Shia.az SonUmidTv media
sitename

Mömində olmayan altı sifət
.
İmam Cəfər Sadiq əleyhissalam buyurur:

عن الحارث بن المغيرة ، عن أبي عبد الله ( عليه السلام ) قال :
ستة لا تكون في المؤمن العسر ، والنكد ، واللجاجة ، والكذب ،Mömində olmayan altı sifət
والحسد ، والبغي

"Altı (xasiyyət) mömində olmaz. Sərtlik, xeyirsizlik, tərslik, yalançılıq, paxıllıq və zorakılıq.”
Tuhəful-uqul 377-ci səhifə
.
Bu hədisdə altı sifətin qeyd edilməsi ilə iki mövzuya işarə edilmişdir:
A- İmanı kamil olan möminlərdə bu sifət yoxdur.
B- İnkar formasında olmasına rəgmən çəkinmək tələb edilir. Yəni hər bir imanlı insan bu altı pis sifəti özündən uzaqlaşdırmalıdır.
Yalnız mömin adlandırılmağı özlərinə kifayət bilənlər, həqiqətdə yox, xəyalda mömindirlər. Mömin olan şəxsdə bu altı pis xasiyyətin heç biri olmamalıdır. Maraqlı budur ki, hədisdə qeyd edilmiş altı sifətin hamısı insanların bir-birləri ilə rabitə və əlaqəsinə, başqa sözlə desək ictimai məsələlərə aiddir.
.
1- Camaatla ünsiyyətdə sərtlik və amansızlıq insanın hörmət və dəyərini artırmır, əksinə
gündən-günə insanların ona olan ehtiram və sevgisi azalır. Ümumilikdə sərtlik insanlıq vicdanına tabe olmayan və başqalarına təhqir (alçaldıcı) gözlə baxan şəxslərin həyat üslubudur. Sərt və amansız olan insan əslində özünü naqis və nöqsanlı görmək xəstəliyinə tutulmuşdur, günlərin birində zaman onu başqalarına hakim etdikdə cəmiyyətə qarşı qəlbində bəslədiyi kin və düşmənçiliyi üzə çıxarır, işlərdə heç kimə rəhm etmir və istəyir ki, bunun tapşırığını yerinə yetirən insanın cüzi də olsa nöqsanı olsun, bununla da həmin şəxsi danlayıb abırını aparsın. Məsələn, sürücü bir dəqiqə gecikdikdə o bir dəqiqəyə görə ona olmazın təhqiramiz sözlər deyir, fəhlə özünü toparlamaq üçün bir dəqiqəlik dayandıqda həmin fəhləni cəzalandırır, dərsdə şagird yaxud tələbəyə elə çətin suallar verir ki, onlar həmin suala tam doğru cavab verə bilməsinlər...
Halbuki mömin şəxs heç kimin işini çətinləşdirməz, hamıya irəli getməyə və uğur qazanmağa şərait yaradar, başqaların vəziyyətlərini dərk etdiyi üçün onları azacıq səhvə görə danlamaz.
.
2- Hədisdə işlədilən "nəkid” sözü "xeyri az olan ya heç xeyir verməyən” , həmçinin "faydasız” və "xəsis” mənalarında işlədilir. Mömin həqiqətdə insanlara fayda və xeyir verən şəxsdir, heç nəyini heç kimdən əsirgəmir. Təqvalıların əmiri olan Əli əleyhissalam və xanım Fatimə əleyhasalamın "Həsən (ə) və Hüseyn (ə) tez sağalsınlar, üç gün ardıcıl oruc tutacağıq” deyə nəzr etdikləri zaman istəklərinin qəbul olması ardınca üç gün oruc tutdular, iftar vaxtı yeməklərini birinci gün yoxsula, ikinci gün yetimə və üçüncü gün isə əsirə verdilər, özləri yeməksiz qalıb su ilə iftar etdilər.
Deməli, mömin xeyirsiz ola bilməz, xeyirsiz və xəsis insanın cəmiyyətdə heç bir hörmət və izzəti olmaz.
.
3- Tərslik, inadkarlıq və höcətlik çox təhlükəli məsələlərdəndir. Haqqın qarşısında inadcıllıq etmək kafirlərə və münafiqlərə (riyakarlara) aid olan xüsusiyyətdir. Bəzi insanlar hər hansı mövzuda iddialı olurlar, ancaq qarşı tərəf dəlil və sübutlarla onun səhv olduğunu üzə çıxaranda həqiqəti qəbul etməkdən imtina edirlər, qarşı tərəflə höcətləşirlər. "Bu sözü mən demişəm yaxud bu qərarı mən çıxarmışam, bunun əksi sübut olunsa da mən öz sözümdə duracağam” düşüncəsi möminə aid olmayan təfəkkürdür. Mömin hər zaman haqqın tərəfindədir, haqqa təslimdir.
Təsrlik və inadcıllıq insanın tərəqqi və inkişafının qarşısını alır, onu batil və xurafatlara tərəf çəkir, inadkar adam öz fikri və rəyinin aşiqi olur ki, bu da həmin şəxsin düşüncə və dərk cəhətindən həlak olması kimi dəyərləndirilmişdir.
.
4- Yalan danışmaq insanın qəlbi və ruhunda xəyanət və çirkinlik toxumu səpir, vicdan və insafı öldürür. Yalan danışmaq insanın şəxsiyyətinə ciddi zərər vurur, cəmiyyətdə onu dəyərsizləşdirir. Yalançılıqdan insana qalan miras rüsvayçılıq, abırsızlıq, etibarsızlıq, sayılmamazlıq, üzüqaralıq və ilaxır xoşagəlməz sifətlərdən ibarətdir. Odur ki, mömin şəxs yalan danışmaz, yalançılıq möminə aid xüsusiyyət deyil.
.
5- Paxıllıq elə bir nöqsandır ki, hər bir insan onun pis və çirkin olduğunu qəbul edir. Hətta paxıl adamın özü də başqalarının bunun paxıllığını çəkməsini pis və əxlaqdan uzaq rəftar sayır. Paxıllıq cəmiyyətdə bir çox fərdi və ictimai anormallıqların mənbəyidir. Mömin insan özünün tərəqqi və inkişafını arzuladığı kimi başqalarının da tərəqqisini arzulayır. İnsanların malik olduqları maddi və mənəvi nemətlərə görə narahatlıq keçirmir. Paxıllıq sifəti möminə aid olmayan xüsusiyyətdir.
.
6- Günahsız insanlara qarşı zorakılıq və təcacüz, başqa birisinin haqqına girmək, ona qarşı zülm işlədərək öz xeyirinə və nəfsi istəyinə yetişmək çox pis xüsusiyyətlərdəndir. Mömin şəxs cəmiyyətin bütün fərdlərinə xoş niyyətlə baxır, onlara ehtiram edir, onların fərdi və ictimai haqlarına hörmətlə yanaşır. Zorakılıq işlədərək başqalarını qorxutmaq, onların haqqlarını tapdalamaq, onların əlində olanları zəbt etmək zalım və təcavüzkar adamların xüsusiyyətidir. Zorakılıq, təcavüz, özbaşınalıq, haqsızlıq, təzyiq, sıxıntı və zülm möminə aid olmayan xüsusiyyətlərdir.

