Shia.az SonUmidTv media
sitename

 

Sübh azanına qədər cənabətli qalmaq

  101. Ramazan ayının gecəsində boynuna cənabət qüslü gələn şəxs sübh azanı olmamış qüsl etməlidir. Əgər cənabətli şəxs sübh azanına qədər bilərəkdən qüsl etməzsə, orucu batildir. Bu hökm, Ramazan ayının orucunun qəzasına – hətta bilərəkdən olmasa da – aiddir.
  102. Əgər Ramazan ayının gecəsində bir şəxsin boynuna cənabət qüslü gəlsə və sübh azanına qədər bilmədən qüsl etməsə – məsələn, yuxuda ikən boynuna cənabət qüslü gəlsə və sübh azanından sonra yuxudan oyansa – onun orucu düzgündür.
  103. Əgər oyaq ikən bir şəxsin boynuna cənabət qüslü gəlsə, yaxud yuxuda ikən boynuna cənabət qüslü gəldikdən sonra oyansa və bilsə ki, əgər yatsa, qüsl etmək üçün sübh azanından qabaq oyana bilməyəcəkdir, qüsl etməmiş yatmasına icazə verilmir. Əgər yatsa və sübh azanından qabaq qüsl etməsə, orucu batildir. Amma əgər sübh azanından qabaq oyanacağını ehtimal versə və qüsl etmək niyyətində olsa, lakin yuxudan oyanmasa, orucu düzgündür. Amma əgər yenidən yatsa və sübh azanına qədər oyanmasa, həmin günün orucunun qəzasını tutmalıdır.
  104. Əgər Ramazan ayının gecəsində boynunda qüslü olan bir şəxs vaxtın darlığına, yaxud suyun ziyanlı olmasına, yaxud da bu kimi başqa səbələrə görə qüsl edə bilməzsə, qüsl əvəzinə təyəmmüm etməlidir.
  105. Əgər oruc tutmuş şəxsin boynuna yuxuda ikən cənabət qüslü gəlsə, orucu batil olmur.
   106. Əgər Ramazan ayında və ya başqa günlərdə oruc tutmuş şəxsin boynuna yuxuda ikən cənabət qüslü gəlsə, oyandıqdan sonra dərhal qüsl etməsi vacib deyildir.
  107. Heyzdən və ya nifasdan paklanan və qüsl etməli olan qadın əgər Ramazan ayında sübh azanına qədər qüsl etməzsə, orucu batildir.
  108. Əgər oruc tutmuş qadın heyz və ya nifas qanı görsə, orucu batil olur.
  Qüsl etməyinmümkün olmadığı halda Ramazan ayının gecəsində şəxsin 
özünü cənabətli etməsi
  109. İxtiyarında su olmadığına görə, yaxud vaxtın darlığından başqa bir sıra üzrlərə görə cənabət qüslü edə bilməyən bir şəxsin mübarək Ramazan ayının gecələrində halal yol ilə özünü cənabətli etməsinə icazə verilirmi?
  Cavab: Əgər onun vəzifəsi təyəmmüm etməkdirsə və özünü cənabətli etdikdən sonra təyəmmüm etmək üçün kifayət qədər vaxt olarsa, bu işi görməsinə icazə verilir.
  Qüslü bilərəkdən təxirə salıb, vaxtın darlığına görə təyəmmüm etmək
  110. Əgər bir şəxs sübh azanından qabaq möhtəlim vəziyyətdə(1) yuxudan oyansa, sübh azanına yaxın bir vaxta qədər qüslü təxirə salıb qüsl əvəzinə təyəmmüm edə bilərmi?
  Cavab: Əgər o, qüslü təxirə salsa və vaxt daralsa, günah işlətmişdir. Bu təqdirdə, sübh azanından qabaq təyəmmüm etməlidir və orucu düzgündür.
  111. Əgər Ramazan ayında cənabətli şəxs bilərəkdən qüsl etməsə və vaxt daralsa, buna görə də təyəmmüm ilə sübhə daxil olsa, onun orucunun hökmü nədir?
  Cavab: Orucu düzgündür. Əlbəttə, sualda deyilənlərə əsasən, günah işlətmişdir.
  Sübh azanına qədər cənabət qüslü etməyi unutmaq
  112. Əgər oruc tutan şəxs Ramazan ayının orucunda və ya başqa oruclarda cənabət qüslü etməyi unudarsa və gündüz ərzində qüsl etməli olduğu yadına düşərsə, orucunun hökmü nədir?
  Cavab: Əgər Ramazan ayında oruc tutan şəxs gecədən sübh azanına qədər cənabət qüslü etməyi unudarsa və cənabətli halda sübhə daxil olarsa, orucu batildir. Əhvətə görə,(2) Ramazan ayının orucunun qəzası da eyni hökmü daşıyır. Amma başqa oruclarda sözügedən səbəbə görə oruc batil olmur.
  Özünün möhtəlimolduğunu sübh azanından qabaqbaşa düşməməsi 
  113. Əgər bir şəxs mübarək Ramazan ayında sübh azanından qabaq yuxudan oyansa və möhtəlim olduğunu başa düşməyib yenidən yatsa və sübh azanı əsnasında yuxudan oyanıb sübh azanından qabaq möhtəlim olduğunu başa düşsə, onun orucunun hökmü nədir?
  Cavab: Əgər o, möhtəlim olduğunu sübh azanından qabaq başa düşməzsə, orucu düzgündür.
  Ramazan ayının gecəsində şəxsin möhtəlim olduğuna şəkk etməsi
  114. Əgər Ramazan ayının gecəsində sübh azanından qabaq mükəlləf möhtəlim olub-olmadığına şəkk etsə, amma öz şəkkinə etina etməyib yenidən yatsa və sübh azanından sonra oyanıb sübh azanından qabaq möhtəlim olduğunu başa düşsə, orucunun hökmü nədir?
  Cavab: Əgər o, birinci dəfə yuxudan oyandıqda özündə ehtilamdan bir əsər-əlamət görməzsə, möhtəlim olduğunu yalnız ehtimal versə və onun üçün bir əlamət üzə çıxmazsa, beləcə, sübh azanından sonra yuxudan oyanarsa, onun orucu düzgündür. Baxmayaraq ki, onun sübh azanından qabaq möhtəlim olduğu sonradan məlum olmuşdur.
  Sübh azanına qədər cənabətli qaldıqda oruc tutmağın hökmü
  115. Əgər bir şəxs bəzi çətinliklərə görə sübh azanına qədər cənabətli qalsa, həmin gün oruc tutmasına icazə verilirmi?
  Cavab: Ramazan ayının orucu və onun qəzasından qeyri oruclarda bunun maneəsi yoxdur. Amma Ramazan ayının orucuda bunun geniş izahı vardır. Əgər mükəlləf qüsl etməkdə üzrlüdürsə, təyəmmüm etmək ona vacibdir. Əgər təyəmmüm etməzsə, orucu düzgün deyildir.
  116. Cənabətli şəxs sübh azanından sonra cənabət qüslü edib qəza və ya müstəhəb oruc tuta bilərmi?
  Cavab: Əgər sübh azanına qədər bilərəkdən cənabətli qalarsa, Ramazan ayının orucu və Ramazan ayının orucunun qəzası düzgün deyildir. Amma əqvaya görə,(3) digər oruclar, xüsusilə də müstəhəb oruclar düzgündür.
 
