Shia.az SonUmidTv media
sitename

 

Depressiya və stressdən uzaq olmağın sirrləri
.Depressiya və stressdən uzaq olmağın sirrləri
Hazırkı iztirab və nigarançılıqla dolu olan dünyada aramlı və daxili rahatlıq içində yaşamaq bir çox insanlar üçün arzu etdikləri ən böyük nemətə çevrilmişdir. Halbuki yalnız arzu etmək kifayət etmir, bu işdə irəliyə doğru addım atmaq və işə başlayıb hərəkət etmək lazımdır. Biz burada həmin sirrlərin ruhi və mənəvi yollarını açıqlayacağıq. Təki bu yollar vasitəsilə iztirab, stress, nigarançılıq və daxili təşvişdə olan insanlara həyatda aramlıq, sevinc və rahatlığa nail olmaqlarında xeyirli vasitəçi olaq, inşaAllah Taala.

Brinci yol: Allah Taala ilə rabitəniz olsun.
.
İnsanın İlahi ruha ethiyacı ən azı yeni doğulmuş körpənin anaya ehtiyacı kimidir. Cism həyatının davam etmisi üçün hava və yeməyə ehtiyaclı olduğu kimi, ruh və batin də İlahi hidayətə və mənəvi qidaya ehtiyaclıdır.
Allah Taala Qurani-Kərimin Rəd surəsinin 28-ci ayəsində buyurur:

الَّذِينَ ءَامَنُواْ وَ تَطْمَئنِ‏ُّ قُلُوبُهُم بِذِكْرِ اللَّهِ أَلَا بِذِكْرِ اللَّهِ تَطْمَئنِ‏ُّ الْقُلُوبُ

"Onlar iman gətirmiş və qəlbləri Allahı yad etməklə aramlıq tapmış insanlardırlar. Agah olun ki, qəlblər yalnız Allahı yad etməklə aramlıq tapır.”
Namaz qılmaq, dua etmək, Qurani-Kərimi oxumaq, gecələr Allah Taala ilə münacat və razu-niyaz etmək insanın qəlbini nurlandırır, iztirab və nigaranşılıqları yox edir, insana rahatlı və aramlıq bəxş edir.

İkinci yol: Öz zahiri quruluşunuzdan razı olun.
.
Bədən həqiqətdə yaşamaq üçün vasitədir, insanın mənliyi və cövhəri deyil. Bizim zamanımızda bəzi insanlar öz şəxsiyyətlərini cismləri işə tanıtdırmaq istəyirlər. Təbiətdə ağacın keyfiyyəti onun insanlara verdiyi faydalarla tanındığı kimi insan da ruhi-mənəvi kamalı, ağlı, qabiliyyəti, əxlaqı və insanlara verdiyi faydalar ilə tanınır. Qərb filmləri və serialları içi puç və mənəviyyatdan uzaq insanların cismlərini bəzəməklə onların zahiri quruluşlarını insanlara nümunə kimi təqdim etməyə çalışır. Əslində o kinoların hədəfləri həmin rolların şəxsiyyətlərinin insanlara nümunə kimi təqdim etməsindən əlavə daha böyük hədəfi insanları öz cismlərindən narazı etmək və hər kəsdə özünə qarşı nifrət yaratmağa nail olmaqdır. Bilin ki, sizin şəxsiyyətiniz cisminizin formasına bağlı deyil.
Qurani-Kərimdə adına surə olan şəxsiyyətlərin biri də Loğmandır. Loğmanın peyğəmbər olması da ehtimal edilir. Hədislərə və tarixə əsasən Loğman cismi cəhətdən eybəcər olmuşdur, onun yekə dodaqlara iri pəncələrə və sair mailk olmasına baxmayaraq heç vaxt heç kim ona cisminə görə nöqsan tutmamış, əksinə hamı onu çox sevmiş və ehtiram etmişlər.
Həmçinin nəqllərə əsasən padşah öz vəzirinə deyir: -Leylini gətirin mənim yanıma, mən də Leylini görüm. Leylini padşanın yanına gətirirlər, padşah görür ki, Leyli qarayanız, arıq bir adi qızdır. Deyir: -Mən elə bilirdim, Leyli dünyanın ən gözəl qızıdır, bu ki adı bir qızdır. Məcnunu mənim yanıma gətirin. Məcnunu padşahın yanına gətirirlər. Padşah deyir: Ey Qeys (məcnunun əsil adı Qeys olub), o qara və arıq qızın nəyinə vurulmusan, gəl sənə gözəl ğöyçək bir kəniz verim, əl çək ondan. Məcnun deyir: -Padşah sağ olsun, Leylinin gözəlliyini görmək üçün Məcnun olmaq lazımdır.
İnsanların gözəlliyi onların cismində və zahiri quruluşunda deyil, əksinə onların əxlaqında, qabiliyyətində, ağlında və insaniyyətindədir.

Üçüncü yol: Müsbət düşünün.
.
Bizim düşüncə və əqidələrimiz enerji şəkilində ətrafa yayılır. Mənfi düşüncələr insanı həyatdakı müsbət şeyləri görməkdən saxlayır. Mənfi düşünən insanlar adətən həyatda mənfi hadisələrin qurbanlarına çevrilirlər. Mənfi düşüncəli olmaq insanın ruhunu daima iztirab və nigaranşılıqda saxlayır.
Çalışın müsbət düşünəsiniz. Nə yaxşı olar ki, həm özümüz həm də başqaları üçün ən gözəl arzular və düşüncələr ardınca olaq. Belə olduqda bizim ruhumuz aramlıq və şadlığın zirvəsinə ucalar.

