Shia.az SonUmidTv media
sitename
Əməl ilə cəza arasında olan uyğunluq

Əsl mövzuya gəlməzdən əvvəl deyə bilərik ki, cəzanın üç növü vardır:
1. Qərarla verilən cəza. Bu cəzanı azaltmaq və ya çoxaltmaq olar. Bu, cəzanı verənin özündən asılıdır. Misal üçün, bir nəfər sürücülük qaydalarını pozur və deyirlər ki, onu bu miqdarla cərimə edin. Bu rəqəm hər bir ölkədə fərqlidir, bəzisindən azdır, bəzisində isə çoxdur. Bu məsələdə əsl meyar odur ki, əməl ilə cəza arasında uyğunluq olmalıdır. Misal üçün, əgər sürücü qadağan olunmuş yerdə maşınını saxlasa, belə qərar versələr ki, onun maşınını məhv etsinlər və özünü də əbədi həbsə atsınlar – bu cəza ağıla uyğun gəlmir. Deyirlər ki, bu qayda pozğunluğunun cəzası sadəcə cərimədir. Və ya bir nəfər naməhərəmə baxar və ona desələr ki, bu baxışa görə sən edam olunmalısan, atan və anan da həbs olunmalıdır – ağıl onu qəbul etməz. Çünki əməl ilə cəza arasında uyğunluq yoxdur. Cəzası başqadır.

2. Həqiqətdə cəza həmin cinayətin nəticəsidir. Misal üçün, bir nəfər məst halda maşın sürür və ona görə də yol qəzası edir və ayaqları kəsilir. Və ya gözü kor olur. Bu halda demək olmaz ki, mən sadəcə bir saat məst olmuşdum və qalan ömrümü bu cür keçirtməyim düzdürmü? Və ya bir nəfər təcrübə edir ki, əgər bıçaq gözümə batsa, necə olar. Bıçağı gözünə vurur və bütün ömür boyu kor olur. Bu insan deyə bilməz ki, əməlim ilə cəzam uyğun deyildir. Çünki, həmin cəza öz ağılsız əməlinin nəticəsidir.

