Shia.az SonUmidTv media
» » » İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) DUA VƏ MÜNACAT VASİTƏSİLƏ DİNİ TƏBLİĞATI
Русская версия сайта Русская версия сайта
sitename
Şiə çox zəngin dua, münacat və ziyarət mədəniyyətinə malikdir ki, islami təriqətlərin heç birində bu qədər dua,İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) DUA VƏ MÜNACAT VASİTƏSİLƏ DİNİ TƏBLİĞATI münacat və ziyarətnamələr yoxdur. Elə bu da şiə mədəniyyəti və cəmiyyətində dini ixlas, nəfsin saflaşması və paklanmasını gücləndirən şiəliyin mənəvi çöhrəsinin əlamətidir.

Şiə imamları arasında duanın çox önəmli və uca yeri vardır. Onlardan bəziləri dua haqqında çox təkid etmiş və bu barədə qiymətli bir irs qoymuşlar. İmam Əliyyən-Nəqi (ə) öz proqramında dua və münacata çox əhəmiyyət vermiş, şiələri tərbiyə etməkdə, şiə mədəniyyət və təlimləri ilə tanış etməkdə dua və münacat qəliblərindən geniş surətdə istifadə etmişdir. Bu dualarda Allahla raz-niyaz etməklə yanaşı, bəzi siyasi-ictimai məsələlərə də müxtəlif şəkillərdə işarə olunmuşdur. Elə bu işarələr şiənin siyasi həyatında çox təsirli olmuş və nizamlı olaraq bəzi xüsusi məfhumları onların cəmiyyətinə təlqin etmişdi. İndi bu dualarda bəhs edilən bəzi məsələlərə işarə edirik:

1. Camaatla Əhli-beyt (ə) arasında rabitə yaratmaq: Mühəmməd (s) və Ali-Mühəmmədə (ə) tez-tez salavat göndərməyin kənarında ümmətlə Ali-Mühəmməd (ə) arasında möhkəm və qırılmaz bağlılıq yaratmağa xüsusi təkid edilmişdir. Nümunə olaraq, bu duanın bir hissəsinə diqqət yetirək: "İlahi, Mühəmmədə (s) və Əhli-beytinə salam və salavat göndər, mənimlə onlar arasında olan əlaqəni dünya və axirətdə kəsmə, mənim əməllərimi onların hörmətinə xatir qəbul et!” ("Misbahul-mutəhəccid”, s.239.)

2. Əhli-beytin (ə) uca məqamı və rəhbərliyinə təkid etmək: İmam Əliyyən-Nəqidən (ə) nəql edilən və əlimizə çatmış ziyarətnamələrdə Əhli-beytin üstünlüyü, onların İslam ümmətinin rəhbəri olduğuna tez-tez təkid edilmiş və Rəsulullahın (s) xüsusi mənada Əhli-beyti "rəhmət mədənləri”, "elm xəzinədarları”, "ümmətin qüdrətliləri”, "Allahın əmanətdarları”, "hidayət imamları”, "peyğəmbərlərin varisləri”, "dünya və axirət əhlinin höccətləri” və s. kimi təbirlərlə vəsf edilmişdir. ("Mən la yəhzuruhul-fəqih”, c.2, s.60) Həmin ziyarətnamədə hidayət imamlarına xitab olunaraq belə deyilir: "Şəhadət verirəm ki, siz,hidayət edən, hidayət olmuş, məsum, fəzilətli, Allaha yaxın, təqvalı, sadiq, Allah tərəfindən seçilən və Ona itaət edən imamlarsınız.”

Burada imamların (ə) spesifik xüsusiyyət və fəzilətlərini qeyd etməklə yanaşı, imam Əliyyən-Nəqi (ə) şiələrə "imam” sözünə dəqiq şəkildə tərif vermiş və imamda zəruri xüsusiyyətləri bildirmişdir.

3. Əhli-beyt (ə) məktəbinə təkid etmək: "Dua” və "ziyarətnamə”lərin başqa bir hissəsində o həzrət şiələrə imamların uca məqamını öyrədir. Onlar barədə şəhadət verərkən deyir: "Allah yolunda lazım olduğu kimi cihad etdiniz, dəvətini elan, ilahi hökmləribəyan etdiniz və sərhədlərini canlandırdınız. Allahın hökmlərini yaydınız və ilahi adət-ənənələri qorudunuz. Quranın "təvil” və "tənzil”i, Allahın ayələri, nuru, açıq-aşkar dəlili sizin yanınızdadır və ixtilaflar sizinlə həll edilir.”