 Cənabətli şəxsin sübh azanına qədər yatıb qalması
  117. Əgər Ramazan ayının gecəsində mükəlləf sübh azanından qabaq yuxudan oyansa və möhtəlim olduğunu görsə, sonra qüsl etmək üçün oyanacağını ümid edib sübh azanından qabaq yenidən yatsa və sübh azanından sonraya qədər yatıb qalsa, oyandıqdan sonra da qüslünü zöhr azanına qədər təxirə salsa və zöhr azanından sonra qüsl edib zöhr və əsr namazlarını qılsa, həmin günün orucunun hökmü nədir?
  Cavab: Sualda deyilənlərə əsasən, "birinci yuxu” olduğuna görə orucu düzgündür. Amma əgər o, yenidən yatıb sübhə qədər yuxudan oyanmazsa, həmin günün orucunun qəzasını tutmalıdır.
  118. Ötən il Ramazan ayının səhərində (sübhə yaxın vaxtda) cənabət qüslü mənə vacib oldu. Oyandıqda öz-özlüyümdə fikirləşdim ki, vaxt daralana qədər gözləyəcəyəm və vaxt daraldıqda qüsl əvəzinə təyəmmüm edəcəyəm. Amma yuxuya getdim və oyana bilmədim. Mənim vəzifəm nədir?
  Cavab: Baxmayaraq ki, vaxtın darlığı səbəbilə üzərinizə düşən vəzifəyə əməl etmək niyyətində olmusunuz, lakin həmin günün orucunun qəzası sizə vacibdir. Bəli, əgər sizin vəzifəniz təyəmmüm olmuş olsaydı və sübh azanından qabaq təyəmmüm edəcəyinizi qərara almağınıza baxmayaraq yatıb yuxuya qalsaydınız, "birinci yuxu” olduğuna görə oruc düzgün olardı.
 
