Shia.az SonUmidTv media
sitename

İnsan ictimai varlıq olduğundan, təbii ki, qarşılıqlı kömək və həmkarlığa möhtacdır və onsuz ictimai həyat mümkünsüzdür. İnsan həyatının bütün sahələrini ehtiva edən İslam dini uyğun mövzuya da xüsusi yer ayırmış, onu fitri ehtiyacla yanaşı, mənəvi ölçülərlə düyünləmişdir. Möminin qəlbini sevindirmək, qəm-qüssəsini aradan qaldırmaq başqalarına yardım məsələsində daha geniş və dolğun bir təbirdir. İmam Rza (ə) mömini sevindirmək haqda belə buyurur:

فَإِنَّهُ لَيْسَ شَيْ‏ءٌ مِنَ‏ الْأَعْمَالِ‏ عِنْدَ اللَّهِ‏ عَزَّ وَ جَلَّ بَعْدَ الْفَرَائِضِ أَفْضَلَ مِنْ إِدْخَالِ السُّرُورِ عَلَى الْمُؤْمِنِ

"Allah-Taalanın dərgahında vacib əməllərdən sonra möminin qəlbini sevindirməkdən dəyərli əməl yoxdur.” ("Əl-fiqhul-mənsub iləl-imamir-Riza (ə)”, səh.339.)

Bu məsələnin əhatəsi uyğun zarafatdan tutmuş maddi və mənəvi yardımlar, maddi və mənəvi çətinliklərin aradan qaldırılmasına qədər genişdir. Necə ki, imam Rza (ə) başqa bir hədisdə buyurur:

مَنْ‏ فَرَّجَ‏ عَنْ‏ مُؤْمِنٍ‏، فَرَّجَ‏ اللَّهُ‏ عَنْ قَلْبِهِ يَوْمَ الْقِيَامَةِ

"Hər kim bir möminin qəmini aradan qaldırsa, Allah-Taala qiyamət günü onun qəlbinin qəmini aradan qaldırar.” ("Əl-kafi”, 3-cü cild, səh.510.)

Hər iki hədisdə göstərilən "mömin” qeydi diqqəti özünə cəlb edir. Mömini isə günahla sevindirmək olmaz. Mümkündür ki, bəziləri bu və bu kimi hədislərdən sui-istifadə edərək yersiz deyib-gülmək və zarafatlaşmaqla həddi aşır, nəticədə günaha qurşanır və bəhanə gətirirlər ki, mömini sevindirmək savabdır. Hansı ki, mömini sevindirmək o zaman savabdır ki, onun günahdan yayındırsın, imanını artırsın, onu Allaha daha da yaxınlaşdırsın.

Qeyd eməliyik ki, sevinmək və şadlanmaq fitri istək və meyildir. İnsan fitrətən şadlıq sorağındadır. Əlbəttə, narkotik maddələr, spirtli içkilər və eyş-işrət məclisləri kimi şəxsiyyəti, ailəni və cəmiyyəti bədbəxtliyə sürükəyən saxta və aldadıcı şadlıqlar İslamda yasaqdır. Bu sayaq şadlıqlar həm təkamülə maneədir, həm də insanı hərəkət və çalışqanlıqdan saxlayır. Qurani-Kərimdə buyurulur ki, axirət həyatına inanmayan, öləndən sonra dirilib haqq-hesab üçün Rəbbinin hüzuruna qayıtmayacaqlarını zənn edərək, bu dünyada əhli-əyalı, yaxınlarıvə dostları ilə sevinc içində olanların axirətdə vəziyyəti çətin olacaqdır. (Bax: "İnşiqaq” surəsi, ayə 13-15.) Odur ki, İslam dini insanı əbədi səadətdən məhrum etməyən, axirət sevincinə qənim kəsilməyən dünya şadlığı və sevincinə önəm verir. Əlbəttə, qiyamət günü möminlərə əta olunacaq nemətlərdən biri də sevinc və şadlıqdır. "Ğaşiyə” surəsinin 8-ci ayəsində  buyurulur:

وُجُوهٌ يَوْمَئِذٍ نَّاعِمَةٌ

"O gün bir çox üzlər sevinəcək.”

Ali-İmran surəsinin 170-ci ayəsində Allahın rəhmətini qazanmış şəhidlər haqqında buyurulur:

فَرِحِينَ بِمَا آتَاهُمُ اللّهُ مِن فَضْلِهِ وَيَسْتَبْشِرُونَ بِالَّذِينَ لَمْ يَلْحَقُواْ بِهِم مِّنْ خَلْفِهِمْ أَلاَّ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ

"Onlar Allahın Öz mərhəmətindən bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər.”