Beləliklə, imam Əliyyən-Nəqinin (ə) nəzərində ilahi maarif və təlimləri yalnız Peyğəmbərin (s) və onun Əhli-beytinin məktəbində axtarmaq lazımdır. Yalnız Əhli-beytin məktəbi və təlimlərinə itaət edənlər haqq yoldadırlar; "Sizdən üz çevirən dindən çıxar, sizə itaət edənlər isə düz yolda olarlar.” ("Müsnədi-imam Hadi (ə)”, Əzizullah Ətarudi, səh.249.)

4. Zülm və sitəmlə mübarizə: Şiənin qəbul etdiyi ən aşkar məsələlərdən biri zülm və haqsızlıqla mübarizədir. İmam Əliyyən-Nəqidən (ə) nəql edilən dualarda bu mətləb tamamilə müşahidə olunur. Bu dualardan biri də "məzlumun duası”dır. ("Müsnədi-imam Hadi (ə)”, Əzizullah Ətarudi, səh.189-190.) Bu duada zalım və qəddarların zülmünün aradan qaldırılması üçün Allahdan kömək istənilir və zülmün aradan qaldırılması Allahın öhdəsinə qoyulsa da, lakin onda məqsəd camaata tətbiq olunan zülm və haqsızlıqdan xəbərdar etməkdir. Zülmün aradan qaldırılmasında ən zəruri məsələ elə budur. Bu dua dövrün xəlifəsi Mütəvəkkilin imam Əliyyən-Nəqiyə (ə) rəva gördüyü zülm və xəyanətdən sonra o həzrətin dilində cari olmuş və siyasi məna daşıdığı gün kimi aydındır:

İlahi! Tezliklə möminləri əzabdan qurtar və onu (əzabı) açıq bir şəkildə zalımlara göndər.

İlahi! Əzabı sığınacaq istəyənlərdən uzaqlaşdır və onu məğrurlara və təkəbbürlülərə yağdır.

Ey mənim Allahım! Tezliklə haqq tərəfdarlarına kömək et və zülm tərəfdarlarını öldürücü zərbə ilə məhv et.

Ey mənim Allahım! Zalımları məhv et. İftira yaxanlara qəzəbli ol.

