Shia.az SonUmidTv media
sitename
Əxlaq” – "xülq” (və "xuluq”) sözünün cəm forması olub, insanın daxili xüsusiyyətləri mənasını daşıyır. Onun müqabili isə, insanın zahiri xüsusiyyətləri mənasını ifadə edən "xəlq” sözüdür. Demək, "xülq” və "xəlq” sözləri eyni kökdən götürülsə də, məna etibarilə bir-birindən fərqlənir; "xülq” insanın daxili xüsusiyyətləri, "xəlq” isə zahiri xüsusiyyətlərinə aiddir. ("Lisanul-ərəb”, İbn Mənzur, c.4, səh.194.)
 
Alimlərin kəlamında əxlaqa belə tərif verilir: "Yaxşı və pis işlərin yaranmasına səbəb olan nəfsani xüsusiyyətə əxlaq deyilir.” Bu tərifə əsasən, əxlaq iki qismə bölünür: yaxşı əxlaq və pis əxlaq. İnsandan baş verən yaxşı və gözəl xüsusiyyətlər yaxşı əxlaq və yaxud fəzilətlər, pis və çirkin xüsusiyyətlər isə pis əxlaq və rəzilətlər adlanır.
Bəzən də "əxlaq” sözü təklikdə yaxşı əxlaq və əxlaqi fəzilətlər mənasında işlədilir; başqa sözlə, əxlaq dedikdə, gözəlliklər və gözəl rəftarlar, qeyri-əxlaqi (əxlaqsızlıq) dedikdə isə, çirkinliklər və bəyənilməz rəftarlar nəzərdə tutulur.
 
Allah tərəfindən seçilən peyğəmbərlərin də ən böyük hədəfi insanları çirkin xüsusiyyətlər və rəzilətlərdən uaqlaşdırmaq, gözəl xüsusiyyətlər və fəzilətlərə yönəltmək olub. Qurani-Kərimdə buyurulur:
 
لَقَدْ مَنَّ اللّهُ عَلَى الْمُؤمِنِينَ إِذْ بَعَثَ فِيهِمْ رَسُولاً مِّنْ أَنفُسِهِمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِن كَانُواْ مِن قَبْلُ لَفِي ضَلالٍ مُّبِينٍ
 
"Allah möminlərə lütf etdi; çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən və rəzil sifətlərdən) təmizləyən, onlara kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın azğınlıqda idilər.” ("Ali-İmran” surəsi, ayə 164.)ƏXLAQIN TƏRİFİ VƏ ƏHƏMİYYƏTİ -1
Bəli, peyğəmbərlər insanların nəfslərini çirkin xüsusiyyətlərdən təmizləmək, onlarda gözəl əxlaqi fəzilətləri və insani keyfiyyətləri gücləndirmək üçün göndərilmişlər. Peyğəmbəri-Əkrəm (s) bu barədə buyurmuşdur: "Sizi gözəl əxlaq və rəftarlara tövsiyə edirəm. Allah məni həmin məqsədlə göndərmişdir.” ("Biharul-ənvar”, c.69, səh.375.)
 
Həmçinin buyurmuşdur: "Mən əxlaqi gözəllikləri tamamlamaq üçün göndərilmişəm.” ("Müstədrəkül-vəsail”, c.2, səh.282.)
Başqa bir hədisdə isə belə buyurmuşdur: "Mənim ümmətimin behiştə daxil olmasına ən çox səbəb olacaq əməl ilahi təqva və gözəl əxlaqdır.” ("Kafi”, c.2, səh.100.)
İmam Əmirəlmöminin Əli (ə) nəfsin təlim və tərbiyəsində qətiyyətli olmağı səadət və xöşbəxtliyin açarı hesab edərək buyurmuşdur: "Əgər behiştə ümidvar olmamağımızı və cəhənnəm odundan qorxmamağımızı, savab və əzaba əqidəli olmadığımızı fərz etsəydik belə, yenə gözəl əxlaqın axtarışında olmağımız təqdirəlayiq bir iş olardı. Çünki gözəl əxlaq qələbə, qurtuluş və səadət yoludur.” ("Müstədrəkül-vəsail”, c.3, səh.383.)
 
İmam Sadiq (ə) buyurmuşdur: "Mütəal Allah Öz Peyğəmbərini gözəl xüsusiyyətlərə sahib olduğu üçün seçdi. Elə isə, özünün gözəl əxlaqa sahib olduğunu görən şəxs bu böyük nemətə görə Allaha həmd etməli, gözəl əxlaqdan məhrum olduğunu görən isə Onun dərgahında yalvarıb Ondan gözəl xüsusiyyətlər istəməlidir.” ("Müstədrəkül-vəsail”, c.2, səh.283.)
 
