Shia.az SonUmidTv media
sitename

 

HƏZRƏT PEYĞƏMBƏRDƏN (s) qirx hədis
(1) "Ey Əli ! Azmağin üç əlaməti var: Vacibləri yerinə yetirməyə süst yanaşar, Allahin bəndələrini masqara edər və çox danişar (Allahin zikirindən qafildir)."

(2) " Allah-təala buyurur: " O vaxt ki, bəndələrimdən biri cism, mal-dövlət və övlad cəhətdən müsibətə düçar olsa və onlara görə səbir etsə, mən qiyamətdə onun üçün əməl tərəzisi qoymağa və ya əməl dəftəri açmağa həya edərəm."

(3) " İnsan vəfat edəndən sonra üç əməlinin savabi kəsilməz: 1.Sədəqeyi-cariyə; 2. Faydali olan kitab və elmi; 3. Ona dua edən övladi varsa."

( Özündən sonra qoyduğu məscid, mədrəs, məktəb, xəstəxana və sair kimi xidmətlərə sədəqeyi-cariyə deyilir.)

(4) " Harada olsan, təqvaya riayət et . Camaatla yaxşi dolan . Günahin olsa , onu saleh əməllə islah et ."

(5) "Allahin lütf və məğfirətinə səbəb olan şeylərdən biri insanlara təam verməkdir."

(6) " Ya Əli ! Xoşbəxt insanin üç əlaməti var: 1.Öz vətənində işləyən şəxs; 2. Alimlərlə rabitəsi olan şəxs; 3. Namazlarini camaatla qilan şəxs."

(7) "Allah üç şeyi sevir: 1.Az danişmaği; 2. Az yatmaği; 3.Az yeməyi."

(8)" Dua rəhmətin, dəstəmaz namazin,namaz isə cənnətin açaridir."

(9) "Üç əməldə heç kimə qarşi müxalif olmağa icazə verilməyib: Əhdə vəfa etmək vacibdir. İstər kafir olsun, istər müsəlman.Ata-ana ilə yaxşi rəftar etmək vacibdir. İstər kafir olsun, istərsə də müsəlman. Əmanəti sahibinə çatdirmaq vacibdir. İstər müsəlmanin  mali olsun, istərsə də kafirin."

(10) " Mömin həmişə qəm-qüssəyə düçar olur ki, günahlari əhv olsun."

(11) "Ey Əli ! Üç şeydən uzaq ol ! Həsəddən, hərislikdən, (dünyaya həris olmaq) lovğaliqdan."

(12) " Ruzinin açarlarindan biri gözəl xəttdir."

(13) " Ey Əli ! Əməllərin ən yaxşisi üç xislətidir: 1. Camaatla insafli rəftar etmək; 2.Allaha xatir qardaşlara xeyir verib kömək etmək; 3.     Həmişə Allahi zikr etmək."

(14) " Ey Əli ! Əgər hər kimdə üç şey olmasa, əməlləri qəul deyil: 1. Onu günahlardan saxlayan təqva; 2. Xoş əxlaq ki, camatla mehriban ola bilsin; 3. Cahillərin nadanliğini özündən uzaqlaşdira biləcək səbir."

(15) " Ey Əli ! Mömin üç vaxt xoş hal olur:1. Din qardaşi ilə görüşəndə; 2. İftar vaxti; 3. Gecə namazi qilanda."

(16) " Hər kim camaat namazinda iştirak etmək üçün məscidə getə, Allah-təala onun hər bir addimina yetmiş min həsənə (yaxşi əməl) yazar, ona savab verər və ölçüdə onun dərəcəsi ucalar. Əgər bu halda ölsə, Allah-təala min mələyi məmur edər ki, qəbrində onun görüşünə gedib ona müjdə versinlər və qəbirin təkliyində onun munisi olsunlar. Qiyamət gününə qədər onun üçün bağişlanmaq istəsinlər."

(17) " Kim  yaxşi dəstəmaz alsa, günahlari bağişlanar ."

(18) " Hər kim Allahin dini haqda təfəkkür etsə, Allah qəm-qüssə və narahatliği  ondan uzaq edər. Onun ruzisi güman edilməyən yerdən yetirər."

(19) " Ey Əli ! Üç şey günahlarin aradan getməsinə səbəb olar. 1. Salam vermək və onu camaaat arasinda yaymaq; 2. Başqalarina Salam vermək; 3. Camaat yatan vaxt gecə namazi qilmaq."

(20) " Oruc tutanin yuxusu ibadət, onun nəfəsi isə Allahi zikr etməkdir."

