Shia.az SonUmidTv media
» » » “Pisliklərin hamısı bir evdə yerləşdirilmişdir, o evin açarı isə yalandır.”
Русская версия сайта Русская версия сайта
sitename

 

Bu gün imam Həsən Əskəri əleyhissalamın təvəllüdü günüdür.
Bayramınız mübarək olsun!
.
İmam Həsən Əskəri əleyhissalam buyurur:

جعلت الخبائث فی بیت و الکذب مفاتیحها

"Pisliklərin hamısı bir evdə yerləşdirilmişdir, o evin açarı isə yalandır.”
Nəzhətun-nazir və tənbihul-xəvatir 145-ci səhifə
.
Düzlük və doğruluq nə qədər dəyərlidirsə, yalan da bir o qədər pis və çirkindir.
Yalan, insanları aldatmaqdır, yalançını camaatla düşmən edir, cəmiyyətdə onun etibarını azaldır, ictimai rabitəsini süstləşdirir, riyakarlığa səbəb olur. Yalan o qədər pisdir ki, hətta yalançı da onun cəmiyyət içində yalançı kimi tanınmasını istəmir, ona görə də danışdığı sözün yalan olduğu camaat tərəfindən başa düşüləndə öz yalanını ört-basdır etmək üçün başqa bir yalana əl atır.
Bundan əlavə düz sözlərin içinə yalan qarışanda da həmin sözlər öz dəyərini itirir. Bir çox adamların çıxış, xütbə, moizə və nəsihətlərinin insanların qəlbinə girə bilməməsi məhz bu səbəbdəndir. Yalan, murdar və nəcisə bənzədilmişdir. Təsəvvür edin, evdə bir qazan süd var, ana həmin südün bir az soyumasını gözləyir ki, evdəkilər o süddən içsinlər, elə bu zaman o qazanın içinə bir damcı nəcis düşür. Beləliklə həmin südün hamısı atılmalı olur. 
Şəxs moizə edir, moizəsini "bəzəkli və maraqlı” etmək üçün yalan hadisələrdən və uydurulmuş yuxulardan danışır. Bununla da moizəsini nəcis edir və ona qulaq asan insanların heç birinin qəlbi o nəcisi həzm etməyə razı olmur.
Dostlarla və ya iş yoldaşları ilə görüşə gecikir, gecikdiyini boynuna alaraq onlardan üzür istəmək əvəzinə yalan danışmaq ilə özünü haqlı çıxarmağa çalışır, "tıxacda qalmışdım” , "yol polisi saxlamışdı” və ilaxır yalanlar danışır. 
Pisliklər evinin açarlarından birinin yalan olduğu ona görədir ki, insanlar öz səhv və xatalarını yozmaq və günahkar olduqları halda özlərini haqlı çıxarmaq üçün yalan danışmaqla camaata kələk gəlir və onları aldadırlar. Mağazada pis malı satmaq üçün onu yalan ilə tərifləyirlər, yalan sözlərlə camaata ürək yandırdıqlarını iddia edirlər.
İnsanar müxtəlif yerlərdə özlərini haqlı və dürüst çıxarmaq üçün o qədər "yalan”dan istifadə edirlər ki, öz həyatlarını yalansız təsəvvür edə bilmirlər, "yalansız həyamı olar?” deyirlər.
Unutmayaq ki, belə iddia ilə çıxış edən insanlar ilk öncə sevimli Peyğəmbərimizə (s), məsum İmamlara (ə) və kamil insanlara şər atmış olur. Bəli, yalansız həyat mümkündür, özü də nəinki mümkündür, elə əsil təmiz, saf, şirin, xoşbəxt və şən həyat yalnız doğruluq və dürüstlüklədir.