Bir sözlə, ilahi bəndələri sevindirmək və çətinliklərini aradan qaldırmaqda insanın niyyəti ilahi nərgə boyanmalıdır. Bu zaman "yaxşı əməl” adı ilə ona veriləcək savab və mükafat da qat-qat artacaqdır.

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
SUİ-ZƏNN VƏ BƏDBİNLİKLƏ MÜBARİZƏ!
SUİ-ZƏNN VƏ BƏDBİNLİKLƏ MÜBARİZƏ!
RƏBİÜL-ƏVVƏL AYININ ƏMƏLLƏRİ
RƏBİÜL-ƏVVƏL AYININ ƏMƏLLƏRİ
Depressiya və stressdən uzaq olmağın sirrləri
Depressiya və stressdən uzaq olmağın sirrləri
Allah Təala İmam Hüseyn (ə) məclislərinə nəzm və təravət verir.
Allah Təala İmam Hüseyn (ə) məclislərinə nəzm və təravət verir.
Bu əməl tərk olunan kimi ilahi bərəkət də çəkiləcək
Bu əməl tərk olunan kimi ilahi bərəkət də çəkiləcək
SALEHLƏR DUASI
SALEHLƏR DUASI
Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri . Ikinci hissə .
Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri . Ikinci hissə .
Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri
Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri
Qurani-kərimdə mənfi nümunələr və pis örnəklər
Qurani-kərimdə mənfi nümunələr və pis örnəklər
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
Uzun arzuların məzəmməti və onun ümidlə fərqi
Uzun arzuların məzəmməti və onun ümidlə fərqi
Xoşbəxtlik yolları
Xoşbəxtlik yolları
QEYBƏTƏ MANE OLMAQ
QEYBƏTƏ MANE OLMAQ
BÖYÜK GÜNAHLAR - İMAM SADİQİN (Ə) HƏDİSİNDƏN
BÖYÜK GÜNAHLAR - İMAM SADİQİN (Ə) HƏDİSİNDƏN
İNSAN ÖZ TƏBİBİDİR
İNSAN ÖZ TƏBİBİDİR
RAMAZAN - YÜKSƏLİŞ ÜÇÜN FÜRSƏT
RAMAZAN - YÜKSƏLİŞ ÜÇÜN FÜRSƏT
Əgər gülüş hər dərdin dərmanıdırsa, nə üçün ağlamalıyıq?
Əgər gülüş hər dərdin dərmanıdırsa, nə üçün ağlamalıyıq?
ORUCUN FAYDALARI
ORUCUN FAYDALARI
Oruc ilə qısa bir tanışlıq
Oruc ilə qısa bir tanışlıq
RUHİ SAĞLAMLIQ
RUHİ SAĞLAMLIQ
Allah-Taala Qiyamət günü üç dəstəni danışdırmayacaq, onları paklamayacaq və onlar üçün dərdli əzab olacaqdır:
Allah-Taala Qiyamət günü üç dəstəni danışdırmayacaq, onları paklamayacaq və onlar üçün dərdli əzab olacaqdır:
Pulla olmayan 7 sədəqə növü
Pulla olmayan 7 sədəqə növü
Bunu hər MÖMİN bacarmaz...!
Bunu hər MÖMİN bacarmaz...!
ALLAHIN LABÜD VƏ QAÇILMAZ VƏDƏSİ
ALLAHIN LABÜD VƏ QAÇILMAZ VƏDƏSİ
BEHİŞTİN QİYMƏTİ VAR!
BEHİŞTİN QİYMƏTİ VAR!
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
ALLAHIN LABÜD VƏ QAÇILMAZ VƏDƏSİ
ALLAHIN LABÜD VƏ QAÇILMAZ VƏDƏSİ
İslamda əyləncənin yeri
İslamda əyləncənin yeri
Əmirəlmöminin həzrət Əlinin (ə) buyuruqları
Əmirəlmöminin həzrət Əlinin (ə) buyuruqları
Allah və Əhli-Beyt (ə) sevgisi
Allah və Əhli-Beyt (ə) sevgisi
ISLAM QARDAŞLIĞI
ISLAM QARDAŞLIĞI
DÖRD MÜHÜM VƏZİFƏ
DÖRD MÜHÜM VƏZİFƏ
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
Daha çox oxumaq istəyirsən? )))