 Vacib qüsl edərkən azan vaxtının çatması
  119. Əgər cənabətli şəxs sübh azanına yaxın yuxudan oyansa və qüsl etməklə məşğul olsa, amma qüslü tamamlamamışdan qabaq azan deyilsə, onun orucunun hökmü nədir?
  Cavab: Əgər qüsl etmək üçün vaxt olduğunu yəqin edərək və ya ehtimal verərək qüsl etməklə məşğul olsa, kifayət edir və orucu düzgündür.
  
120. Əgər sübh azanından qabaq qüsl etməyə başlasam, amma qüsl əsnasında sübh azanının vaxtı çatsa (məsələn, baş və boyunu, yaxud bədənin sağ tərəfini yuyarkən sübh azanı olsa), orucum düzgündürmü?
  Cavab: Əgər qüsl üçün vaxt olduğuna yəqinliyiniz olsa, orucunuz düzgündür.
 
 Xəcalət ucbatından qüslü yerinə yetirməmək və cənabətli qalmaq
  121. Biz soyuq iqlimi olan məntəqədə yaşayırıq və yaşadığımız yerdə də nə hamam, nə də hamamlanmaq üçün bir məkan vardır. Mübarək Ramazan ayında cənabətli vəziyyətdə yuxudan oyandıqda camaatın gözü qarşısında gənclərin tuluq suyu ilə və ya hovuzda qüsl etməsinin eyib sayıldığını, digər tərəfdən də gecə yarısı suyun soyuq olduğunu nəzərə alaraq, sabahısı günün orucu xüsusunda bizim vəzifəmiz nədir? Təyəmmüm etməyimizə icazə verilirmi? Əgər qüsl etməsək, sabahısı günün orucunu iftar etməyin hökmü nədir?
  Cavab: Qüsl etməyin çətin olması və ya gecə yarısı gənclərin qüsl etməsinin eyib sayılması şəri üzr hesab olunmur. Qüsl etmək böyük əziyyət hesab olunmayanadək, həmçinin mükəlləfə zərəri olmayanadək, mümkün olan hər bir şəkildə qüsl etmək vacibdir. Amma əgər qüsl etməyin əziyyət və zərəri olarsa, mükəlləf sübh azanından qabaq təyəmmüm etməlidir. Əgər sübh azanından qabaq cənabət qüslü əvəzinə təyəmmüm edərsə, orucu düzgündür. Əks təqdirdə, orucu batildir. Amma gün ərzində imsak etməsi(4) vacibdir.
  