Bir sözlə, əxlaq insanın Allahla əlaqələrini tənzimləyir, fərdi və ictimai həyatında önəmli rol oynayır, ictimai münasibətləri sahmana salır, fərd və cəmiyyəti qurtuluş və kamala çatdırır! /
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Allahın «Rəhman» və «Rəhim» adları
Allahın «Rəhman» və «Rəhim» adları
Sevimli peyğəmbərimiz həzrət Muhəmmədin (s) vəfatı günüdür!
Sevimli peyğəmbərimiz həzrət Muhəmmədin (s) vəfatı günüdür!
Gözəl kəlmələr həyatı gözəlləşdirir
Gözəl kəlmələr həyatı gözəlləşdirir
İmam Məhəmməd Təqi əleyhissalamın comərdliyi və mərhəməti
İmam Məhəmməd Təqi əleyhissalamın comərdliyi və mərhəməti
Haram baxışlardan və şorgözlükdən xilas olmağın əlacı
Haram baxışlardan və şorgözlükdən xilas olmağın əlacı
NƏDƏN TÖVBƏ EDİLMƏLİDİR?
NƏDƏN TÖVBƏ EDİLMƏLİDİR?
Hacı İlkin Qurani kərim gözəl oxunuş
Hacı İlkin Qurani kərim gözəl oxunuş
Ramazan ayı Əxlaq ayıdır
Ramazan ayı Əxlaq ayıdır
NƏFSLƏ MÜBARİZƏNİN YOLLARI
NƏFSLƏ MÜBARİZƏNİN YOLLARI
ƏDALƏT PRİNSİPİNƏ BİR BAXIŞ
ƏDALƏT PRİNSİPİNƏ BİR BAXIŞ
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə əl atar
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə əl atar
Başın tükü haqqında 10 hədis
Başın tükü haqqında 10 hədis
Həzrət Fatimeyi Məsumənin (s.ə) elmi məqamı
Həzrət Fatimeyi Məsumənin (s.ə) elmi məqamı
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər
Həzrət Muhəmmədin (s) əxlaqi islahatları.
Həzrət Muhəmmədin (s) əxlaqi islahatları.
Həzrət Muhəmmədin (s) mehriban və yumşaq rəftarı
Həzrət Muhəmmədin (s) mehriban və yumşaq rəftarı
Depressiya və stressdən uzaq olmağın sirrləri
Depressiya və stressdən uzaq olmağın sirrləri
İSLAMDA DÜŞÜNMƏYİN ÖNƏMİ
İSLAMDA DÜŞÜNMƏYİN ÖNƏMİ
SALEHLƏR DUASI
SALEHLƏR DUASI
Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri
Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri
Xoşbəxtlik yolları
Xoşbəxtlik yolları
Əxlaq nümunəsi -Fatimeyi Məsumə
Əxlaq nümunəsi -Fatimeyi Məsumə
Fitr bayramında Əxlaq dərsi
Fitr bayramında Əxlaq dərsi
İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər
İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər
Quran Qiyamət günündə kimlərdən şikayət, kimlərə şəfaət edəcək?
Quran Qiyamət günündə kimlərdən şikayət, kimlərə şəfaət edəcək?
Təqva nədir?
Təqva nədir?
Allahın salamı olsun Vilayət səmasının 9-cu günəşi İmam Məhəmməd Cavada (ə).
Allahın salamı olsun Vilayət səmasının 9-cu günəşi İmam Məhəmməd Cavada (ə).
Loğmanın (ə) övladına nəsihəti
Loğmanın (ə) övladına nəsihəti
Azmağin üç əlaməti var
Azmağin üç əlaməti var
Həzrət Muhəmmədin (s) mehriban və yumşaq rəftarı
Həzrət Muhəmmədin (s) mehriban və yumşaq rəftarı
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
"Gözəl əxlaq ondur”
"Gözəl əxlaq ondur”
DÖRD MÜHÜM VƏZİFƏ
DÖRD MÜHÜM VƏZİFƏ
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
Son peyğəmbərlik - oyanışın başlanğıcı
Son peyğəmbərlik - oyanışın başlanğıcı
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
Daha çox oxumaq istəyirsən? )))