Shia.az SonUmidTv media
sitename


Cümə günü İslamda çox əhəmiyyətli günlərdən hesab olunur. Bu günün əhəmiyyətli olmasını Peyğəmbər Əkrəm (s)-ın hədisində daha aydın hiss etmək olar. Peyğəmbər (s) buyururlar: "Cümə günü günlərin sərvəridir və Allah yanında ən şərəfli günlərdəndir".
(Xisal,səh.316)

Əmirəl-Möminin (ə) buyurur: "Cümə günün gecəsi çox parlaq, gündüzü isə nuranidir. Hər kim cümə axşamı dünyadan köçsə, qəbr əzabından amandadır və hər kim cümə günü dünyadan köçsə, cəhənnəm atəşindən azad olar". (Usul-Kafi, c3-səh, 415) Əlbəttdə burda şərt budur ki,insan vaciblərə əməl edə, haramlardan çəkinə və başqalarının hüquqlarına əməl edə. İmam Sadiq (ə) buyurur: "Sizlərdən hər kim cümə gününü dərk edərsə, o günü ibadətdən başqa heç bir şeylə məşğul olmaz və Allahın rəhmət yağışı onun üzərinə yağar. O, həzrət daha sonra buyurur: Cümə günüdə əməllərin savabı iki qat olar".
(Vəsailuş-Şiə c5-səh, 65)

Müstəhəbdir ki, insan cümə axşamı günüdən özünü cümə günü üçün hazırlasın. Paltarların təmizləsin, özünü ətirləsin və o maneələr ki, onu cümə gününün ibadətlərindən saxlayacaq onları aradan apara. Əsr vaxtı isə tövbə və istiğfar etmək, münacatla məşğul olmaq təkid olunmuşdur.

Cümə gününün ədəbləri

1.Cümə qüslu

Cümə qüslu müstəhəb bir əməldir və bəzi fəqihlər onu vacib hesab edirlər. Cümə qüslun insan edə bilər sübh çağından günortaya qədər yerinə yetirə. Amma hər nə qədər günortaya yaxın olsa, bir o qədər yaxşıdır. Əgər kimsə cümə qüslun cümə gününə qədər ala bilməsə, əsr vaxtı ala bilər. Əgər cümə günü gün ərzində qüslu yerinə yetirə bilməsə şənbə günü yerinə yetirə bilər. Ehtimal versə ki, cümə günü qüsl ala bilməyəcək cümə axşamı edə bilər cümə qüslun yerinə yetirsin. İmam Sadiq (ə) buyurur: "Cümə qüslu insan paklığı və həftəlik günahlarının kəffarəsidir
".(Vəsailuş-Şiə c2-səh,945, Biharul-Ənvar c78-səh,128)

İmam Əli (ə) tənbəl və işsiz insanları məzəmmət edərək buyurur: "Sən həftə boyu bir qüsulla, paklıqla yaşaya bilən və cümə qüslunu tərk edəndən belə acizsənmi?"
(Usuli-Kafi c3-səh,42)

2. Təmizlik (bəzənmək)

Müstəhəbdir insan cümə günüdə özünü təmizləyə,təmiz paltarlarını geyinə, gözəl iyli ətirlərdən istifadə edə. İmam Sadiq (ə) buyurur: "Sizlər cümə günündə zinətlənin, qüsl edin, ətirlənin, saqqalınızı düzəldin və özünüzü cümə namazı üçün hazır edin".(Usul-Kafi c3-səh,417, Vəsailuş-Şiə c5-səh,78)
O, həzrət daha sonra buyurur: "Cümə günüdə hər müsəlmana lazımdır ki, öz saqqalın səliqəyə sala, dırnaqların tuta və özünü ətirləyə"
.(Usuli-Kafi c6-səh, 511)

Cümə günüdə öz maddi imkanı həddində ailəsinin ehtiyacların ödəyə. Necə ki, Peyğəmbər Əkrəm (s) buyururlar: "Cümə günü ailənizə bir miqdar ət və meyvə alıb hədiyyə aparın ki, o günü xoş keçirəsiniz"
.(Mən la yəhzur..c1-səh,423, Kafi c6-səh,229)

3. Cümə namazı

Müsəlmanların həftəlik ictimai toplantılarından biri cümə namazıdır. Müsəlmalar cümə günü zöhr namazının yerinə cümə namazı qıla bilərlər. Cümə namazının qılınması zöhr namazının qılınmasından daha fəzilətlidir. Cümə sürəsi möminləri cümə namazında iştirak etməyə dəvət edir. Cümə namazı iki rəkətdir və eyni ilə sübh namazı kimi qılınır. Amma onun iki xütbəsi vardır ki, imam cümənin vasitəsi ilə oxunur.

