Shia.az SonUmidTv media
sitename

Ramazan ayı ruhumuzun və cismimizin enerji alması və güclənməsi üçün gözəl fürsətdir. 11 aydan yığılmış qabarlar, kin-küdurət, Ramazan ayında ruhumuza necə enerji verək?nifrətdən qurtulmaq üçün bu ay qızıl fürsətdir. Bu, elə bir enerjivericidir ki, bir ay bizə bu enerjini verir və 11 ay bizə kifayət edir. Yəni, həqiqi ehtiyaclarımızı ödəyə bilir.

 

İnsan iki hissədən ibarət olan bir canlıdır: ruhdan və bədəndən. Əgər insan hər ikisini inkişaf etdirə bilsə, dünya və axirət səadəti nəsibi olar. Əgər bu iki hissədən biri ayrı-ayrılıqda inkişaf edərsə və bir yerdə olmazsa, həqiqi səadətə çata bilməyəcəkdir.

 

İnsanın ruhu cismi kimi üç cür ola bilir: sağlam, xəstə və ölü. Ancaq əgər ruha enerji versək, onu pak və təharət halında saxlamış olarıq. Yəni bu zaman ruh bütün çirkinliklərdən və günahdan uzaq olmağa çalışacaqdır. Ruh kamala və qüdrətə çata bilir. Günahlar ruhu zəiflədir. Günah işlətməkdən özünü saxlayan ruh qüdrətə və əzəmətə çata bilər.

 

Bəs əgər ruhumuza enerji və qüvvə versək, hansı təsiri göstərəcəkdir?

 

1. Nəfsə hakim olmaq.

İnsan ibadət və mənəviyyat nəticəsində ruhunu gücləndirər və bu zaman insan öz nəsfinə hakim ola bilər. Bu zaman öz eyblərini də görməyə başlayar. Allah buyurur: "Kim Allahdan qorxsa, (Allah) onun üçün (çətinliklərdən) çıxış yolu qoyar”. ("Təlaq” 2).

 

2. İradəsi güclənər.

O insan ki, öz nəfsinə hakimdir, iradəsi nəfsinin heyvani istəkləri qarşısında güclənər. "Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz”. ("Bəqərə” 183).

 

3. Xəyal qüvvəsinə hakim olar.

Bizim zehnimiz quş kimi oradan-ora həmişə uçmaqdadır. Xəyal qüvvəsi qəlb hüzurunu bizdən alar. Ona görə də namaz zamanı diqqətimizi cəmləyə bilmərik. Bu bizim zəif olduğumuzu göstərir. Ancaq Allah yolunun yolçuları daima öz xəyal qüvvələrinə hakimdirlər. O zaman ki, ruhları göylərdə seyr etmək istəyər, bu qüvvə öz oyunçuluğu ilə onlara mane ola bilməz.

 

4. Cisminə rəhbərlik edə bilər.

Bu zaman insan bədəni tamamilə ruhun rəhbərliyi və kontrolu altında olar.

 

5. Təbiətə rəhbərlik edə bilir.

Təbiətin özü insan iradəsinin nüfuzu altında olar. Peyğəmbərlərin (ə), övliyaların möcüzə və kərəmati də belə olmuşdur. Allah Təala Qurani-Kərimdə bəzi bəndələrinin kainatı necə fəth etdiyinə işarə etmişdir: "Beləliklə Biz küləyi ona ram etdik. Külək onun əmri ilə mülayimliklə

onun istədiyi yerə gedirdi”. ("Sad” 36).

 

Ruha enerji vermək dedikdə yəni, ibadət etmək, dua və isteğfar etmək, Allaha yaxınşacaq işlər görmək və fitrətimizin əvvəlki pak halına qayıtmaq deməkdir. Bunun üçün də Ramazan ayı ən gözəl fürsətdir. Çünki, bu ayda bir etdiyimiz on hesab edilir və bu da ruhumuza daha çox enerji qazandırır. Allah bəşəri hidayət edən rəhmət kitabını Ramazan ayında Peyğəmbərin (s) qəlbinə nazil etmişdir. Bu ayı Allaha qoşulmaq ayı qərar vermişdir. Bu ayda ibadət etmək, haramdan uzaq olmaq və halala yaxın olmaq nəticəsində insan öz Məbdəsinə, Allahına yaxınlaşar. Ruhu, iradəni gücləndirməklə yanaşı ruhumuzdakı süstlüyü də aradan qaldırır və cismimizi qüvvətləndirər: "Ramazan ayı insanların bələdçisi, aşkar hidayət dəlillərinə malik və (haqq ilə batili bir-birindən) ayıran Qur’anın nazil olduğu bir aydır”. ("Bəqərə” 185).

