Shia.az SonUmidTv media
sitename
"Azərbaycan biz "ƏHL-BEYT"ə lazımdır" hədisi ... "Azərbaycan biz "ƏHL-BEYT"ə lazımdır" hədisi .
İslamın ilk əsrindən Azərbaycan torpaqları xilafət tərəfindən işağl olunduğu üçün müxtəlif dini mətnlərdə bu adla tez-tez rastlaşırıq. Bu məsələ hədis kitablarından da yan keçməyib. İmam Mehdinin (əf) qeybəti ilə bağlı yazılan və günümüzə gəlib çatan ən qədim kitab Nömaninin "Əl-Ğeybə" (s.194, bölmə:11, hədis: 1) əsərində Azərbaycan adı keçən aşağıdakı mətn vardır: 
Mənə xəbər verdi Əhməd ibn Məhəmməd ibn Səid ibn Üqdə, o da Əhəməd ibn Yusif ibn Yəqib Cöfidən, o da İsmail ibn Mehrandan, o da Həsən ibn Əli ibn Əbi Həmzə Bəatainidən, o da atasından və Vühəyb ibn Həfsdən, o ikisi də Əbi Bəsirdən nəql edirlər ki, İmam Sadiq (ə) buyurdu: Atam İmam Baqir (ə) mənə dedi: "Azərbaycandan bir od qalxacaq ki, qarşısında heçnə dayanmayacaq. Bu zaman evinizdə oturun və nə qədər ki, biz evimizdə oturmuşuq siz də oturun. Biz hərəkətdə olanımız hərəkət edən kimi ona tərəf hərəkət edin, əgər dizləri üstə iməkləyərək olsa belə. And olsun Allah ki, sanki görürəm rükn və məqam arasında dayanıb və insanlardan yeni kitab əsasında beyət alır, ərəblərə qarşı kəskindir və vay olsun o gün ərəblərdən olan zalimlərin halına yaxınlaşan şərdən". 
Hədisin ərəbcə mətni: 
حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ سَعِيدٍ ابْنُ عُقْدَةَ الْكُوفِيُّ قَالَ حَدَّثَنَا أَحْمَدُ بْنُ يُوسُفَ بْنِ يَعْقُوبَ الْجُعْفِيُّ أَبُو الْحَسَنِ قَالَ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ مِهْرَانَ قَالَ حَدَّثَنَا الْحَسَنُ بْنُ عَلِيِّ بْنِ أَبِي حَمْزَةَ عَنْ أَبِيهِ وَ وُهَيْبِ بْنِ حَفْصٍ عَنْ أَبِي بَصِيرٍ عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ إِنَّهُ قَالَ لِي أَبِي ع‏ لَا بُدَّ لِنَارٍ مِنْ‏ آذَرْبِيجَانَ‏ لَا يَقُومُ لَهَا شَيْ‏ءٌ وَ إِذَا كَانَ ذَلِكَ فَكُونُوا أَحْلَاسَ بُيُوتِكُمْ‏ وَ أَلْبِدُوا مَا أَلْبَدْنَا فَإِذَا تَحَرَّكَ مُتَحَرِّكُنَا فَاسْعَوْا إِلَيْهِ وَ لَوْ حَبْواً وَ اللَّهِ لَكَأَنِّي أَنْظُرُ إِلَيْهِ بَيْنَ الرُّكْنِ وَ الْمَقَامِ يُبَايِعُ النَّاسَ عَلَى كِتَابٍ جَدِيدٍ عَلَى الْعَرَبِ شَدِيدٌ وَ قَالَ وَيْلٌ لِطُغَاةِ الْعَرَبِ مِنْ شَرٍّ قَدِ اقْتَرَبَ.
Bu hədisi Nömani "Əl-Ğeybə" kitabında iki dəfə (s.194 və 263, hədis:24) eyni sənəd və mətnlə nəql edib. 
Nömanidən qabaq və sonra birinci dərəcəli mənbələrin heç bir bu hədisi rəvayət etməmişdir və sonrakı mənbələr isə Nömanidən rəvayət ediblər. Bunlardan aşağıdakı mənbələri göstərmək olar:
Şeyx Hürr Amuli, "İsabtul-hüdat bin-nəssi vəl-möcüzat", 5/158/bab:27, hədis:484.