122. Bir şəxs Ramazan ayında gecənibir evdə qonaq qalır və gecə yarısı möhtəlim olur. Qonaq olduğu və özü ilə paltar götürmədiyi üçün orucdan qaçmaq məqsədilə sübh azanından sonra səfərə çıxmağı qərara alır. Buna görə də sübh azanından sonra heç nə yeyib-içmədən səfər etmək məqsədilə yola düşür. Sual budur ki, bu şəxsin səfər etməyi qərara alması onun boynundan kəffarənin götürülməsinə bais olurmu, yoxsa bais olmur?
  Cavab: Əgər o, cənabətli vəziyyətdə yuxudan oyanarsa və cənabətli olduğuna yəqinliyi olarsa, lakin sübh azanından qabaq qüsl və ya təyəmmüm etməzsə, gecə yarısında sübh olan kimi səfərə çıxacağını qərara alması və ya gündüz vaxtı səfərə çıxması kəffarənin onun boynundan götürülməsi üçün kifayət etmir.
  123. Mübarək Ramazan ayının bəzi günlərində qohumlardan birinin evində qalırdım. Zökəm xəstəliyinə tutulduğum, həmçinin xəcalət çəkdiyim üçün vacib qüsl əvəzinə torpaqla təyəmmüm etmək məcburiyyətində qaldım və zöhrə yaxın bir vaxta qədər qüsl etmədim. Bu iş bir neçə gün təkrarlandı. Həmin günlərdə mənim orucum düzgündürmü, yoxsa düzgün deyildir?
  Cavab: Oruc tutmaq istədiyiniz gün sübh azanından qabaq cənabət qüslünü tərk etməyiniz və qüsl əvəzinə təyəmmüm etməyiniz əgər şəribir üzrə və ya vaxtın darlığına görə olarsa, orucun batil olmasına bais olmur və təyəmmüm ilə tutduğunuz oruc düzgündür. Əks təqdirdə, həmin günlərdə orucunuz batildir.


(1) Yuxuda cənabətli olmaq
(2) Ehtiyata müvafiq
(3) Fətva deməkdir.
(4) Orucu batil edən işlərdən çəkinməsi

 

 

