Shia.az SonUmidTv media
» » » Biz sizin halınıza diqqət etməkdə səhlənkarlıq etmirik, sizi unutmuruq – İmam Zaman ağanın (ə.f) seçilmiş hədisləri
Русская версия сайта Русская версия сайта
sitename

 

İmam Zaman ağanın (ə.f) bəzi buyuruşlarına diqqət edək:Biz sizin halınıza diqqət etməkdə səhlənkarlıq etmirik, sizi unutmuruq – İmam Zaman ağanın (ə.f) seçilmiş hədisləri

 

1. Öz davamçılarına diqqəti. "Biz sizin halınıza diqqət etməkdə səhlənkarlıq etmirik, sizi unutmuruq. Əgər başqa cür olsaydı,çətinliklər sizə üz çevirərdi və sizin kökünüzü kəsərdi”.

 

2. Saleh əməl yerinə yetirmək. "Sizlərdən hər biriniz gərək o şey ki, sizi bizə yaxınlaşdırar – ona əməl edəsiniz. O şey ki, bizim xoşumuza gəlmir və ona qəzəblənirik – (ondan) uzaq olasınız. Çünki, Allah ani şəkildə insanı alar o zaman ki, tövbəsinin ona faydası olmaz”.

 

3. Əhli-Beytin (ə) əmrlərinə itaət. "Allahdan qorxun və bizə təslim olun. İşlərinizi bizə buraxın. Bizim öhdəmizdədir ki, sizi bulaqdan sirab edək. Sizi bulağa tərəf aparmaq bizim öhdəmizdə olsa da, sizdən gizli olan şeyləri kəşf etmək yoluna getməyin. Məqsədinizi bizə sevgi ilə aydın olan yoldan bizə tərəf qərar verin”.

 

4. Haqq mütləq həyata keçər. "Allah təqdir etmişdir ki, haqq öz son və kamal mərhələsinə çatsın. Batil aradan getsin. O, bəyan etdiklərimə şahiddir”.

 

5. Xilqətin hədəfli olması. "Allah Təala xəlqi yersiz yerə xəlq etməmişdir. Onları qüdrətləri ilə xəlq etmişdir. Onlar üçün qulaq, göz, qəlb və ağıl qərar vermişdir. Müjdə verən və qorxudan rəsulları onlara tərəf göndərmişdir ki, əmrinə itaət etsinlər. İtaətsizliklərinin qarşısını alsınlar. Allah və din barəsində bilmədiklərini onlara başa salsınlar. Onlara tərəf kitab göndərdi.

Onlara tərəf mələkləri göndərdi ki, Allahla peyğəmbərləri (ə) arasında vasitə olsunlar”.

 

6. Haqqın zühuru. "Nə zaman Allah bizə danışmaq üçün icazə verər, haqq zahir olacaqdır. Batil aradan gedəcəkdir”.

 

7. Allahın izni ilə haqqın zühuru. "Zühur olmaz, məgər Allah Təalanın izni ilə. O isə uzun zamandan, qəlblərin qəsavətindən, yeri zülm bürüyəndən sonra”.

 

8. Yalançı iddiaçılar. "Agah olun ki, tezliklə (bəzi) kəslər (xüsusi nəcabətimi) iddia edəcəklər. Agah olun ki, hər kim Süfyaninin qiyamından, səma səsini eşidəndən əvvəl məni gördüyünü iddia edər – yalançı və iftiraçıdır”.

 

9. Dünya məhv olmaq üzrədir. "Dünyanın məhv olması yaxınlaşır və vida halındadır. Mən sizi Allah və Peyğəmbərinə (s), Quranına əməl etməyə, batili öldürməyə və sünnəti dirçəltməyə dəvət edirəm”.

 

10. Böyük ehtiyat. "Mən Adəmdən (ə) qalan, Nuhun (ə) ehtiyatı, İbrahimin (ə) seçdiyi və xülasə, Muhəmmədəm (ə)”.

 

11. Allahın hüccəti. "Zalımlar belə düşündülər ki, Allahın hüccəti aradan getmişdir. Halbuki əgər bizə danışmaq üçün icazə verilsəydi, hər an şəkləri aradan aparardıq”.

 

12. Asqırıq, salamatlıq əlamətidir. "Asqırmaq – üç gün ərzində ölümdən amanda olmağın əlamətidir”.

 

13. Namaz, şeytanı qovar. "Heç bir şey namaz kimi şeytanın burnunu torpağa sürtməz. Ona görə də namaz qıl və şeytanın burnunu torpağa sürt”.

