Shia.az SonUmidTv media
» » Qurani-Kərimdə Məhəmməd peyğəmbərin (s) Qurandan başqa möcüzəsindən söz açılırmı
Русская версия сайта Русская версия сайта
sitename

 Qurani-Kərimdə Məhəmməd peyğəmbərin (s) Qurandan başqa möcüzəsindən söz açılırmı

 

Ətraflı cavab:

Quran xaçpərəstlər üçün ilahi kitab hesab edilməsə də, dəqiq tarixi bir sənəd sayılır. Bu baxımdan, biz sübut olaraq bəzi ayələri diqqətinizə çatdırırıq:
Quranın ayələri Peyğəmbərin (s) Qurandan başqa digər möcüzələrinin olmasını da xəbər verir.
Şəqqul-qəmər (ayın yarılması, parçalanması)


(1) «اِقْتَرَبَتِ السّاعَهُ وَ انْشَقَّ الْقَمَرُ * وَ اِنْ یَرَوا آیَهً یُعْرِضُوا وَ یَقُولُوا سِحْرٌ مُسْتَمِرٌّ».


"Qiyamət çox yaxınlaşdı və ay parçalandı. Onlar (müşriklər) bir əlamət və möcüzə görəndə üzlərini döndərərək «(bu şəxsin həmişə etdiyi) daimi bir sehrdir» deyərlər".


İslam təfsirçilərindən Zəməxşəri "Kəşşaf", Təbərsi "Məcməul-bəyan", Fəxri Razi "Məfatihul-ğeyb" kitabında və İbn Məsud öz təfsir kitabında belə yazırlar: "Qüreyş müşrikləri Peyğəmbərin (s) yanına gəldilər və peyğəmbərliyini sübuta yetirməsi üçün ayı ikiyə bölməklə möcüzə göstərməsini istədilər.


Peyğəmbər (s) soruşdu: "Əgər belə etsəm, iman gətirəcəksinizmi?”
Onlar hamılıqla: "Bəli!" – deyə cavab verdilər. Bu zaman Peyğəmbər (s) Allaha dua etdi ki, onların istəyini həyata keçirsin. Sonra barmağı ilə aya tərəf işarə elədi və ay ikiyə bölündü. Həzrət buyurdu: "şahid olun!”
Belə sual yarana bilər ki, qiyamətin yaxınlaşması ilə ayın ikiyə bölünməsi arasında hansı rabitə və mütənasiblik vardır ki, bu iki hadisə yanaşı gəlmişdir?


Bu sualın cavabı aydındır, belə ki, ayın ikiyə bölünməsi və sonuncu peyğəmbərin (s) zühur etməsi qiyamətin əlamət və nişanələrindəndir. Bu baxımdan həmin iki cümlə bir-birinin yanında işlədilmiş və Quranın nəzərində qiyamətin əlaməti gerçəkləkmişdir. Quranda buyurulur:


هَلْ یَنْظُرُونَ اِلاّ السّاعَهَ اَنْ تَاْتِیَهُمْ بَغْتَهً وَ هُمْ لا یَشْعُرُونَ.(2)


1. "Onlar qiyamətin qəflətən qopmasının intizarındadırlar? Halbuki onun əlamələti gerçəkləşmişdir".


وَ اِنْ یَرَوا آیَهً یُعْرِضُوا وَ یَقُولُوا سِحْرٌ مُسْتَمِرٌّ


2. "Əgər bir möcüzə görsələr, ondan üz çevirir və deyirlər ki, bu, həmişəki sehr və cadudur".


"Ayə" sözündəki məqsəd Quran ayəsi deyil, "nişanə"dir. Buna dəlil Quranda bu sözün işlədilməsidir:
یَرَوا (yərəv), yəni "görsələr". Əgər belə olmasaydı və məqsəd Quran ayəsi olsaydı, o zaman həmin sözün yerinə daha yaxşı olardı ki, نزول (nuzul) və bunun oxşarı kimi ifadələr istifadə edilsin.


Bu görülən möcüzə "ayın yarılması"dır və əvvəlki ayədə ona işarə edilmişdir.
Əgər ifadələrə diqqət yetirilsə, məlum olar ki, ayın müəyyən zaman ərzində ikiyə bölünməsi qiyamətin astanasında baş verən deyil, bu dünyaya aid olan məsələlərdəndir. Belə ki, o zaman kimsə deyə bilməz ki, bu bizim ata-babalarımızın da görmüş olduğu həmin daimi sehrdir.