(21) " Xoş əxlaq, sahibini oruc tutanlarin və gecə namazi qilanlarin  məqamina çatdirar. Həzrətə dedilər: İnsana əta olunan ən üstün şey nədir ? Buyurdu: Xoş əxlaq."

(22) " Yeməyi duzla başla və dzla qurtar. Çünki bu iş yetmiş dərdin dərmanidir."

(23) " Valideynini incidən, məni incidib. Məni incidən Allahi incidib. Allahi incidən isə məlun və Allahin rəhmətindən uzaqdir."

(24) " Xəstənin dörd xisləti var: Təklif ondan götürülür. Onun əməllərini yazan mələyə deyilər: "Sağlam olan vaxtda etdiyi bütün yaxşi əməllərini xəstəlik halinda olanda da yazsin." Onun bütün üzvləri ağriyar ki,  günahlari məhv olsun . Əgər xəstəlik halinda ölsə, bağişlanar.Əgər sağ qalsa, bağişlanmişlardan hesab olunar. "

(25)" Batini ilə zahiri eyn olmayan münafiqdir."

(26)" Hər kəs camaata rəhbərlik etsə və onlarin arasinda ondan da alimi olsa, həmin camaatin vəziyyəti qiyamətə qədər yaxşilaşmaz."

(27) "Ey Əli ! Hər kimdə yeddi keyfiyyət olsa, imani kamildir və cənnətin qapilari onun üzünə açilar: 1. Kamil surətdə dəstəmaz alsa; 2.Kamil surətdə namaz qilsa; 3.Qəzəbini udsa; 4. Lazimsiz söz danişmasa; 5.Günahina görə tövbə etsə; 6. Zəkat versə; 7.Peyğəmbərin (s) Əhli-Beytinin xeyirxahi olsa."

(28) " Kamil yeməyin dörd xüsusiyyəti var: 1.Halal ola; 2. Çox insanlar ondan meyl edə; 3. Yeməkdən əvvəl " bismillah" deyilə; 4. Yeməkdən sonra Allaha həmd oluna. "

(29) " Qizlari olan evə hər gün səmadan on iki bərəkət nazil olar və o evdən mələklərin gediş-gəlişi kəsilməz. Onlarin atasi üçün hər gün  bir ilin ibadəti yazilar."

(30) "Övladlarinizin arasinda hədiyyələri ədalətlə bölüşdürün. Əgər bu işdə fəzilət əldə etmək istəyirsinizsə, qizlara və qadinlara hörmət edin (hədiyyəni əvvəl onlara verin).

(31) " Hər kəs üç qizi və ya bacini himayəsinə götürüb, onlari evləndirənə, yaxud öldükdə onlari dəfn edənə qədər səbir etsə,o şəxsin mənimlə cənnətdə bu ikisi qədər (ortancil və şəhadət barmaqlarini göstərərək) arasi olacaq. Həzrətdən soruşdular: Əgər iki nəfəri himayəyə götürsə, yenə də həmin savaba nail olacaqmi ? Buyurdu: Bəli. Bir daha soruşdular: Əgər bir qizi himayəsinə götürsə, necə?:Buyurdu: Hətta,bir nəfəri də . "

(32) "Merac gecəsi  " Sidrətüs-müntəha "dan keçəndən sonra Allahdan xitab gəldi: "Ey Muhəmməd ! Qizi olan atalara de: Qəmgin olmasinlar. Mən onlari yaratdiğim kimi ruzilərini də veəcəyəm."

(33) " Canim ixtiyarinda olan Allaha and olsun. Əgər bir şəxs yetmiş Peyğəmbərin aməlini yerinə yetirsə də cənnətə daxil olmayacaqdir,əgər qardaşim Əlini (ə) sevməsə."

(34) " Camaatla qilinan namaz qirx il evdə fərdi qilinan namazdan yaxşidir. Həzrətdən soruşdular: Məqsədiniz bir günün bütün namazlaridirmi? Buyurdu: Camaatla qilinan bir namazin belə bu qədər fəziıəti var."

(35) " Əmanətə xəyanət edib, onu sahibinə qaytarmayan şəxs, dünyadan müsəlman kimi getməz. Axirətdə Allah ona qəzəb edər. Əmr verər ki, onu cəhənnəmə aparsinlar. Sonra həmişəlik cəhənnəmə atilar."

(36) " Hər kəs Allaha xatir təvazökarliq etsə, Allah onu böyük edər. Allah təkəbbür  edəni kiçildər. Hər kim yaşayişda ifrat və təfrit etməsə, Allah onun ruzisini verər. Allah israf edəni nemətlərindən məhrum edər. Hər kim ölümü və məadi çox yad etsə, Allah onu sevər."

