Shia.az SonUmidTv media
sitename

 

Novruz və İslam.


Novruzun çox qədim tarixi vardır. İslam peyğəmbəri peyğəmbərliyə seçiləndə , öncə insanların adətinə çevirilmiş hadisələrə diqqət ayırdı. Ziyanlarını qadağan etdi, xeyirlilərinin qalmasını bildirdi. İmam Əli (ə) buyurub: Ərəblər onu unudub, əcəmilər (ərəb olmayanlar) isə onu qoruyub saxlayıblar. İmam Sadiq (ə) buyurub: Novruz bizim və bizim dostlarımızın günüdür. Allah Adəm övladını yaratdığı günü, yer aləmidə, göy aləmidə bayram etdi . Bütün səmavi dinlərdə bayram olub, olacaqda . Allahın bütün günləri əzizdir. Hamısı qiymətlidir. Onların bəzisi insan üçün qəmli, bəziləri isə sevinclidir. Məlumdur ki, bizə sevinmək daha əlverişlidir. Heç kim kədərlənmək istəmir. Amma hər ikisi ilahi paydır. Bunların hər ikisi Allaha çatmaq üçün bizə kömək edir.
Fars mənşəli olan bu sözün mənası, Yeni gün deməkdir.
Elenam suresinin 59 – cu ayəsində Allah buyurur: ” Quran, yaşdan quruya kimi hər şeyi bəyan edir”. Deməli, bu barədə hər hansı bir işarə olmalıdır. Misal üçün, Əlmaidə surəsinin 114 – cü ayəsində İsa peyğəmbər buyurur: ”Ey Allahım asimandan bizə, bizdən öncəkilərə, bizdən sonra gələcək olanlara bayram olacaq bir süfrə göndər ” Asimandan süfrənin gəlişini, İsa peyğəmbər bir bayram olaraq qəbul edir.
Novruz hədislərdə.
1)Mühəddis Nuri "Müstədrəkul – vəsail " kitabında, Həmdam oğlu Hüseynin kitabından belə rəvayət edir: Əmr oğlu Müfəzzəl İmam Sadiq(ə) – dan buyurur : Allah vəhy göndərdi ki, bu gün mənim yanımda əzəmətli və ehtiramlı gündür. Əhd etmişəm ki, əgər bir mömin bu gündə məndən bir dilək istəsə onu yerinə yetirim. Bu Novruz günüdür. 
2)Muhəmməd oğlu Noman Təmimi " Dəaimul – İslam ” kitabında belə qeyd edir: İmam Əli (ə) üçün gülab və şərbət hədiyyə gətirdilər. İmam, bu nədir deyə soruşdu. Dedilər: Bu gün Novruzdur. İmam Əli (ə) buyurdu: Əgər edə bilsəniz hər gün Novruz edin. (Yəni bir – birinizə hədiyyə edin)

Novruz gününün namaz və duası.
İmam Sadiq (ə) buyurub: Qusl et, təzə libas gey, ətir vur, oruc tut. Dörd rükət namaz qıl. Birirnci rükətdə bir dəfə Həmd və on dəfə Qədr surəsini oxu. İkinci rükətində bir dəfə Həmd və on dəfə Kafirin surəsini oxu. Üçüncü rükətdə bir dəfə Həmd və on dəfə dəfə İxlas surəsini oxu. Dördüncü rükətində Həmd, Fələq və Nas surələrini bir dəfə oxu. Allah insanın əlli illik günahını bağışlayır.
Duası: İlahi, bu o bayramdır ki sən onu kəramətləndirdin, əzizlədin,ehtiramını qaıdırdın. 
İlahi, mənim itirdiklərimi öz İlahi qedrətinlə mənə qaytar. Möhtac olduğum şeyə görə məni əziyyətlərə düçar etmə. 

İmam Sadiq(ə) Müəllaya buyurur: Novruzda bu hadisələr olub:
1)Ruhlar aləmində Allah bəndələrdən ona itaət etmələri barəsində söz aldığı gün.
2)Günəşin yer aləminə saçdığı ilk gün.
3)Küləyin yer aləminə əsdiyi ilk gün.
4)Bitkilərin göyərdiyi ilk gün.
5)Nuh peyğəmbərin gəmisinin Cudi dağına qonduğu gün.
6)İbrahim peyğəmbərin bütləri sındırdığı gün.
7)İbrahim peyğəmbərin oddan nicat tapdığı gün.
8)Musa peyğəmbərin Firona qalib gəldiyi gün.
9)Cəbrail mələyin İslam peyğəmbərinə nazil olduğu gün.
10)İmam Əlinin (ə) Kəbədəki bütləri sındırdığı gün.
11)İmam Əlinin (ə) müsəlmanlara rəhbər təyin olunduğu gün.
12)İmam Zamanın (ə.f) gələcəyi gün.
Qeyd: İmam Zamanın (ə.f) dəqiq nə vaxt gələcəyini Allahdan başqa heç kim bilmir. İmam Sadiqin (ə) hədisini yalnış anlamayaq. Nəinki İmam mart ayının 20 – si gələcək. Xeyir. Hədisin izahı budur ki, İmamın gəlişi yeni bir gün, yeni bir həyat olacaq. Necə ki, yaz fəslinin gəlişində təbiət oyanar, yeni həyat başlanar.

Türk alimin Novruz haqqında müdrük kəlamları.
Türk alimi Z.Makas yazılı və şıfayi mənbəələrə əsaslanaraq, belə deyir: Adəmin yaradıldığı gün, İmam Əlinin (ə) doğum günü, Xanım Zəhra ilə evlənməsi, Xəlifə olduğu gün, Yunus peyğəmbərin balığın qarnından çıxdığı gün, Türklərin Ernekondan çıxdığı gün Novruzda olmuşdur. Orta Asiya Türklüyünün bayramıdır.
İmam Əli (ə) buyurmuşdur: İnsanın günah etmədiyi gün, insana bayramdır.
Novruzda insan günah etməsə, deməli ona iki qat bayramdır. Raci demişkən:Eydi əzhada nigari özaram eledim, xəlq bir eyd elədi mən iki bayram eledim.

Allah , bu gözəl gündə günahlarımızı bağışla.
Allah, bu bayramı bizə mübarək elə.
Allah,bayram xatirinə İmamımızın gəlişini tezləşdir....Amin.

Bayramınız mübarək........

Muhəmməd Nicat
Muhammad_Nicat@mail.ru
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))