 

Peyğəmbərin (s) meracı
İslam peyğəmbərinin meracı onun gecə vaxtı Məscidul-Həramdan Məscidul-Əqsaya aparılması ilə başlanan bir möcüzədən ibarətdir. Həm Peyğəmbər (s) həmin məsələni bəyan edir, həm də Quran bu barədə aşkarcasına söhbət açır:


سُبْحانَ الَّذِی اَسْرى بِعَبْدِهِ لَیْلاً مِنَ الْمَسْجِدِ الْحَرامِ اِلَى الْمَسْجِدِ الاَقْصَى الَّذِی بارَکْنا حَوْلَهُ لِنُرِیَهُ مِنْ آیاتِنا اِنَّهُ هُوَ السَّمِیعُ الْبَصِیرُ ».(3)


"Öz bəndəsini (Muhəmmədi (s)) Özümüzün (tövhid, qüdrət və hikmətimizin) bəzi nişanələrini ona göstərmək üçün bir gecə Məscidul-Həramdan ətrafını (nazil olmuş mələklərin və oradan çıxmış peyğəmbərlərin mənəviyyatı, çoxlu ağacların yaşıllığı və çaylar ilə) mübarək (bərəkətli) etdiyimiz Məscidul-Əqsaya aparan Allah (hər bir eybdən) pak və nöqsansızdır. Əlbəttə, (Öz bəndəsinin və yuxarı aləmin sakinlərinin danışığını) eşidən və (onların hamısının halını) görən Odur (O Allahdır)."
Peyğəmbərin (s) gecə vaxtı bu günün nəqliyyat vasitəsi ilə belə mümkün olmayan şəkildə Məscidul-Həramdan Məscidul-Əqsaya qeyri-adi formada səfər etməsi insan qüdrətindən xaric bir məsələ idi və möcüzə hesab olunur. Quran həmin məsələni Peyğəmbərin (s) peyğəmbərliyinə sübut gətirir və digər bir surədə (4) onu şiddətli şəkildə müdafiə edir. Eyni zamanda, vurğulayır ki, Məscidul-Əqsa o həzrətin səfərinin son nöqtəsi deyil, əksinə, oradan yuxarı aləmə də merac etmişdir. Xatırladırıq ki, islami rəvayət və hədislərdə "merac” məsələsinə o qədər toxunulmuşdur ki, onu uydurma və qondarma bir məsələ hesab etmək olmaz.

 

Mübahilə
Nəcran xaçpərəstləri ilə Peyğəmbərin (s) mübahilə məsələsi Quranın "Ali-İmran” surəsinin 61-ci ayəsində işarə edilən mətləblərdəndir. Həmin ayədə Peyğəmbərin (s) haqlı olduğunu bildirməsi üçün Nəcran başçıları ilə mübahələyə hazır olması və mübahiləyə gələcəkləri təqdirdə, yalançılara ilahi əzabın nazil olacağı vədini verməsi qeyd olunub.
Peyğəmbər (s) mübahiləyə hazır idi, həm də Allah da ona mübahələ etməsini əmr etmişdi. Ayədə buyurulur:


فَمَنْ حاجَّکَ فِیهِ مِنْ بَعْدِ ما جاءَکَ مِنَ الْعِلْمِ فَقُلْ تَعالَواْ نَدْعُ اَبْناءَنا وَ اَبْناءَکُمْ وَ نِساءَنا وَ نِساءَکُمْ وَ اَنْفُسَنا وَ اَنْفُسَکُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَهَ اللّهِ عَلَى الْکاذِبینَ ».(5)


"Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri) çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə Allahın lənətini yalançılara yağdıraq)".


Nəcran xaçpərəstləri mübahələyə hazır idilər, amma Peyğəmbərin (s) şəxsiyyəti və o həzrətin mübahilə meydanında hazır olma tərzi onları mübahilə etməkdən çəkindirdi, başa düşdülər ki, bu mübahilədə Allahın qəti əzabı onlara nazil olacaq.
Peyğəmbər (s) sağ olduğu zamanda nəinki Nəcran xaçpərəstləri, əsla heç bir kəs mübahələ etməyə hazır olmadı. Doğrudur ki, xaçpərəstlərin mübahilə fikrindən daşınması ilə mübahilə məsələsi həyata keçmədi, amma bunun özü Peyğəmbərdən (s) möcüzə istədikdə onu gətirə bilməsi ilə bağlı şübhə edənlərə tutarlı bir cavab oldu ki, Peyğəmbər (s) yalnız qorxudan və müjdə verəndir.


