı döyüşdü! Məlum olduğu kimi bilavasitə özü Peyğəmbərin(s) belə buyurduğunu bəyan edirdi; «Hər kim Əli ilə döyüşüb ona qarşı qiyam edərsə,o,

Kafirdir!»

Rəsulu-əkrəmin(s) xəlifəsinə qarşı döyüşmək və ona bir çox əziyyət vermək Peyğəmbərə əziyyət etmək deyilmi?

Əvvəlki gecələr sənədləri ilə rəvayət etdiyim bir hədisdə Peyğəmbər belə buyurmamışmıdır? «Kim Əliyə əziyyət edərsə,mənə əziyyət etmişdir; mənə əziyyət edən Allaha əziyyət etmişdir. Ey insanlar! Əliyə əziyyət edən Qiyamət günü yəhudi və xiristian kimi həşr olar»

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
HZ ƏLİNİN(Ə) FƏZİLƏT VƏ TƏRİFİ HAQDA HƏDİSLƏR
HZ ƏLİNİN(Ə) FƏZİLƏT VƏ TƏRİFİ HAQDA HƏDİSLƏR
HZ ƏLİNİN(Ə) FƏZİLƏTLƏRİ SAYSIZ-HESABSIZDIR
HZ ƏLİNİN(Ə) FƏZİLƏTLƏRİ SAYSIZ-HESABSIZDIR
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
ŞƏRAFƏTLİ "İLƏLUŞ-ŞƏRAYE" KİTABINDAN ƏHLİ-BEYT SEVGİSİ HAQQINDA DƏYƏRLİ HƏDİSLƏR
ŞƏRAFƏTLİ "İLƏLUŞ-ŞƏRAYE" KİTABINDAN ƏHLİ-BEYT SEVGİSİ HAQQINDA DƏYƏRLİ HƏDİSLƏR
Cövşən əl-Kəbir duası səhihdirmi?!
Cövşən əl-Kəbir duası səhihdirmi?!
Quran Qiyamət günündə kimlərdən şikayət, kimlərə şəfaət edəcək?
Quran Qiyamət günündə kimlərdən şikayət, kimlərə şəfaət edəcək?
Günahdan necə xilas ola bilərəm?  Əllamə Təbatəbainin cavabı:  “Həşr” surəsini oxu. İnşəallah ki, müvəffəq olarsınız”.
Günahdan necə xilas ola bilərəm? Əllamə Təbatəbainin cavabı: “Həşr” surəsini oxu. İnşəallah ki, müvəffəq olarsınız”.
İmam Rza (ə) şaban ayının axırıncı cüməsində Əba Səltə Ramazan ayının gəlişi münasibətilə yerinə yetiriləsi əməlləri öyrədir:
İmam Rza (ə) şaban ayının axırıncı cüməsində Əba Səltə Ramazan ayının gəlişi münasibətilə yerinə yetiriləsi əməlləri öyrədir:
Həzrət Musa (ə) Allah Təala tərəfindən dörd şeyə vəsiyyət edilmişdir ki, bunları biz də bilsək faydalı olar.
Həzrət Musa (ə) Allah Təala tərəfindən dörd şeyə vəsiyyət edilmişdir ki, bunları biz də bilsək faydalı olar.
İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI
İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI
Hz.Fatiməni (s.ə) qəzəbləndirənin aqibəti
Hz.Fatiməni (s.ə) qəzəbləndirənin aqibəti
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) ilə görüşən zaman O Həzrətə salam vermiş və Möminun surəsindən bir qismini tilavət etmişdir?
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) ilə görüşən zaman O Həzrətə salam vermiş və Möminun surəsindən bir qismini tilavət etmişdir?
"Məvəddət" ayəsi
"Məvəddət" ayəsi
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
QƏDİR-XÜM HADİSƏSİ TARİXDƏ
QƏDİR-XÜM HADİSƏSİ TARİXDƏ
"Vəli” kəlməsi
"Vəli” kəlməsi
Münafiq kimdir və onu necə tanımalı?
Münafiq kimdir və onu necə tanımalı?
İmam Rzanın (ə) Ramazan ayı ilə bağlı on göstərişi
İmam Rzanın (ə) Ramazan ayı ilə bağlı on göstərişi
Əbu Talibin imanı
Əbu Talibin imanı
Xanım Zəhra (s.ə) əhli-sünnə güzgüsündə (2)
Xanım Zəhra (s.ə) əhli-sünnə güzgüsündə (2)
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
QEYBƏT VƏ EYB AXTARMAQ
QEYBƏT VƏ EYB AXTARMAQ
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Xəlifə Ömərin Əbu Hureyrəyə münasibəti:
Xəlifə Ömərin Əbu Hureyrəyə münasibəti:
“Nə çox hədis danışırsan” tənəsi:
“Nə çox hədis danışırsan” tənəsi:
Əbu Hureyrə və əməvi hakimiyyəti
Əbu Hureyrə və əməvi hakimiyyəti
Əbu Hureyrənin əvvəli və sonu:4
Əbu Hureyrənin əvvəli və sonu:4
Əbu Hureyrənin əvvəli və sonu:3
Əbu Hureyrənin əvvəli və sonu:3
Yuxunun Şərhi
Yuxunun Şərhi
Aləmlərə rəhmət:
Aləmlərə rəhmət:
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
Şiə tarixinə giriş
Şiə tarixinə giriş
“Vəli” kəlməsi (2)
“Vəli” kəlməsi (2)
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
Daha çox oxumaq istəyirsən? )))