Shia.az SonUmidTv media
» » XEYIRLI IŞLƏRƏ DƏ’VƏT, PIS IŞLƏRDƏN ÇƏKINDIRMƏK
Русская версия сайта Русская версия сайта
sitename

XEYIRLI IŞLƏRƏ DƏ’VƏT, PIS IŞLƏRDƏN ÇƏKINDIRMƏK

Allah-taalanın Qur’ani-Kərimdə müsəlman ümmətinə vacib etdiyi məsələlərdən biri də xeyirli işlərə də’vət və pis işlərdən çəkindirməkdir. Ali-Imran surəsinin 110-cu ayəsində bu haqda deyilir:

«[Ey müsəlmanlar!] Siz insanlar üçün zahirə çıxarılmış ən yaxşı ümmətsiniz. [Onlara] yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız...»

Bu məzmunda kifayət qədər hədis və rəvayət nəql olunmuşdur. Lakin yalnız bir şeyi qeyd etmək istəyirik ki, bu zəruri hökmün həyata keçirilməsində ən başlıca məqsəd hər bir fərdin yaşadığı cəmiyyətin əxlaqi dəyərlərə hansı səviyyədə riayət olunmasına nəzarət etməsi və ya başqa sözlə desək, xalq üzərində ictimai nəzarətin bərqərar olunmasıdır. Ümumilikdə götürsək, zəruri hesab olunan bu iki şey ayrı-ayrı fərdlərin və cəmiyyətin islah olunması üçün kütləvi tədbir xarakteri daşıyır.

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))