«کَیْفَ یَهْدِی اللّهُ قَوْماً کَفَرُوا بَعْدَ اِیمانِهِمْ وَ شَهِدُوا اَنَّ الرَّسُولَ حَقٌّ وَ جاءَهُمُ الْبَیِّناتُ... ».(6)


"İman gətirərək elçimizin haqq olmasına şəhadət verdikdən və aşkar dəlillər gəldikdən sonra kafir olan dəstəni Allah necə hidayət etsin?! (Kitab əhlinin bəzisi İslam peyğəmbərinin peyğəmbərliyə göndərilməsindən qabaq öz kitablarına əsasən iman sahibi idilər. Onun göndərilməsindən sonra isə islamdan dönən mürtədlər kimi inkar etdilər.) Allah zalım dəstəni hidayət etməz."


Peyğəmbərin (s) aşkar dəlilləri (möcüzələri):
Bu ayə göstərir ki, Peyğəmbər (s) aşkar dəlillərə malik idi və onda məqsəd möcüzədir. Diqqət yetirilməli olan məsələ «وَجاءَهُمُ الْبَیِّناتُ» (və caəhumul-bəyyinat) cümləsidir və "bəyyinat" sözü "bəyyinə" sözünün cəmidir, eyni zamanda, həqiqəti aydınlaşdıran dəlil və şahid mənasını verir.


Elə təsəvvür yarana bilər ki, "bəyyinat” kəlməsində məqsəd Quran və ya asimani kitablarda Peyğəmbərin (s) nübüvvəti ilə bağlı verilən bəşarət və müjdələrdir, amma bu sözün möcüzə mənasında istifadə edildiyi digər ayələrə nəzər saldıqda məlum olur ki, bu ayədə məqsəd ya möcüzələrdir, yaxud da möcüzə mənasını da ehtiva edən daha geniş bir anlayışdır. Ayənin mənasını sadəcə səmavi kitablarda verilən müjdələrə şamil etməyə heç bir lüzum yoxdur.


Ayələr:
1. "İsa ibn Məryəmə möcüzələr verdik".

 

«...وَ آتَیْنا عِیسَى ابْنَ مَرْیَمَ الْبَیِّناتِ...».(7)؛


2. "Gördükləri möcüzələrdən sonra (Bəni-İsrail) buzovu üzlərinə məbud seçdi".


«...ثُمَّ اتَّخَذُوا العِجْلَ مِنْ بَعْدِ ما جاءَتْهُمُ الْبَیِّناتُ...» .(8)


3. "Sən onlara tərəf möcüzələrlə gəldin".

 

« ...اِذْ جِئْتَهُمْ بِالْبَیِّناتِ...»(9)


4. "Peyğəmbərləri onlara tərəf möcüzələrlə gəldilər". (10)


«...وَلَقَدْ جاءَتْهُمْ رُسُلُهُمْ بِالْبَیِّناتِ...» (11)


Peyğəmbərin (s) digər bir möcüzəsi o həzrətin Məsih (ə) kimi qeybdən xəbər verməsi idi:
Quranda həzrət Məsihin (ə) möcüzələrindən biri kimi onun qeybdən xəbər verməsi göstərilmişdir:


«...وَ اُنَبِّئُکُمْ بِما تَاْکُلُونَ وَ ما تَدَّخِرُونَ فِی بُیُوتِکُمْ...» .(12)


"Yedikləriniz və evlərinizdə zəxirə (ehtiyat) saxladıqlarınız barədə sizə xəbər verərəm".


Peyğəmbər (s) ilahi vəhy sayəsində bir sıra qeybi hadisələr barədə xəbər vermişdir və Qurandakı qeybi xəbərlərin sayı burada qeyd edilənlərdən daha artıqdır. (13) Onların bəzisini misal göstəririk:
Peyğəmbər (s) ilahi vəhy sayəsində rumluların məğlubiyyətdən sonra qələbəsi (14), Əbu Ləhəb və arvadı Ümmü Cəmilin küfr halında ölümü (15), eyni zamanda Vəlid ibn Müğeyrənin küfr və şirk halında ölümü (16), "Bədr", "Xeybər" və sair döyüşlərdə Qüreyşin məğlubiyyəti (17) barədə məlumat vermişdir. Görəsən, bu qeybi xəbərlər Peyğəmbərin (s) Qurandan başqa digər möcüzələrinin olmasından xəbər vermirmi? (18).