Əllamə Məclisi, "Biharul-Ənvar", 52/135/bab:22, hədis:40 və c.52/294/bab:26, hədis:42. 
Mühəddis Nuri, "Müstədrəkul-Vəsail", 11/35/bab:12, hədis:12367.  
Mülahizələr:
1). Hədis qayaq baxımından öz mövsuzunda etibarlı və qiymətli kitablardan birində nəql edilmişdir.
2). Hədis sənəd baxımından iki nəfərə görə problemlidir: 
a). Həsən ibn Əli ibn Əbi Həmzə ki, "vaqifi" (7 imamlı) və "kəzzab" (yalançı) kimi tanınır.
b). Vühəyb ibn Həfs ki, "vaqifi"dir. Amma bəziləri "doğrudanışan" (siqə) olduğunu deyiblər. Məzhəbi "ədalət"də şərt bilməyən alimlər bu cür ravilərdən doğrudanışan olduqları üçün hədisi qəbul edirlər. 
3). Nömaninin öz nəqlində "Labuddə Lİ-NARİN – لنار – (bir od və atəş) min Azərbaycan" - لَا بُدَّ لِنَارٍ مِنْ‏ آذَرْبِيجَانَ - sözü keçdiyi halda təkcə "Biharul-Ənvar"da (yəni əsas qaynaqdan ən azı 600 il sonra yazılmış kitabda) bu söz "labuddə LƏNA (لنا) - لَا بُدَّ لَنا - (bizim üçün) min Azərbaycan" yazılıb ki, ərəb dilində "linar – لِنَارٍ" sözünün sonundakı "r" (ر) hərfi düşmüş və ərəb dilində "ləna - لنا" (bizim üçün) oxunmuşdur.
4). AZƏRBAYCAN sözü o zaman Həmədandan tutmuş Ərdəbilə qədər bir əraziyə şamil olunurdu və indi Azərbaycan respublikası adlanan bizim vətənimiz o zaman ərəbdilli İslami mətnlərdə daha çox Ərran (Aran) kimi istifadə olunub. Buna görə də Azərbaycandan od qalxsa da, qalxmasa da bunun bizim ölkəmiz ilə bir əlaqəsi yoxdur. 
5). Sosial şəbəkələrdə Əhl-beyt (ə) adına yayılan "Azərbaycan təkcə biz əhl-beyt üçündür" hədisi "Biharul-Ənvar"da baş verən nüsxə və yazı səhvinə görədir və hədisin əsl nüsxəsində bu məna yoxdur.

Mirməhəmməd Bəşirli
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
QEYBƏTƏ MANE OLMAQ
QEYBƏTƏ MANE OLMAQ
QURAN VƏ “NƏHC ƏL-BƏLAĞƏ”
QURAN VƏ “NƏHC ƏL-BƏLAĞƏ”
Ramazanla necə vidalaşırlar?
Ramazanla necə vidalaşırlar?
Allah-Taala Qiyamət günü üç dəstəni danışdırmayacaq, onları paklamayacaq və onlar üçün dərdli əzab olacaqdır:
Allah-Taala Qiyamət günü üç dəstəni danışdırmayacaq, onları paklamayacaq və onlar üçün dərdli əzab olacaqdır:
"Azərbaycan biz "ƏHL-BEYT"ə lazımdır" hədisi ...
"Azərbaycan biz "ƏHL-BEYT"ə lazımdır" hədisi ...
Bunu hər MÖMİN bacarmaz...!
Bunu hər MÖMİN bacarmaz...!
İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI
İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI
Ayətullah Nuri Həmədani: "Azərbaycan İslam ölkəsidir və ..."
Ayətullah Nuri Həmədani: "Azərbaycan İslam ölkəsidir və ..."
Ayətullah Xameneinin ofisi: “Qarabağda son günlər döyüşlərdə..”
Ayətullah Xameneinin ofisi: “Qarabağda son günlər döyüşlərdə..”