 

Bu ayda behiştin qapıları açılar və cəhənnəmin qapıları bağlanar. Şeytanı zəncirə vurarlar. Zaman insana yardım edər ki, səhərdən axşama qədər insanın tək hədəfi Allahla olsun və Ona çatmaq olsun. Peyğəmbərimiz (s) öz "Şəbaniyyə” xütbəsində Ramazana ayının fəziləti haqqında belə buyurmuşdur: "Ey Allahın bəndələri! Bərəkətli və rəhmətli Allah ayı sizə üz tutmuşdur. Bu ay Allah yanında ən gözəl aylardandır. Gündüzləri ən gözəl gündüzlər, gecələri gözəl gecələr və saatları ən gözəl saatlardır. Allahın qonaqlığına çağırılmısınız. Kəramət əhlindən olmusunuz. Bu ayda nəfsləriniz sizi təsbih edər, yuxularınız ibadətdir, əməlləriniz və dualarınız qəbul olar”.

 

Bu aydan ən gözəl şəkildə bəhrələnmək o deməkdir ki, istiğfar edək, tövbə edək, Quran oxuyaq, başqalarına yaxşılıq edək, sileyi-rəhm edək.

Ona görə də bu aydakı fürsətləri əldən verməyək. Bu ayın axırına qədər ibadət müsabiqəsində qələbə çalanlardan olaq.

 

Həzrət Peyğəmbər (s) buyurur: "Səmanın qapıları Ramazan ayının birinci gecəsi açılar. Axırıncı gecəsinə qədər də bağlanmaz. Ey insanlar! Əgər kimsə bu ayda Qurandan bir ayə oxuyarsa, savabı Ramazandan qeyri vaxtlarda xətm edilən bir Quran qədərdir”.

İmam Sadiq (ə) buyurur: "Hər kim Ramazan ayında sədəqə verər, Allah 70 növ bəlanı ondan uzaq edər”. (Tebyan deyerler.org)

 

Qarşıdan gələn əhya gecələrinə hazırlaşaq və bu bərəkətli gecələrdən bağışlanmış halda çıxmağa çalışaq.