 

Qeydlər:

1. Qəmər surəsi, ayə 1-2.
2. Zuxruf surəsi, ayə 66.
3. İsra surəsi, ayə 1.
4. Nəcm surəsi, ayə 13-18.
5. Ali-İmran surəsi, ayə 61.
6. Ali-İmran surəsi, ayə 86.
7. Bəqərə surəsi, ayə 87
8. Nisa surəsi, ayə 153.
9. Maidə surəsi, ayə 110.
10. "Bəyyinat" sözünün möcüzə mənasında işləndiyi ayələrə Yunis surəsi, ayə 13, 74, Nəhl surəsi, ayə 44, Taha surəsi, ayə 72, Mumin surəsi., ayə 28, Hədid surəsi, ayə 25, Təğabun surəsi, ayə 16-ya müraciət etməklə nəzər yetirə bilərsiniz.
"Bəyyinat" sözünün lüğəvi mənasının "möcüzə və qeyri-adi işlər" olmasına baxmayaraq, bu söz geniş mənaya malikdir və onun nümunələrindən yalnız biri "möcüzə"dir. "Bəyyinə" –"həqiqəti aydınlaşdıran" mənasındadır. Möcüzəyə bəyyinə deyilməsinin səbəbi onun Peyğəmbərlə (s) Allah arasındakı rabitəni aydınlaşdırması və o həzrətin risalətinin doğruluğunu təsdiqləməsidir. Ayələrin əksəriyyətində bu söz möcüzə və xariquladə işlərlə bağlı istifadə edildiyindən, sadalanan ayələri "möcüzə" mənasına təfsir etmək daha münasibdir.
11. Əraf surəsi, ayə 101.
12. Ali-İmran surəsi, ayə 49.
13. "Məfahimul-Quran" kitabında üçüncü cild, səh. 503-508-də Quranın qeybi xəbərləri geniş şəkildə bəyan edilmişdir. Həmin kitaba müraciət edə bilərsiniz.
14. Rum surəsi, ayə 2. (غُلِبَتِ الرُّومُ ...).
15. Məsəd surəsi, bütün ayələr. تَبَّتْ یَدا أَبی لَهَب...).)
16. Muddəssir surəsi, ayə 26-27. سَأُصْلیهِ سَقَرَ * وَ ما أَدْریکَ ما سَقَرَ
17. Qəmər surəsi, ayə 45. سَیُهْزَمُ الْجَمْعُ وَیُوَلُّونَ الدُّبُر
18. Ayətullah Cəfər Subhani, "Mənşur-Cavid"dən seçmələr, c.7, səh. 209-223.