 

14. Allaha pənah aparmaq. "Kor olduqdan sonra görməyə görə, yolunu azmaqdan sonra xilas olmağa görə, nalayiq əməllərdən və fitnəyə düşməkdən Allaha pənah aparıram”.

 

15. Həqiqət nümunəsi. "Haqq bizimlə və bizim aramızdadır. Bizdən başqası belə deyə bilməz, məgər o halda ki, iftiraçı və yalançıdır”.

 

16. Allahın izni ilə zühurun fərəci. "Zühurun fərəci Allah Təalanın iradəsindən asılıdır. Hər kim bizim zühur üçün vaxt təyin edər – yalançıdır”.

 

17. Allahı tanımaq. "Həqiqətən, Allah Təala o Kəsdir ki, cisimləri yaratmış, ruziləri bölmüşdür. O, cisim deyildir və cismə də girməmişdir. Heç bir şey Onun kimi deyildir. Eşidən və Agahdır”.

 

18. Məsumlar (ə) – Allahın tərbiyə etdikləridir. "Əgər kimsə bizimlə olmazsa, bizdə heç bir zaman qorxu yaranmaz. Biz Allahın tərbiyə etdikləriyik. İnsanlar (isə) bizim tərbiyə etdiklərimizdir”.

 

19. Həqiqi elm. "Elm, bizim elmdir. Kafirin küfrü sizi sancmaz”.

 

20. Əhdə vəfa. "Əgər bizim davamçılarımız İlahi əhdə ittihad və ittifaqda olsaydılar, əhdi möhtərəm bilsəydilər, bizim görüşmək səadəti təxirə düşməzdi və bizimlə görüşmək səadətinə tez nail olardılar”.

 

21. Davamçıların nadanı. "Bizim davamçılarımızın nadanları və ağılsızları və o kəslər ki, ağcaqanadın qanadları onların dindarlıqlarından daha möhkəmdir – onlar bizi incidərlər”.

 

22. Şükür səcdəsi. "Şükür səcdəsi – ən lazım və ən vacib müstəhəblərdəndir”.

 

23. Namazın təqibatlarının fəziləti. "Vacib namazlardan sonra dua və təsbih etməyin fəziləti, müstəhəb namazlardan sonra edilən dua və təsbihin fəziləti ilə müqayisədə vacibatın müstəhəb üzərindəki fəziləti kimidir”.

 

24. Səcdə - Allaha məxsusdur. "Qəbrə səcdə etmək caiz deyildir”.

 

25. İnsanlara xidmət etmək. "Özünü insanların (xidmət etmək üçün) ixtiyarına ver. Əyləşmək yerini evinin girişində qərar ver. İnsanların hacətini yerinə yetir!”.

 

26. Yer üçün əmin-amanlıq. "Yer əhli üçün bizim varlığımız aman və rahatlığa səbəb olar. Necə ki, ulduzlar səmanın amanına səbəb olarlar”.

 

27. Bulud arxasında olan günəş. "Qeyb zamanında məndən bəhrələnməyin keyfiyyəti – buludun gizlətdiyi günəşdən bəhrələnməyin keyfiyyəti kimidir”.

 

28. Allahın iradəsi hər şeyi qabaqlayır. "Həqiqətən, Allah Təalanın təqdiri məğlub olmaz. Heç bir şey Onun tövfiqini qabaqlamaz”.

 

29. Bəyənilməyən suallar. "Sizin xeyirinizə olmayan sual qapılarını bağlayın”.

 

30. Hər bir zamanda hidayət ələmdarı. "Nə zaman ələm və nişanələr gizli olar, başqa bir ələm aşkar olar. Nə zaman bir ulduz düşsə, o biri ulduz doğar”. (Tebyan)

 

Allah Təala bizləri o Həzrətin (ə.f) zühurunu tezləşdirənlərdən qərar versin!

 