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Ramazan ayında ibadətlərin qəbul olunmasının nişanələri vardır
Ramazan ayında ibadətlərin qəbul olunmasının nişanələri vardır
Orucun nə faydası vardır ki, Uca Allah ona əməl etməyə təkid edir?
Orucun nə faydası vardır ki, Uca Allah ona əməl etməyə təkid edir?
Ramazan ayının 7 xüsusi fəziləti
Ramazan ayının 7 xüsusi fəziləti
Ramazan ayının həqiqət və batini
Ramazan ayının həqiqət və batini
Oruc tutmağın ədəb qaydaları hansıdır?
Oruc tutmağın ədəb qaydaları hansıdır?
Quranın nazil olma zamanı
Quranın nazil olma zamanı
Ədəbin ədalət və ehsan qaydası – Ayətullah Cavadi Amulinin əxlaqi tövsiyələrindən
Ədəbin ədalət və ehsan qaydası – Ayətullah Cavadi Amulinin əxlaqi tövsiyələrindən
İnsanın Bərzəx gözü necə olur?
İnsanın Bərzəx gözü necə olur?
İnsanın ruhu, Allahın ruhunun bir hissəsindəndirmi?
İnsanın ruhu, Allahın ruhunun bir hissəsindəndirmi?
Necə ola bilir ki, bəzi ibadətlər cəhənnəm atəşini insana haram edə bilir?
Necə ola bilir ki, bəzi ibadətlər cəhənnəm atəşini insana haram edə bilir?
Günahdan qorunmayan insan 12 yerdən zərbə alacaq
Günahdan qorunmayan insan 12 yerdən zərbə alacaq
Dilə kontrol, təvəkkük və şükür – özünütanımaya yardım edən amillər
Dilə kontrol, təvəkkük və şükür – özünütanımaya yardım edən amillər
RAMAZAN TƏDARÜK AYIDIR
RAMAZAN TƏDARÜK AYIDIR
Ramazan ayında günahlar məhv edilər, atəşdən nicat verilər, behiştin qapıları açılar, şeytanlar əsir olar, dualar qəbul olunar
Ramazan ayında günahlar məhv edilər, atəşdən nicat verilər, behiştin qapıları açılar, şeytanlar əsir olar, dualar qəbul olunar
Ramazan ayında nəfsimizi necə tərbiyə edək? – Ariflərin tövsiyələri
Ramazan ayında nəfsimizi necə tərbiyə edək? – Ariflərin tövsiyələri
Ustad Ənsarian: “Ramazan ayı insanın özündən azad olmaq ayıdır”
Ustad Ənsarian: “Ramazan ayı insanın özündən azad olmaq ayıdır”
İstiğfar edən mütləq gərək ümidli olsun, yoxsa günaha batar
İstiğfar edən mütləq gərək ümidli olsun, yoxsa günaha batar
Oruc tutmaq – ancaq ac və susuz qalmaq deyildir. Bədənin bütün əzaları da, zehin də oruc olmalıdır
Oruc tutmaq – ancaq ac və susuz qalmaq deyildir. Bədənin bütün əzaları da, zehin də oruc olmalıdır
Orucun nə faydası vardır ki, Uca Allah ona əməl etməyə təkid edir?
Orucun nə faydası vardır ki, Uca Allah ona əməl etməyə təkid edir?
RAMAZAN TƏDARÜK AYIDIR
RAMAZAN TƏDARÜK AYIDIR
Ramazan ayı niyə belə adlandırılıb?
Ramazan ayı niyə belə adlandırılıb?
Şəban ayının son günlərinin əməl və fəzilətləri
Şəban ayının son günlərinin əməl və fəzilətləri
Bu ayda 1 gün oruc tutana behişt vacib olar – Şəban ayının savabları, əməlləri, əlamətdar tarixləri
Bu ayda 1 gün oruc tutana behişt vacib olar – Şəban ayının savabları, əməlləri, əlamətdar tarixləri
Qəmdən nicat verən zikr
Qəmdən nicat verən zikr
Ey Allah bəndələri bunları bilin və agah olun! – Hz. Əli (ə)
Ey Allah bəndələri bunları bilin və agah olun! – Hz. Əli (ə)
Ramazan ayı Əxlaq ayıdır
Ramazan ayı Əxlaq ayıdır
Ramazan ayında şeytanların hamısı zəncirlənirmi?!
Ramazan ayında şeytanların hamısı zəncirlənirmi?!
Bu ayda ən yaxşı əməl, özünü Allahın haram etdiklərindən çəkindirməkdir."
Bu ayda ən yaxşı əməl, özünü Allahın haram etdiklərindən çəkindirməkdir."
Rəcəb ayı kimin ayıdır?
Rəcəb ayı kimin ayıdır?
ALLAHA ETİMAD SAYƏSİNDƏ QURTULUŞ
ALLAHA ETİMAD SAYƏSİNDƏ QURTULUŞ
Ramazan ayı Allah tərəfindən insanlara göndərilən bir proqramdır - ilahiyyatçı
Ramazan ayı Allah tərəfindən insanlara göndərilən bir proqramdır - ilahiyyatçı
İftar süfrəsini sadə və daha çox insanları dəvət etməklə açmaq olar - ilahiyyatçı
İftar süfrəsini sadə və daha çox insanları dəvət etməklə açmaq olar - ilahiyyatçı
Nə üçün Allah orucu 30 gün vacib edib?
Nə üçün Allah orucu 30 gün vacib edib?
Nəfsi saflaşdırmaq - Ramazan ayında
Nəfsi saflaşdırmaq - Ramazan ayında
İmam Rzanın (ə) Ramazan ayı ilə bağlı on göstərişi
İmam Rzanın (ə) Ramazan ayı ilə bağlı on göstərişi
Ramazan ayına məxsus əməllər
Ramazan ayına məxsus əməllər
Daha çox oxumaq istəyirsən? )))