İmam Hadi (ə) Mütəvəkkilin etdiyi əzab-əziyyətlərdən təngə gəlir, Allah-taalaya yalvarıb, onu bu əzabdan qurtarmağını istəyir. Bunun üçün də belə dua edir: "…Ey mənim mövlam! Dəqiq bilirəm ki, sənin zalımlardan intiqam alıb məzlumun haqqını qaytaracaq bir günün vardır. Yəqin ki, qəsbkarın cəzasını verib qəsb olunmuşun haqqını qaytaracaq bir zamanın vardır. Çünki heç bir inadkar təkəbbürlü Səndən qabağa keçə bilməz, Sənə qarşı çıxan heç bir şəxs əlindən qaça bilməz… Lakin mənim dözümsüz və taqətsiz olmağım Sənin təqdirinə səbir etməyə və hökmünü gizləməyə qoymur. Sənin üzərimdə olan qüdrətin, ey sərvərim və mövlam, bütün qüdrətlərdən üstündür, səltənət və hakimiyyətin bütün səltənətlərə qalibdir. Möhlət versən də, hər kəsin qayıdışı Sənə tərəfdir. Fürsət versən də, hər bir zalım Sənə tərəf qayıdacaq. Sənin filankəsin oğlu filankəslə yaxşı rəftarın, onun üçün təyin etdiyin təqdirin uzun çəkməsi və ona möhlət verməyin artıq mənə zərər verir, əgər Sənə olan inamım və verdiyin vədə yəqinim olmasaydı, məyusluq mənə güc gələrdi. …Ey məzluma və haqqı pozulmuşa kömək edən! Səndən duamı qəbul etməyi diləyirəm.”
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
İmam Əliyyən-Nəqinin (ə) təvəllüdü
İmam Əliyyən-Nəqinin (ə) təvəllüdü
İmam Əliyyən-Nəqinin (ə) həyatı
İmam Əliyyən-Nəqinin (ə) həyatı
Evində 20 il həbsdə olan mübariz İmam (ə)
Evində 20 il həbsdə olan mübariz İmam (ə)
İmam Əliyyən-Nəqinin (ə) şəhadəti
İmam Əliyyən-Nəqinin (ə) şəhadəti
Hərəmi mələklərin qibləgahı olan Əhli-Beytin (ə) kəriməsi, Həzrət Muhəmməd (ə) nəslinin Məryəmi
Hərəmi mələklərin qibləgahı olan Əhli-Beytin (ə) kəriməsi, Həzrət Muhəmməd (ə) nəslinin Məryəmi
Məhərrəm ayında Əhli-Beytin (ə) nicat gəmisinə minək
Məhərrəm ayında Əhli-Beytin (ə) nicat gəmisinə minək
İMAM HADİNİN (Ə) FİKRİ-SİYASİ TARİXİ
İMAM HADİNİN (Ə) FİKRİ-SİYASİ TARİXİ
İmam Əliyyən-Nəqinin (İmam Hadinin (ə)) mövlud günüdür
İmam Əliyyən-Nəqinin (İmam Hadinin (ə)) mövlud günüdür
ALIŞ-VERİŞ zamani oxunan dua
ALIŞ-VERİŞ zamani oxunan dua
Nə zaman Allah dərgahına hacətiniz oldu, belə deyin…
Nə zaman Allah dərgahına hacətiniz oldu, belə deyin…
İMAM MEHDİ (Ə) HƏDİS İŞIĞINDA
İMAM MEHDİ (Ə) HƏDİS İŞIĞINDA
Məbəs gününün duası
Məbəs gününün duası
Bu gün İmam Əliyyən-Nəqinin (ə) şəhadət günüdür
Bu gün İmam Əliyyən-Nəqinin (ə) şəhadət günüdür
Əhli-beyt (ə) nemətinə görə şükür
Əhli-beyt (ə) nemətinə görə şükür
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
İmam Məhəmməd Təqi əleyhissalam və valideynə ehtiram
İmam Məhəmməd Təqi əleyhissalam və valideynə ehtiram
Salavat haqda bir sual və onun cavabı
Salavat haqda bir sual və onun cavabı
1 aprel - 3 rəcəb - İmam Hadinin (ə) şəhadəti
1 aprel - 3 rəcəb - İmam Hadinin (ə) şəhadəti
İslam quldarlığın aradan qaldırılması üçün necə mübarizə aparır?
İslam quldarlığın aradan qaldırılması üçün necə mübarizə aparır?
Həzrət Fatimeyi Məsumənin (s.ə) elmi məqamı
Həzrət Fatimeyi Məsumənin (s.ə) elmi məqamı
Vilayətin 11-ci günəşi İmam Həsən Əsgəri (ə)-ın həyatına bir baxış
Vilayətin 11-ci günəşi İmam Həsən Əsgəri (ə)-ın həyatına bir baxış
Dua - bəndə ilə Allah arasında rabitə halqasıdır
Dua - bəndə ilə Allah arasında rabitə halqasıdır
SALEHLƏR DUASI
SALEHLƏR DUASI
Qurani-Kərimdə imamət məqamı
Qurani-Kərimdə imamət məqamı
Əhli-beyt (ə) mütləq nurdur
Əhli-beyt (ə) mütləq nurdur
NÜDBƏ DUASI
NÜDBƏ DUASI
Orucluğun başlanması münasibətilə İmam Səccadın (ə) duası
Orucluğun başlanması münasibətilə İmam Səccadın (ə) duası
İMAM KAZİM (Ə) VƏ ZÜLMKAR HAKİMLƏ MÜBARİZƏ
İMAM KAZİM (Ə) VƏ ZÜLMKAR HAKİMLƏ MÜBARİZƏ
İMAM HADİNİN (Ə) HƏYATI
İMAM HADİNİN (Ə) HƏYATI
Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür
Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür
Mübahilə günü
Mübahilə günü
Quran gecəsi _ (İmam Əliyyən-Nəqi (ə)-ın mövludu) [27.09.2015]
Quran gecəsi _ (İmam Əliyyən-Nəqi (ə)-ın mövludu) [27.09.2015]
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Daha çox oxumaq istəyirsən? )))