/Deyerler.org/

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Haqqı demək, ədalətlə hökm etmək və əhdə vəfa - İmam Səccaddan (ə) İslam qanunlarının xülasəsi
Haqqı demək, ədalətlə hökm etmək və əhdə vəfa - İmam Səccaddan (ə) İslam qanunlarının xülasəsi
İmam Əlinin (ə) 13 mühüm vəsiyyəti
İmam Əlinin (ə) 13 mühüm vəsiyyəti
Qəmdən nicat verən zikr
Qəmdən nicat verən zikr
Ey Allah bəndələri bunları bilin və agah olun! – Hz. Əli (ə)
Ey Allah bəndələri bunları bilin və agah olun! – Hz. Əli (ə)
Allah bizə qarşı ata və anamızdan da mehribandır
Allah bizə qarşı ata və anamızdan da mehribandır
İmam Baqir (ə) İmam Mehdinin (ə.f) zühuru barədə nə buyurmuşdur?
İmam Baqir (ə) İmam Mehdinin (ə.f) zühuru barədə nə buyurmuşdur?
İstiğfar üçün ən yaxşı zaman hansıdır? – Ayətullah Behcətin nəzəri
İstiğfar üçün ən yaxşı zaman hansıdır? – Ayətullah Behcətin nəzəri
Nə zaman çətinliyə düşdün, çatışmazlığın oldu, ehtiyacın yarandı – təsbehi götür və 100 dəfə de..
Nə zaman çətinliyə düşdün, çatışmazlığın oldu, ehtiyacın yarandı – təsbehi götür və 100 dəfə de..
İnsanı Allahdan qafil edən 7 səbəb
İnsanı Allahdan qafil edən 7 səbəb
“Kisa” (“Əba əhli”) hədisinin fəzilətləri barədə görkəmli alimlərin nəzərləri
“Kisa” (“Əba əhli”) hədisinin fəzilətləri barədə görkəmli alimlərin nəzərləri
İslamda övladın valideyn üzərində haqları varmı?
İslamda övladın valideyn üzərində haqları varmı?
Həzrət Fatimənin (s.ə) ardıcılı əvvəl-axır mütləq behiştdə olacaq
Həzrət Fatimənin (s.ə) ardıcılı əvvəl-axır mütləq behiştdə olacaq
İmam Əlinin (ə) ömrünün sonunda 13 mühüm vəsiyyəti
İmam Əlinin (ə) ömrünün sonunda 13 mühüm vəsiyyəti
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Biz bağışlayaq ki, Allah da bizi bağışlasın...
Biz bağışlayaq ki, Allah da bizi bağışlasın...
Bizə pislik edənləri bağışlamalıyıqmı?
Bizə pislik edənləri bağışlamalıyıqmı?
Quran nəzərindı günahların bağışlanmağına səbəb olan əməllər 
Quran nəzərindı günahların bağışlanmağına səbəb olan əməllər 
“Kim vacib namazı qılıb, ayağa qalxmadan, Fatımə Zəhra (ə.s.) təsbihini zikr edərsə, Allah onu bağışlayar.”
“Kim vacib namazı qılıb, ayağa qalxmadan, Fatımə Zəhra (ə.s.) təsbihini zikr edərsə, Allah onu bağışlayar.”
İmam Zaman ağanın (ə.f) Saleh adlı oğlu vardırmı?
İmam Zaman ağanın (ə.f) Saleh adlı oğlu vardırmı?
İlahi ərşi titrədən 5 əməl
İlahi ərşi titrədən 5 əməl
Qəzəbi necə kontrol etmək olar?
Qəzəbi necə kontrol etmək olar?
Zühurdan sonra insanlar niyə günahdan uzaq olacaqlar?
Zühurdan sonra insanlar niyə günahdan uzaq olacaqlar?
İnsanın həyatda 4 imtahanı
İnsanın həyatda 4 imtahanı
Dua kimi heç bir vasitə insanı Allaha yaxınlaşdırmaz
Dua kimi heç bir vasitə insanı Allaha yaxınlaşdırmaz
Ey İbn Əbi Məhmud! Bizim düşmənlərimiz bizim haqqımızda üç növ yalan hədislər yayırlar
Ey İbn Əbi Məhmud! Bizim düşmənlərimiz bizim haqqımızda üç növ yalan hədislər yayırlar
Niyə namazda özümüzə salam göndəririk?
Niyə namazda özümüzə salam göndəririk?
Dua - bəndə ilə Allah arasında rabitə halqasıdır
Dua - bəndə ilə Allah arasında rabitə halqasıdır
Biz Əhli-beytə (ə) niyə təvəssül edirik?
Biz Əhli-beytə (ə) niyə təvəssül edirik?
Namazdan əvvəl azan və iqamə deməyin fəlsəfəsi
Namazdan əvvəl azan və iqamə deməyin fəlsəfəsi
İmam Rzanın (ə) ziyarətinin fəzilətləri
İmam Rzanın (ə) ziyarətinin fəzilətləri
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
Bircə namazı qəzaya vermək insana o qədər ziyan gətirər ki, bütün dünya ona verilsəydi, yenə də bu ziyanların qarşısını ala bilməzdi
Bircə namazı qəzaya vermək insana o qədər ziyan gətirər ki, bütün dünya ona verilsəydi, yenə də bu ziyanların qarşısını ala bilməzdi
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Ramazan ayında şeytan nə edir?
Ramazan ayında şeytan nə edir?
Daha çox oxumaq istəyirsən? )))