 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Orucu batil edən işlərin bir sıra hökmləri
Orucu batil edən işlərin bir sıra hökmləri
Orucu batil edən işlər2
Orucu batil edən işlər2
Orucu batil edən işlər 1
Orucu batil edən işlər 1
Zərər qorxusu olduğu bir halda hamilə qadının və süd
Zərər qorxusu olduğu bir halda hamilə qadının və süd
Xəstənin Ramazan ayının gündüzündə sağalması
Xəstənin Ramazan ayının gündüzündə sağalması
İş səfərinin hökmləri (Ayətullahul-Üzma Seyyid Əli Xamenei)
İş səfərinin hökmləri (Ayətullahul-Üzma Seyyid Əli Xamenei)
Yeni istiftaatlar( Ayətullahul-Üzma Seyyid Əli Xamenei)
Yeni istiftaatlar( Ayətullahul-Üzma Seyyid Əli Xamenei)
Yeni istiftaat Ayətullahul-Üzma Seyyid Əli Xamenei
Yeni istiftaat Ayətullahul-Üzma Seyyid Əli Xamenei
Heyizli qadın Cənabət qüslü verə bilərmi?
Heyizli qadın Cənabət qüslü verə bilərmi?
Ayətullahul-Üzma Seyyid Əli Xamenei ünvanlanan yeni suallar (Yanvar, 2019)
Ayətullahul-Üzma Seyyid Əli Xamenei ünvanlanan yeni suallar (Yanvar, 2019)
Ayətullahul-Üzma Seyyid Əli Xamenei Yeni istiftaatlar
Ayətullahul-Üzma Seyyid Əli Xamenei Yeni istiftaatlar
Mübahilə gününün əməlləri
Mübahilə gününün əməlləri
Seyid Əli Hüseyni Xameneyi dəftərinə Yeni istiftaat olunmuş suallar . (Jun, 2018)
Seyid Əli Hüseyni Xameneyi dəftərinə Yeni istiftaat olunmuş suallar . (Jun, 2018)
Zərər qorxusu ilə hamilə və südverən qadının orucu
Zərər qorxusu ilə hamilə və südverən qadının orucu
Uşağı yeni dünyaya gəlmiş ana ramazan ayında oruc tutmaya bilərmi?
Uşağı yeni dünyaya gəlmiş ana ramazan ayında oruc tutmaya bilərmi?
Mübarək "Rəcəb" ayı daxil olur. Gözəl olar ki, insan bu aya yaxşı hazırlaşsın
Mübarək "Rəcəb" ayı daxil olur. Gözəl olar ki, insan bu aya yaxşı hazırlaşsın
İbadi işlərdə (namaz, dəstəmaz və qüsl kimi əməllərdə) vasvasılığa etina etmək haramlığından əlavə əməlin batil olmasına da səbəb olurmu?
İbadi işlərdə (namaz, dəstəmaz və qüsl kimi əməllərdə) vasvasılığa etina etmək haramlığından əlavə əməlin batil olmasına da səbəb olurmu?
Dəstəmaz və qüsül əvəzinə təyəmmümün vacib olduğu hallar
Dəstəmaz və qüsül əvəzinə təyəmmümün vacib olduğu hallar
Hansı hallarda təyəmmüm edilir:
Hansı hallarda təyəmmüm edilir:
Təyəmmümün qaydası bu tərtiblədir
Təyəmmümün qaydası bu tərtiblədir
Ramazan bayramı gününün əməlləri və fitrə zəkatı
Ramazan bayramı gününün əməlləri və fitrə zəkatı
Əgər oruc tutmuş şəxsin ağzından qan gəlsə, orucu batil olurmu?
Əgər oruc tutmuş şəxsin ağzından qan gəlsə, orucu batil olurmu?
Şəri vəzifə yaşının başlanğıcında oruc tutmağa bədənin qüvvəsinin
Şəri vəzifə yaşının başlanğıcında oruc tutmağa bədənin qüvvəsinin
Şəri məsələni bilməmək səbəbilə orucu batil etmək
Şəri məsələni bilməmək səbəbilə orucu batil etmək
“Şəkk günü”ndə niyyət etmək
“Şəkk günü”ndə niyyət etmək
Fitrə zəkatının vacib olma şərtləri
Fitrə zəkatının vacib olma şərtləri
Orucun kəffarəsinin hökmləri
Orucun kəffarəsinin hökmləri
Oruc tuta bilməyən şəxslər
Oruc tuta bilməyən şəxslər
Müsafir şəxsin orucunun hökmləri
Müsafir şəxsin orucunun hökmləri
Orucun vacib olması
Orucun vacib olması
Mübahilə gününün əməlləri
Mübahilə gününün əməlləri
Fitr bayramı haqqında bilmədiklərimiz
Fitr bayramı haqqında bilmədiklərimiz
Nə üçün Allah orucu 30 gün vacib edib?
Nə üçün Allah orucu 30 gün vacib edib?
«Ramazan»ın mə`nası
«Ramazan»ın mə`nası
Cümə gününün müstəhəb (bəyənilən, savabı olan) əməlləri:
Cümə gününün müstəhəb (bəyənilən, savabı olan) əməlləri:
Xəstəlik üzündən və səfərə çıxdığıma görə tutmadığım orucların qəzasını nə zaman tutmalıyam və gecikdirdiyimə görə hansı şərtlər daxilində kəffarə verməliyəm ?
Xəstəlik üzündən və səfərə çıxdığıma görə tutmadığım orucların qəzasını nə zaman tutmalıyam və gecikdirdiyimə görə hansı şərtlər daxilində kəffarə verməliyəm ?
Daha çox oxumaq istəyirsən? )))