(37)  " Mömin özündən sonra faydali elmdən yazdiği bir vərəq qoysa, qiyamətdə həmin vərəq onunla cəhənnəm odunun arasinda fasilə salar və yazdiği hər bir hərifin müqabilində Allah-təala ona genişliyi dünyadan böyük olan bir şəhər verər. "

(38) " Şərab içilən süfrənin kənarinda oturan şəxs məlundur. "

(39) " Ey Əli ! Səninlə düşmənçilik edən şəxs, dünyadan müsəlman kimi getməz. Bəlkə də yəhudi və nəsrani kimi dünyadan gedər."

(40) " Ey Əli ! Dörd şey bədbəxliyin nişanəsidir. 1. Göz yaşinin qurumasi ( etdiyi günahlardan peşman  olmayan şəxs); 2. Qəlbin qəsavət bağlamasi; 3. Uzun arzular; 4. Dünyada daimi qalmaq məhəbbəti."


www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Tövbə qapısı
Tövbə qapısı
Bəlanın və qəm-qüssənin dəf olması üçün zikrlər
Bəlanın və qəm-qüssənin dəf olması üçün zikrlər
İmam Rzanın (ə) ziyarətinin fəzilətləri
İmam Rzanın (ə) ziyarətinin fəzilətləri
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
Tasua  və aşura gününün əməlləri.
Tasua və aşura gününün əməlləri.
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Qurban bayramının namazı
Qurban bayramının namazı
Bircə namazı qəzaya vermək insana o qədər ziyan gətirər ki, bütün dünya ona verilsəydi, yenə də bu ziyanların qarşısını ala bilməzdi
Bircə namazı qəzaya vermək insana o qədər ziyan gətirər ki, bütün dünya ona verilsəydi, yenə də bu ziyanların qarşısını ala bilməzdi
Əsl mömin kimdir?
Əsl mömin kimdir?
Yeddi tərkibli nəsihətlər - Peyğəmbərdən (s)
Yeddi tərkibli nəsihətlər - Peyğəmbərdən (s)
Fitrə zəkatı
Fitrə zəkatı
Fitr bayramı haqqında bilmədiklərimiz
Fitr bayramı haqqında bilmədiklərimiz
Əmirəlmöminin həzrət Əlinin (ə) buyuruqları
Əmirəlmöminin həzrət Əlinin (ə) buyuruqları
Nəfsin saflaşdırılmasında orucun rolu
Nəfsin saflaşdırılmasında orucun rolu
Cümə namazı haqqında 40 hədis
Cümə namazı haqqında 40 hədis
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Şəban  ayinin  gündəlik  əməlləri  (1-2-3-cü günlər)
Şəban ayinin gündəlik əməlləri (1-2-3-cü günlər)
Şaban ayının əməlləri
Şaban ayının əməlləri
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının gündəlik namazları
Rəcəb ayının gündəlik namazları
XOŞA GƏLMƏZ RƏFTARLARDAN ÇƏKINMƏK
XOŞA GƏLMƏZ RƏFTARLARDAN ÇƏKINMƏK
ISLAM QARDAŞLIĞI
ISLAM QARDAŞLIĞI
Qiyamət günündə nə sual veriləcək ?
Qiyamət günündə nə sual veriləcək ?
Ayətullah Behcətdən qısa əxlaqi tövsiyələr
Ayətullah Behcətdən qısa əxlaqi tövsiyələr
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
QEYBƏT VƏ EYB AXTARMAQ
QEYBƏT VƏ EYB AXTARMAQ
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
ƏHLİ-HƏDİS (1)  YARANMA TARİXİ
ƏHLİ-HƏDİS (1) YARANMA TARİXİ
Gecə namazı
Gecə namazı
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Ramazan ayına məxsus əməllər
Ramazan ayına məxsus əməllər
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Həmişə dəstəmazlı olmağın faydaları
Həmişə dəstəmazlı olmağın faydaları
Xəstəlik üzündən və səfərə çıxdığıma görə tutmadığım orucların qəzasını nə zaman tutmalıyam və gecikdirdiyimə görə hansı şərtlər daxilində kəffarə verməliyəm ?
Xəstəlik üzündən və səfərə çıxdığıma görə tutmadığım orucların qəzasını nə zaman tutmalıyam və gecikdirdiyimə görə hansı şərtlər daxilində kəffarə verməliyəm ?
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
Daha çox oxumaq istəyirsən? )))