Rza Əzizoğlu İrəvani
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
İmam Həsən Əsgəri (ə) keşişin yağış sirrini necə aşkar etdi
İmam Həsən Əsgəri (ə) keşişin yağış sirrini necə aşkar etdi
Allah-Taala Qiyamət günü üç dəstəni danışdırmayacaq, onları paklamayacaq və onlar üçün dərdli əzab olacaqdır
Allah-Taala Qiyamət günü üç dəstəni danışdırmayacaq, onları paklamayacaq və onlar üçün dərdli əzab olacaqdır
Allah qorxusunun insan qəlbinə təsiri
Allah qorxusunun insan qəlbinə təsiri
Cəhalət və nadanlıq ən böyük müsibət və bəladır.
Cəhalət və nadanlıq ən böyük müsibət və bəladır.
Ən ağlıllı insanlar kimlərdir?!
Ən ağlıllı insanlar kimlərdir?!
Depressiya və stressdən uzaq olmağın sirrləri
Depressiya və stressdən uzaq olmağın sirrləri
Bihudə və mənasız andlar
Bihudə və mənasız andlar
Birlik və vəhdət amili Qədir-xum
Birlik və vəhdət amili Qədir-xum
Xoşbəxtlik yolları
Xoşbəxtlik yolları
Sadiq yuxunu kazib (aldadıcı) yuxudan necə ayırd etmək olar?
Sadiq yuxunu kazib (aldadıcı) yuxudan necə ayırd etmək olar?
İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər
İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər
Ramazan ayı Allah tərəfindən insanlara göndərilən bir proqramdır - ilahiyyatçı
Ramazan ayı Allah tərəfindən insanlara göndərilən bir proqramdır - ilahiyyatçı
Paklıq və Təmizlik ayı -Ramazan.
Paklıq və Təmizlik ayı -Ramazan.
Oruc ilə qısa bir tanışlıq
Oruc ilə qısa bir tanışlıq
Sən güclüsən yoxsa zəifsən?!
Sən güclüsən yoxsa zəifsən?!
Allah-Taala Qiyamət günü üç dəstəni danışdırmayacaq, onları paklamayacaq və onlar üçün dərdli əzab olacaqdır:
Allah-Taala Qiyamət günü üç dəstəni danışdırmayacaq, onları paklamayacaq və onlar üçün dərdli əzab olacaqdır:
Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?
Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?
10-cu imam Əli ən-Nəqi əleyhissalamın şəhadətinin il dönümüdür
10-cu imam Əli ən-Nəqi əleyhissalamın şəhadətinin il dönümüdür
Həzrət Fatimənin (ə) həyat üsulu və insanlara elm öyrətməyin dəyəri
Həzrət Fatimənin (ə) həyat üsulu və insanlara elm öyrətməyin dəyəri
Qəzəb və hirsin acı nəticələri və pis aqib
Qəzəb və hirsin acı nəticələri və pis aqib
İnsan şeytana necə çevrilir?!
İnsan şeytana necə çevrilir?!
Həzrət Muhəmmədin (s) əxlaqı
Həzrət Muhəmmədin (s) əxlaqı
Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür
Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür
QƏDİR-XÜMÜ İNKAR EDƏNLƏRİN AQİBƏTİ
QƏDİR-XÜMÜ İNKAR EDƏNLƏRİN AQİBƏTİ
Münafiq kimdir və onu necə tanımalı?
Münafiq kimdir və onu necə tanımalı?
Mən dünyanın ən yaxşı həyat yoldaşına malikəm!
Mən dünyanın ən yaxşı həyat yoldaşına malikəm!
Nəfsin saflaşdırılmasında orucun rolu
Nəfsin saflaşdırılmasında orucun rolu
Fədək bütün bəhanələri puç etdi!
Fədək bütün bəhanələri puç etdi!
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrə gülməli insan idi
Əbu Hureyrə gülməli insan idi
“Nə çox hədis danışırsan” tənəsi:
“Nə çox hədis danışırsan” tənəsi:
Əbu Hureyrə və əməvi hakimiyyəti
Əbu Hureyrə və əməvi hakimiyyəti
Aləmlərə rəhmət:
Aləmlərə rəhmət:
Şiə tarixinə giriş
Şiə tarixinə giriş
Quran-Kərim və tarix
Quran-Kərim və tarix
NAMAZIN İNSAN ORQANİZMİNƏ TƏSİRİ
NAMAZIN İNSAN ORQANİZMİNƏ TƏSİRİ
Daha çox oxumaq istəyirsən? )))