3. Cəza, həmin günah və cinayətdən başqası deyildir. Yəni, həmin cinayət təcəssüm olar və adı da cəza olar. Bu cür cəza dünyaya aid deyildir.
Qeyd etdiyimiz o iki dəstə cəza – dünyaya aiddir, ancaq üçüncüsü ki, insan əməlinin təcəssüm olmasıdır – axirətə aiddir. Bəs görəsən axirətdə insan bu üç növdən hansı ilə cəzalandırılar?
Axirətdə cəza ilə cinayət arasındakı rabitə - səbəb və nəticə rabitəsidir. Cəhənnəm – insan əməllərinin nəticəsində meydana gəlmişdir və insan məhz əməllərinin sayəsində ora daxil olar. İnsanın dünyada gördüyü həmin əməlin batinində, həqiqətdə atəş var idi. Yetim malı yemək kimi. Quran bu haqda buyurur: "Həqiqətən yetimlərin mallarını zülm ilə yeyənlər əslində qarınlarına od daxil edirlər (yetimin malına toxunmağın axirətdəki gerçək təzahürü od yemək olacaqdır)”. ("Nisa” 10).
O zaman ki, insan qeybət edər – qardaşının ətini yemiş kimi olar ki, batini atəşdir. Bu əməllər axirətdə öz həqiqi siması ilə bizə təcəssüm olar. O zaman başa düşərik ki, hansı qəbahətli əməli yerinə yetirmişik.
Beləlikə deyə bilərik ki, cəzanın üç növü vardır və Qiyamət gününə şamil olan cəza – üçüncü növ cəzadır. Yəni, əməlin batini və həqiqəti təcəssüm olar. (tebyan/deyerler)
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
İmam Sadiqin (ə) nəzərində həqiqi Əhli-beyt (ə) davamçısının 2 xüsusiyyəti
İmam Sadiqin (ə) nəzərində həqiqi Əhli-beyt (ə) davamçısının 2 xüsusiyyəti
Qadını oğurlayan şəxsin cəzası
Qadını oğurlayan şəxsin cəzası
Din yolunun seçimi ağılın göstərişidir
Din yolunun seçimi ağılın göstərişidir
İnsanın həyatda 4 imtahanı
İnsanın həyatda 4 imtahanı
ALLAHA ETİMAD SAYƏSİNDƏ QURTULUŞ
ALLAHA ETİMAD SAYƏSİNDƏ QURTULUŞ
Naşükürlüyün 3 amili
Naşükürlüyün 3 amili
Müsəlmanla mömin arasında nə kimi fərq var?
Müsəlmanla mömin arasında nə kimi fərq var?
QEYBƏT QURAN BAXIMINDAN
QEYBƏT QURAN BAXIMINDAN
Pislik edənin haqqı
Pislik edənin haqqı
Niyə namazda özümüzə salam göndəririk?
Niyə namazda özümüzə salam göndəririk?
Dua - bəndə ilə Allah arasında rabitə halqasıdır
Dua - bəndə ilə Allah arasında rabitə halqasıdır
Ən ağlıllı insanlar kimlərdir?!
Ən ağlıllı insanlar kimlərdir?!
Həzrət Abbasa (ə) niyə səqqa dedilər?
Həzrət Abbasa (ə) niyə səqqa dedilər?
Bihudə və mənasız andlar
Bihudə və mənasız andlar
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
İslam donuz ətini ona görə haram buyurub ki… VİDEO
İslam donuz ətini ona görə haram buyurub ki… VİDEO
BÖYÜK GÜNAHLAR - İMAM SADİQİN (Ə) HƏDİSİNDƏN
BÖYÜK GÜNAHLAR - İMAM SADİQİN (Ə) HƏDİSİNDƏN
Oruc ilə qısa bir tanışlıq
Oruc ilə qısa bir tanışlıq
İman
İman
Allah hansı işləri qəbul edir?
Allah hansı işləri qəbul edir?
Allahın salamı olsun Vilayət səmasının 9-cu günəşi İmam Məhəmməd Cavada (ə).
Allahın salamı olsun Vilayət səmasının 9-cu günəşi İmam Məhəmməd Cavada (ə).
BEHİŞTİN QİYMƏTİ VAR!
BEHİŞTİN QİYMƏTİ VAR!
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
Namaz qılmayanın cəzası
Namaz qılmayanın cəzası
Şeyx Nimr kimdir?
Şeyx Nimr kimdir?
Münafiq kimdir və onu necə tanımalı?
Münafiq kimdir və onu necə tanımalı?
Nəfsin saflaşdırılmasında orucun rolu
Nəfsin saflaşdırılmasında orucun rolu
Evə daxil olan və evdən çıxan zaman bəyənilən zikrlər
Evə daxil olan və evdən çıxan zaman bəyənilən zikrlər
Həzrət Məhdini (ə.f.) tanımaq vacibdir
Həzrət Məhdini (ə.f.) tanımaq vacibdir
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
Həzrət Əlinin (ə) kəlamında Peyğəmbərin (s) peyğəmbərliyinin daşıdığı hədəflərin bəyanı
Həzrət Əlinin (ə) kəlamında Peyğəmbərin (s) peyğəmbərliyinin daşıdığı hədəflərin bəyanı
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
QEYBƏT VƏ EYB AXTARMAQ
QEYBƏT VƏ EYB AXTARMAQ
Əhli-hədisin xəbəri sifətlər barəsindəki nəzəri nədən ibarətdir?
Əhli-hədisin xəbəri sifətlər barəsindəki nəzəri nədən ibarətdir?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Daha çox oxumaq istəyirsən? )))