Shia.az SonUmidTv media
sitename


Məsələ 1287: Dörd halda ayat namazı vacib olur:

1, 2.Günəş və ay tutulanda (bir hissəsi də tutulsa, qorxan olsa da, olmasa da).

3. Zəlzələ baş verəndə (bir şəxs qorxsa da, qorxmasa da);

4. Şimşək çaxanda, qara və qırmızı külək əsəndə, qorxulu səma hadisəsi baş verəndə. (Bu halda çoxlarının qorxması şərtdir.) Vacib ehtiyata əsasən, çoxlarını qorxuya salan yer hadisələribaş verəndə də ayat namazı qılınmalıdır.

Məsələ 1288: Ayat namazına səbəb olan hadisələr təkrar baş verdikdə onların hər biri üçün namaz qılmaq vacibdir. Məsələn, bir neçə dəfə zəlzələ baş verdikdə, günəş tutulduğu vaxt zəlzələ baş verdikdə hər bir hadisə üçün namaz qılınır. Amma ayat namazı gedişində hadisə baş verərsə həmin namaz bəsdir.

Məsələ 1289: Qılınan namazın hansı hadisə ilə bağlı qılındığını müəyyənləşdirmək vacib deyil. Vacib niyyəti yerinə yetirmək bəs edir.

Məsələ 1290: Ayat namazı hadisə baş verən yerin əhlinə vacibdir.

Məsələ 1291: Günəş və ay tutulmasına görə ayat namazının vaxtı günəş və ay tutulmağa başlayandan tam açılana qədərdir. Müstəhəb ehtiyat budur ki, açılmağa başlayan vaxt qılınsın.

Məsələ 1292: Zəlzələ, şimşək və bu kimi hadisə baş verdikdə dərhal ayat namazı qılınmalıdır. Dərhal qılmayan günaha yol vermişdir, müstəhəb ehtiyat budur ki, ömrünün sonunadək nə vaxt bacarsa qılsın.

Məsələ 1293: Əgər günəş və ay tutulması baş verdikdənsonra bu hadisədənxəbər tutarsa, ayat namazının qəzasını yerinə yetirməlidir. Amma günəş və ay tam tutulmadıqdaqəzasını qılmaq vacib deyil.

Məsələ 1294: Günəş və ya ayın tutulduğunu bilib buna əmin olmadığındannamaz qılmayan şəxs, sonradan düz deyildiyinibilərsə, günəş və ya ay tam tutulmuşsa,ayat namazı qılmalıdır.

Məsələ 1295: Astronomların və ya bu sahədən mə’lumatlı insanların günəş və ya ayın tutulması ilə bağlı dediklərindən əminlik yaransa, ayat namazı qılmalıdır. Əgər söylənilsəki, filan vaxt günəş və ya ay tutulacaq, bu hadisə filan müddət davam edəcək, əminlik yarandıqdavaxtı gözləməlidir.

Məsələ 1296: Gündəlik namaz vacib olduğu vaxt ayat namazı vacib olarsa, hər ikisi üçün vaxt olduqda hansını qabaq qılsa olar. Birinin vaxtı dar olsa həmin namazı öncə qılmalıdır. Hər ikisinin vaxtı dar olsa öncə gündəlik namazı qılmalıdır.

Məsələ 1297: Gündəlik namazın gedişində anlasa ki, ayat namazının vaxtı dardır, gündəlik namazın da vaxtı dar olduqda onu davam etdirib, sonra ayat namazı qılmalıdır. Gündəlik namazın vaxtı dar olmadıqda, onu saxlayıb ayat namazını qılmalı, sonra gündəlik namazı yerinə yetirməlidir. Ayat namazının gedişində mə’lum olsa ki, gündəlik namazın vaxtı dardır, ayat namazını saxlayıb gündəlik namazı qılmalıdır.Namazı bitirdikdən sonra namaz halından çıxmamış ayat namazının davamını qıla bilər.

Məsələ 1298: Əgər qadın aybaşı və nifas halında olduğu vaxt günəş və ay tutularsa, günəş və ya ay açılanadəkheyz və nifas qanından təmizlənməsə, ayat namazı ona vacib deyil, qəzası da yoxdur.

 

Ayat namazının qaydası

Məsələ 1299: Ayat namazı iki rəkətdir. Hər rəkətdə beş rüku var. Onu iki şəkildə yerinə yetirmək olar:

1. Niyyətdənsonra təkbir deyilir, tam şəkildə bir Həmd və surə oxunur, rükuya gedilir. Rükudan qalxdıqdan sonra yenidənbir tam Həmd və surə oxunur, yenə rükuya gedilir. Bu qayda ilə beş dəfə Həmd və surə oxunur, beş rüku yerinə yetirilir. Beşinci rükudan sonra iki dəfə səcdə edilir və ayağa qalxmaqla ikinci rəkətə başlanılır. İkinci rəkət də birinci rəkət kimi qılınır və səcdələrdənsonra təşəhhüd və salam oxunur.

2. Niyyət və təkbirdənsonra Həmd oxunur, surənin ayələri beş hissəyə bölünür. Birinci hissədən sonra rükuya gedilir və rükudan qalxdıqdan sonra ikinci hissə deyilir. İkinci hissə deyildikdən sonra ikinci dəfə rükuya gedilir. Beləcə surənin hər hissəsi oxunduqdan sonra bir rüku yerinə yetirilir. Məsələn, "Həmd”dən sonra "İxlas” surəsi oxunacaqsa, İxlas surəsi beş hissəyə bölünür: "Bismillahir rəhmanir rəhim”, "Qul huvəllahuəhəd”, "Allahu səməd” "Ləm yəlid və ləm yuləd”, "və ləm yəkun ləhu kufuvən əhəd”. Hər hissə deyildikdən sonra bir rüku yerinə yetirilir. Beşinci rükudan sonra iki dəfə səcdə edilir və ayağa qalxmaqla ikinci rəkətə başlanılır. İkinci rəkət də eyni qaydada qılınır, sonra təşəhhüd və salam oxunur.

Məsələ 1300: Ayat namazının bir rəkətini birinci, ikinci rəkətini o biri qayda ilə qılmaq olar.

Məsələ 1301: Gündəlik namazda vacib və müstəhəb olan işlər ayat namazında da vacib və müstəhəbdir.Amma ayat namazınınazan və iqaməsi yoxdur. Bunun əvəzində üç dəfə "Əssəlat” deyilir.

Məsələ 1302: Müstəhəbdirki, hər rəkətdə səcdəyə getməzdən öncə "Səmiəllahu li mən həmidəh” və "Allahu əkbər” deyilsin. Eləcə də, hər rükudan öncə və sonra təkbir demək müstəhəbdir.

Məsələ 1303: Onuncu rükudan öncə qunut oxumaq müstəhəbdir.

Məsələ 1304: Rəkətlərinsayında şəkk olsa və neçə rəkət qılındığı bilinməsə, namaz batildir. Amma rəkətlərin sayında şəkk olduqda, az ehtimal əsas götürülür. Məhəl ötsə, yə’ni səcdəyə gedilsə şəkkə e’tina olunmur.

Məsələ 1305: Ayat namazının hər rükusu bir rükndür. Bilərəkdən və ya səhvən bu rüknlər artırılıb-əskildilsə namaz batildir.

 

Ayətullahul-Üzma Şeyx Məkarim Şirazi

www.ehlibeyt-aka.com #SonUmidTV

 

 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))