İkinci Şəhid yazır: "Cümə namazı ona görədir ki, agah olasan və unutmaysan ki, cümə günü əzəmətli gündür və cümə bayramı şərəfli bayramdır. Allah-təala o, günü bu ümmmətə məxsus edib və bu şərəfli vaxtı öz bəndələri üçün qərar verib ki, bəndələri onun civarına daha da yaxın olsunlar. Cümə namazı hicran dərdinə dərman və cəhənnəm qorxusundan amandır. Ona görə də öz bəndələrin şövqləndirir ki, bu gündə yaxşı və saleh əməllər yerinə yetirələr və həftə ərzində hər nə səhlankarlıq və süstlük ediblər, əvəzin çıxalar. Allah cümə namazını ən mühüm itaət və özünə yaxınlaşmaq üçün vasitə qərar vermişdir. C ümə namazı yeganə namazdır ki, Qurani-Kərimdə zikr olunmuşdur. Allah-təala "Cümə surəsi"ndə buyurur: "Ey iman gətirələr, cümə günü namaza çağrılan zaman, Allahı zikr etməyə (cümə namazına) tələsin və alış-verişi buraxın! Əgər bilsəniz bu, sizin üçün daha xeyirlidir".
(cümə sürəsi ayə,9)

Bu ayədə çox sirlər yatmışdır. Ayədə namazı "zikr" adlandırmışdır ki, insanlar başa düşələr namazdan hədəf Allahı qəlblə yad etmək və onun əzəmətini düşünməkdir. Bundan əlavə namaz insanları pis və çirkin işlərdən çəkindirir"
.(Əsrarus-Səlatsəh,221)

Subhanə rabbikə rabbil izzəti əmma yəsifun, vəssalamu ələl-mursəlin vəlhəmdulillahi rabbil-aləmin.

"Nur"

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Hacı Rza Cümə xütbəsi digah məscidi(dində sabit qədəm olmaq)30 01 2015
Hacı Rza Cümə xütbəsi digah məscidi(dində sabit qədəm olmaq)30 01 2015
Hacı Əhliman Cümə moizəsi  30012015
Hacı Əhliman Cümə moizəsi 30012015
Hacı Samir cümə moizəsi ( (Hz. Muhəmmədin (s) davranışları! ) ) 30 01 2015
Hacı Samir cümə moizəsi ( (Hz. Muhəmmədin (s) davranışları! ) ) 30 01 2015
Gecə namazı
Gecə namazı
Hacı Əhliman Cümə moizəsi  (Namazın kefiyyəti) 23012015
Hacı Əhliman Cümə moizəsi (Namazın kefiyyəti) 23012015
Hacı Samir cümə moizəsi (Hz. Muhəmmədi (s) tanıyaq...!) 23012015
Hacı Samir cümə moizəsi (Hz. Muhəmmədi (s) tanıyaq...!) 23012015
Hacı Əhliman Cümə moizəsi 16012015
Hacı Əhliman Cümə moizəsi 16012015
Hacı Samir Cümə moizəsi (Hz.Muhəmməd (s) bəşəriyyəti özünə cəzb edib)16012015
Hacı Samir Cümə moizəsi (Hz.Muhəmməd (s) bəşəriyyəti özünə cəzb edib)16012015
Hacı Samir cümə moizəsi (Hz Peyəmbərin (s) və İmam Sadiq (ə) mövludu
Hacı Samir cümə moizəsi (Hz Peyəmbərin (s) və İmam Sadiq (ə) mövludu
Hacı Əhliman cümə moizəsi  (hz. Muhəmmədin (s) və imam Sadiqin (ə) mübarək mövludu) 09012015
Hacı Əhliman cümə moizəsi (hz. Muhəmmədin (s) və imam Sadiqin (ə) mübarək mövludu) 09012015
Mövlüd təbtiki və bu günün əməlləri:
Mövlüd təbtiki və bu günün əməlləri:
Hacı Əhliman Cümə moizəsi   (02 10 2015 )
Hacı Əhliman Cümə moizəsi (02 10 2015 )
Hacı Samir Cümə moizəsi  (0201 2015 )  İslamda bayram
Hacı Samir Cümə moizəsi (0201 2015 ) İslamda bayram
Hacı Əhliman Cümə moizəsi (27 12 2014 )
Hacı Əhliman Cümə moizəsi (27 12 2014 )
Hacı Samir Cümə moizəsi  (Xurafat yoxsa mövhumat) 26.12.2014
Hacı Samir Cümə moizəsi (Xurafat yoxsa mövhumat) 26.12.2014
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Hacı Samir Cümə moizəsi 19 12 2014
Hacı Samir Cümə moizəsi 19 12 2014
Hacı Əhliman Cümə moizəsi (19 12 2014 )
Hacı Əhliman Cümə moizəsi (19 12 2014 )
Ramazan ayına məxsus əməllər
Ramazan ayına məxsus əməllər
Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
Nəbiyyi Əzəm Məhəmməd (s.ə.a.s) haqqında qısa məlumat
Nəbiyyi Əzəm Məhəmməd (s.ə.a.s) haqqında qısa məlumat
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Cəfəri Təyyar namazı
Cəfəri Təyyar namazı
İmam Hüseynin (ə) qırxı (ərbəin) bitdikdən sonra niyə daha 10 gün də matəm saxlayırlar? Həmin 10 günün Kərbəla faciəsi ilə əlaqəsi varmı?
İmam Hüseynin (ə) qırxı (ərbəin) bitdikdən sonra niyə daha 10 gün də matəm saxlayırlar? Həmin 10 günün Kərbəla faciəsi ilə əlaqəsi varmı?
NAMAZIN Qılınma qaydası
NAMAZIN Qılınma qaydası
“Fatihətul-kitab” surəsi
“Fatihətul-kitab” surəsi
Hacı Əhliman Cümə moizəsi (12 12 2014 )
Hacı Əhliman Cümə moizəsi (12 12 2014 )
Hacı Samir Cümə moizəsi  (12 12 2014 )
Hacı Samir Cümə moizəsi (12 12 2014 )
Daha çox oxumaq istəyirsən? )))