Dördüncü yol: Hadisələri yaxşıya yozmağı bacarın.
.
Bu dünyada heç bir hadisə təsadüf üzündən baş vermir, hər bir hadisədə Allahın rəhməti və lütfü vardır. Hər bir hadisənin bizə sifarişləri və məsləhətləri vardır, təki o sifarişlər nəticəsində ruhumuz təkamülə yetişsin, həyatı daha yaxşı dərk edək, dünya görüşümüz inkişaf etsin…

Beşinci yol: Müsbət xüsusiyyətlərinizi çoxaldın.
.
Mənfi xüsusiyyətlər insanın ruhunu qaranlıq saxlamaqla yanaşı insanı bədbin və uğursuz edir. Qeybət, töhmət, kin, həsəd, paxıllıq və yalan kimi pis xüsusiyyətləri qəlbinizdən çıxarmayınca qəlbi aramlıq və rahatlığa mailk ola bilməzsiniz.
Amma qəlbinizi müsbət xüsusiyyətlərlə doldursanız ruhunuzu nurlandırmış olacaqsınız. 
İnsan başqalarına kömək edəndə, başqalarına yaxşılıq edəndə müsbət hisslər onun ruhuna yayılır və bu müsbər qüvvələr insanın aramlığına va şadlığına səbəb olur.

Rza Əzizoğlu İrəvani

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Qurani-Kərimdə imamət məqamı
Qurani-Kərimdə imamət məqamı
Möminlərə Quran oxumaqla əlaqədar beş mühüm tövsiyə
Möminlərə Quran oxumaqla əlaqədar beş mühüm tövsiyə
Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri . Ikinci hissə .
Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri . Ikinci hissə .
Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri
Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri
Qurani-kərimdə mənfi nümunələr və pis örnəklər
Qurani-kərimdə mənfi nümunələr və pis örnəklər
Birlik və vəhdət amili Qədir-xum
Birlik və vəhdət amili Qədir-xum
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
Uzun arzuların məzəmməti və onun ümidlə fərqi
Uzun arzuların məzəmməti və onun ümidlə fərqi
Xoşbəxtlik yolları
Xoşbəxtlik yolları
Ayətullah Məkarim Şirazinin görüşündə “Qədr gecəsi”nin həqiqətinə dərin baxış
Ayətullah Məkarim Şirazinin görüşündə “Qədr gecəsi”nin həqiqətinə dərin baxış
İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər
İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər
Ramazan ayı Allah tərəfindən insanlara göndərilən bir proqramdır - ilahiyyatçı
Ramazan ayı Allah tərəfindən insanlara göndərilən bir proqramdır - ilahiyyatçı
Oruc tutmağın 42 faydası
Oruc tutmağın 42 faydası
Oruc ilə qısa bir tanışlıq
Oruc ilə qısa bir tanışlıq
Ramazan sözünün üç mənası və üç hədəfi
Ramazan sözünün üç mənası və üç hədəfi
Öz dəyərimizi bilirikmi?!
Öz dəyərimizi bilirikmi?!
Sən güclüsən yoxsa zəifsən?!
Sən güclüsən yoxsa zəifsən?!
Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?
Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?
İlahi sevgi
İlahi sevgi
Allahın salamı olsun Vilayət səmasının 9-cu günəşi İmam Məhəmməd Cavada (ə).
Allahın salamı olsun Vilayət səmasının 9-cu günəşi İmam Məhəmməd Cavada (ə).
Stress (həyəcan) və dua (Əllamə Təbatəbaidən göstəriş) Müasir dünyada xəstəliklərin kökü...
Stress (həyəcan) və dua (Əllamə Təbatəbaidən göstəriş) Müasir dünyada xəstəliklərin kökü...
BİDƏT NƏDİR VƏ BİDƏT ƏHLİ KİMDİR?
BİDƏT NƏDİR VƏ BİDƏT ƏHLİ KİMDİR?
İnsan şeytana necə çevrilir?!
İnsan şeytana necə çevrilir?!
Qocalığı özümüzdən necə uzaqlaşdıraq?!
Qocalığı özümüzdən necə uzaqlaşdıraq?!
Xəstələndikdə, mənə şəfa verən Odur.
Xəstələndikdə, mənə şəfa verən Odur.
UZUN-UZADI ARZULAR
UZUN-UZADI ARZULAR
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Həzrət Muhəmmədin (s) əxlaqı
Həzrət Muhəmmədin (s) əxlaqı
Mən dünyanın ən yaxşı həyat yoldaşına malikəm!
Mən dünyanın ən yaxşı həyat yoldaşına malikəm!
Allah və Əhli-Beyt (ə) sevgisi
Allah və Əhli-Beyt (ə) sevgisi
ISLAM QARDAŞLIĞI
ISLAM QARDAŞLIĞI
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
Əhli-hədisin xəbəri sifətlər barəsindəki nəzəri nədən ibarətdir?
Əhli-hədisin xəbəri sifətlər barəsindəki nəzəri nədən ibarətdir?
Birinci dərs “Nas” surəsi
Birinci dərs “Nas” surəsi
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
Quran-Kərim və tarix
Quran-Kərim və tarix
Daha çox oxumaq istəyirsən? )))