İlahiyyatçılar cəbhədə baş verən hadisələrə münasibət bildirdi
İlahiyyatçılar cəbhədə baş verən hadisələrə münasibət bildirdi
İlahiyyatçı alim Hacı Əhliman Rüstəmov bu torpaqlar Azərbaycan xalqına məxsusdur:
İlahiyyatçı alim Hacı Əhliman Rüstəmov bu torpaqlar Azərbaycan xalqına məxsusdur:
Molla Abdullah Tuni (vf. 1071 hq) Əxbari alimlərləri ilə tanışlıq - 4
Molla Abdullah Tuni (vf. 1071 hq) Əxbari alimlərləri ilə tanışlıq - 4
Əxbariliyin ilk baniləri, Əstərabadilər və digərləri (Əxbari alimləri ilə qısa tanışlıq-1)
Əxbariliyin ilk baniləri, Əstərabadilər və digərləri (Əxbari alimləri ilə qısa tanışlıq-1)
Hz.Fatiməni (s.ə) qəzəbləndirənin aqibəti
Hz.Fatiməni (s.ə) qəzəbləndirənin aqibəti
Hədis elmində Şazz və müəllil hədis hansı məna da işlədilir?
Hədis elmində Şazz və müəllil hədis hansı məna da işlədilir?
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) ilə görüşən zaman O Həzrətə salam vermiş və Möminun surəsindən bir qismini tilavət etmişdir?

"Məvəddət" ayəsi
"Məvəddət" ayəsi
12 İmamın adı
12 İmamın adı
Bayraq haqqında
Bayraq haqqında
AŞURA ORUCU: müstəhəb yoxsa məkruh?
AŞURA ORUCU: müstəhəb yoxsa məkruh?
Aşura günü oruc tutmağın müstəhəb olması ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən bir hədis nəql olunmuşdurmu? Ümumiyyətlə, bu gündə oruc tutmaq müstəhəbdirmi?
Aşura günü oruc tutmağın müstəhəb olması ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən bir hədis nəql olunmuşdurmu? Ümumiyyətlə, bu gündə oruc tutmaq müstəhəbdirmi?
QƏDİR-XÜM HADİSƏSİ TARİXDƏ
QƏDİR-XÜM HADİSƏSİ TARİXDƏ
"Vəli” kəlməsi
"Vəli” kəlməsi
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Nə üçün şiələr Qədr gecələrində Qurani-Kərimi başları üzərinə qoyaraq dua edirlər?
Nə üçün şiələr Qədr gecələrində Qurani-Kərimi başları üzərinə qoyaraq dua edirlər?
Cümə namazı haqqında 40 hədis
Cümə namazı haqqında 40 hədis
Əbu Bəkirin İmamətini puç edən dəlillər(2)
Əbu Bəkirin İmamətini puç edən dəlillər(2)
Əbu Bəkirin İmamətini puç edən dəlillər(1)
Əbu Bəkirin İmamətini puç edən dəlillər(1)
Xanım Zəhra (s.ə) əhli-sünnə güzgüsündə (1)
Xanım Zəhra (s.ə) əhli-sünnə güzgüsündə (1)
Xəlifə Ömərin Əbu Hureyrəyə münasibəti:
Xəlifə Ömərin Əbu Hureyrəyə münasibəti:
“Nə çox hədis danışırsan” tənəsi:
“Nə çox hədis danışırsan” tənəsi:
Eşq Səfəri - Karbala (Azərbaycan dilində) Full HD
Eşq Səfəri - Karbala (Azərbaycan dilində) Full HD
Sual:“Uxuvvət” hədisi imam Əli (əleyhis-salam)-ın hansı fəzilətlərini sübut edir?
Sual:“Uxuvvət” hədisi imam Əli (əleyhis-salam)-ın hansı fəzilətlərini sübut edir?
Şiələr Rəsulullahın(s) dövründə (üçüncü yazı)
Şiələr Rəsulullahın(s) dövründə (üçüncü yazı)
“Vəli” kəlməsi (2)
“Vəli” kəlməsi (2)
Ağlamağın hikməti
Ağlamağın hikməti
Daha çox oxumaq istəyirsən? )))