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Tez incimək və küsməkdən qurtulmağın yolları
Tez incimək və küsməkdən qurtulmağın yolları
Dostluq bəhanəsi ilə hörmətsizlik
Dostluq bəhanəsi ilə hörmətsizlik
Üç mühüm istək
Üç mühüm istək
Xalis ibadət və İlahi məsləhət
Xalis ibadət və İlahi məsləhət
Nəfsin seçimi... .
Nəfsin seçimi... .
Üç mühüm məsələnin həlli yolu
Üç mühüm məsələnin həlli yolu
Günahların gizlədilməsi
Günahların gizlədilməsi
Məsləhət almaqla əlaqədar bir incəlik
Məsləhət almaqla əlaqədar bir incəlik
Müsəlmanla mömin arasında nə kimi fərq var?
Müsəlmanla mömin arasında nə kimi fərq var?
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər
“Pisliklərin hamısı bir evdə yerləşdirilmişdir, o evin açarı isə yalandır.”
“Pisliklərin hamısı bir evdə yerləşdirilmişdir, o evin açarı isə yalandır.”
Həzrət Muhəmmədin (s) əxlaqi islahatları.
Həzrət Muhəmmədin (s) əxlaqi islahatları.
Ən ağlıllı insanlar kimlərdir?!
Ən ağlıllı insanlar kimlərdir?!
Depressiya və stressdən uzaq olmağın sirrləri
Depressiya və stressdən uzaq olmağın sirrləri
Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri . Ikinci hissə .
Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri . Ikinci hissə .
Birlik və vəhdət amili Qədir-xum
Birlik və vəhdət amili Qədir-xum
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
Sağlamlıq misilsiz nemətdir
Sağlamlıq misilsiz nemətdir
İCTİMAİ YERLƏRİN VƏ YOLLARIN TƏMİZLİYİNİN ALTI FAYDASI VAR
İCTİMAİ YERLƏRİN VƏ YOLLARIN TƏMİZLİYİNİN ALTI FAYDASI VAR
İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər
İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər
ORUCUN FAYDALARI
ORUCUN FAYDALARI
Oruc ilə qısa bir tanışlıq
Oruc ilə qısa bir tanışlıq
Ramazan sözünün üç mənası və üç hədəfi
Ramazan sözünün üç mənası və üç hədəfi
Sən güclüsən yoxsa zəifsən?!
Sən güclüsən yoxsa zəifsən?!
Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?
Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?
Altı şey altı yerdə qəribdir
Altı şey altı yerdə qəribdir
Bunu hər MÖMİN bacarmaz...!
Bunu hər MÖMİN bacarmaz...!
Azmağin üç əlaməti var
Azmağin üç əlaməti var
Qəzəb və hirsin acı nəticələri və pis aqib
Qəzəb və hirsin acı nəticələri və pis aqib
Xəstələndikdə, mənə şəfa verən Odur.
Xəstələndikdə, mənə şəfa verən Odur.
Altı cümlədə toplanmış öyüd
Altı cümlədə toplanmış öyüd
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
Fədək bütün bəhanələri puç etdi!
Fədək bütün bəhanələri puç etdi!
Ayətullah Behcətdən qısa əxlaqi tövsiyələr
Ayətullah Behcətdən qısa əxlaqi tövsiyələr
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrə gülməli insan idi
Əbu Hureyrə gülməli insan idi
Daha çox oxumaq istəyirsən? )))