 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Quran mükaşifə və intuisiyanı bir bilik qaynağı kimi təsdiq edirmi?
Quran mükaşifə və intuisiyanı bir bilik qaynağı kimi təsdiq edirmi?
Əxlaq alimləri zikir üçün hansı mərhələ və dərəcələr bəyan edirlər?
Əxlaq alimləri zikir üçün hansı mərhələ və dərəcələr bəyan edirlər?
Quran baxımından ağlın fəaliyyət və funksiyaları hansılardır?
Quran baxımından ağlın fəaliyyət və funksiyaları hansılardır?
Quranda təfəkkür və dərin düşüncənin əhəmiyyəti barədə
Quranda təfəkkür və dərin düşüncənin əhəmiyyəti barədə
Quran və “mükaşifə və intuisiya”nın bir bilik qaynağı kimi etibarlılığı
Quran və “mükaşifə və intuisiya”nın bir bilik qaynağı kimi etibarlılığı
Quranda təfəkkür və dərin düşüncənin əhəmiyyəti necə qeyd edilib?
Quranda təfəkkür və dərin düşüncənin əhəmiyyəti necə qeyd edilib?
İnsan elminin miqdarı nə qədərdir?
İnsan elminin miqdarı nə qədərdir?
QURANDA İSLAM PEYĞƏMBƏRİNİN (s) MÖCÜZƏLƏRİ
QURANDA İSLAM PEYĞƏMBƏRİNİN (s) MÖCÜZƏLƏRİ
QƏDR GECƏSİ QURANIN NAZİL OLDUĞU GECƏDİR
QƏDR GECƏSİ QURANIN NAZİL OLDUĞU GECƏDİR
Quranın nazil olması
Quranın nazil olması
İmam Əlini (ə) Quran bizə belə tanıdır
İmam Əlini (ə) Quran bizə belə tanıdır
ALLAH İLƏ MƏXLUQ ARASINDA TƏKVİNİ ƏLAQƏ
ALLAH İLƏ MƏXLUQ ARASINDA TƏKVİNİ ƏLAQƏ
İman nəyə aiddir?
İman nəyə aiddir?
Nəml surəsində “Dabbətul-ərz”dən məqsəd nədir?
Nəml surəsində “Dabbətul-ərz”dən məqsəd nədir?
İmam Əli (ə) doğulduqdan üç gün sonra İslam Peyğəmbəri (s) ilə görüşən zaman O Həzrətə salam vermiş və Möminun surəsindən bir qismini tilavət etmişdir?
İmam Əli (ə) doğulduqdan üç gün sonra İslam Peyğəmbəri (s) ilə görüşən zaman O Həzrətə salam vermiş və Möminun surəsindən bir qismini tilavət etmişdir?
"Həl Əta" surəsinin nazil olması.
"Həl Əta" surəsinin nazil olması.
Quranın xeyməsi sayılan surə
Quranın xeyməsi sayılan surə
QUR᾽AN VƏ YEDDİ QİRAƏT ÜSULU YEDDİ QİRAƏT ÜSULLARINDAKI OXŞARSIZLIQ
QUR᾽AN VƏ YEDDİ QİRAƏT ÜSULU YEDDİ QİRAƏT ÜSULLARINDAKI OXŞARSIZLIQ
Quranda həzrət Məhəmmədin (s) sonuncu peyğəmbər olması ilə əlaqədar nə kimi dəlillər vardır?
Quranda həzrət Məhəmmədin (s) sonuncu peyğəmbər olması ilə əlaqədar nə kimi dəlillər vardır?
“Əsr” surəsi İmam Əli (ə) haqqında nazil olmuşdur
“Əsr” surəsi İmam Əli (ə) haqqında nazil olmuşdur
QURANİ-KƏRİM BARƏSİNDƏ SUALLAR
QURANİ-KƏRİM BARƏSİNDƏ SUALLAR
Rəsuli-əkrəm (s) Məhəbbət ocağı
Rəsuli-əkrəm (s) Məhəbbət ocağı
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Qurani-Kərimdə Ümumi İmamət Və Vilayət
Qurani-Kərimdə Ümumi İmamət Və Vilayət
İsa Peyğəmbərin (ə) neçə möcüzəsi olub?
İsa Peyğəmbərin (ə) neçə möcüzəsi olub?
Qurani kərimdə Qədir xum barəsində olan ayələr əhli sünnət tərəfindən dəyişdirilmişdirmi?
Qurani kərimdə Qədir xum barəsində olan ayələr əhli sünnət tərəfindən dəyişdirilmişdirmi?
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
QURANİ-KƏRİMDƏ KİMLƏRƏ LƏNƏT OXUNUB:
QURANİ-KƏRİMDƏ KİMLƏRƏ LƏNƏT OXUNUB:
ALLAHIN LABÜD VƏ QAÇILMAZ VƏDƏSİ
ALLAHIN LABÜD VƏ QAÇILMAZ VƏDƏSİ
ALLAHIN LABÜD VƏ QAÇILMAZ VƏDƏSİ
ALLAHIN LABÜD VƏ QAÇILMAZ VƏDƏSİ
Mübahilə günü
Mübahilə günü
Həzrət Əlinin (ə) kəlamında Peyğəmbərin (s) peyğəmbərliyinin daşıdığı hədəflərin bəyanı
Həzrət Əlinin (ə) kəlamında Peyğəmbərin (s) peyğəmbərliyinin daşıdığı hədəflərin bəyanı
MUHƏMMƏD(S)-İSA MƏSİHİN MÜJDƏ VERDİYİ PEYĞƏMBƏR
MUHƏMMƏD(S)-İSA MƏSİHİN MÜJDƏ VERDİYİ PEYĞƏMBƏR
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
Daha çox oxumaq istəyirsən? )))