Shia.az SonUmidTv media
» » » Bircə namazı qəzaya vermək insana o qədər ziyan gətirər ki, bütün dünya ona verilsəydi, yenə də bu ziyanların qarşısını ala bilməzdi
Русская версия сайта Русская версия сайта
sitename

 

İndiyə qədər heç düşünmüsünüzmü ki, həyatınızda olan bu qədər çətinliklərin qaynağı nədir? Gün ərzində ailələmizdə, həyatımızda rastlaşdığımız çox sayda problemin səbəbi budur ki, evlərimiz mələklərdən boşdur, yerini şeytanlar almışdır. Çünki biz onların gəlməsi üçün fəza hazır etməmişik və onlar da bizi tərk etməkdən başqa bir çarə tapmayıblar. (Tebyan)Bircə namazı qəzaya vermək insana o qədər ziyan gətirər ki, bütün dünya ona verilsəydi, yenə də bu ziyanların qarşısını ala bilməzdi

Allah Təala mələkləri təsvir edən zaman buyurur: "Əksinə, onlar (mələklər)möhtərəm bəndələrdir. (Onların həqiqətləri nur, yerləri uca məkan, işləri ibadət və danışıqları zikrdir). Söhbətdə heç vaxt Allahdan qabağa keçməzlər (əksinə, söhbətlərinin mənşəyi Allahın əmri olar) və həmişə Onun (əzəli istəyinə müvafiq olan və elə iradələri də onun bir şüası olan istiqamətləndirici) əmri ilə iş görərlər. Allah onların keçmişlərindən (yaradılışlarının əvvəlindən etdikləri bütün əməllərdən)və gələcəklərindən (əbədiyyətə kimi edəcəklərindən) xəbərdardır. Onlar Allahın (əqidəsini)bəyəndiyi kəsdən başqa heç kəs üçün şəfaət etməzlər və onlar (həmişə)Allah qorxusundan xofdadırlar”. ("Ənbiya” 26-28).

O ev ki, mələklərlə dolu olar, behişt olar. Bəs nə edək ki, mələklər bizim evə qonaq gəlsinlər?

Quran və hədislərimiz bizə söyləyir ki, mələklər müqəddəs məkanlara gedib-gələrlər. Ona görə də o mühitdə ki, mənəvi hüzur olmaz, mələklərin ora gəlməsi mümkünsüzdür.

İmam Sadiq (ə) buyurur: "O evdə ki, ğina olar – ağrılı bəla və müsibətlərdən amanda olmaz. Həmin evdə edilən dua qəbul olunmaz və mələklər ora daxil olmazlar”.

Həzrət Peyğəmbərə (s) sual verirlər ki, şeytan insanla eyni yeməyi yeyə bilərmi? Həzrət (s) buyurur: "Bəli, o yeməkdə ki, Allahın adı çəkilməz, şeytan onlarla eyni yeməyi yeyər. Allah bərəkəti həmin süfrədən aparar”.

Evlərimizdə Allahı çox yada salaq. Əmirəl-möminin (ə) buyurur: "O evdə ki, Quran oxunar, Allah Təala orada yada salınar, bərəkəti çox olar. Mələklər o evə gedib-gələrlər və şeytanlar oradan uzaq olarlar. Səma əhli üçün elə parlayarlar ki, ulduzlar yer əhli üçün parlayır”.

İmam Sadiq (ə) buyurur: "Mən sevirəm ki, evdə Quran olsun. Çünki Allah Təala onun vasitəsilə şeytanları qovar”.

Qonaqpərvər olaq. Həzrət Peyğəmbər (s) buyurur: "O evə ki, qonaq daxil olmaz, mələklər daxil olmaz”.

Əhli-beytlə (ə) rabitədə olaq. Həzrət Peyğəmbər (s) buyurur: "Biz elə nəsilik ki, Allah onları pak qərar vermişdir. Biz nübuvvət ağacından xəlq olmuşuq. Biz risalət yeri, mələklərin gəlib-getdiyi məkan, rəhmət evi, elm mənbəyiyik”.

Əgər Əhli-beytlə (ə) sıx rabitədə olsaq, o zaman mələklər bizim evə gəlib-gedəcəklər.

Namazlarımıza diqqət edək. İmam Baqir (ə) buyurur: "Namazqılan namaza dayanan zaman onun üçün üç sifət olar: Məklər onu ayağından səmaya qədər əhatə edərlər və səmadan başına rəhmət və yaxşılıq yağar. Ona bir mələk hakim olar ki, nida verər. Əgər namazqılan bilsəydi ki, kiminlə münacat edir – yorulmazdı”.

Namazlarımızı qəza etməyək. Namazı qəzaya vermək – həyatımıza mənfi təsir edən amillərdəndir. Yadda saxlamaq lazımdır ki, dünyada olan heç bir şey namazın qəza edilməsinə səbəb ola bilməz. Çünki bircə namazı qəzaya vermək insana o qədər ziyan gətirər ki, bütün dünya insana verilsəydi, yenə də bu ziyanların qarşısını ala bilməzdi.

Sübh namazlarına xüsusi diqqət edək. Çünki sübh namazı zamanı mələklərin sayı qalan zamanlardan daha çox olar. Hədisdə oxuyuruq: "Sübh namazının başqa namazlardan üstünlüyü ondadır ki, gecə və gündüz mələkləri onu müşahidə edərlər. Əgər sübh namazı əvvəl vaxtında yerinə yetirilərsə, o zaman yerinə yetirilmiş olar ki, gecə mələkləri yerlərini gündüz mələklərinə verərlər. Hər iki dəstə mələk həmin namaza şahid olar. Əgər sübh namazı əvvəl vaxtında yerinə yetirilərsə, hər iki dəftərdə də qeydə alınar”.

Salam verməyi unutmayaq. Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman sizlərdən biriniz evə daxil olmaq istəsə, salam versin. Çünki salam ona bərəkət gətirər və mələklər ona yaxın olar”.

 

/Deyerler.org/

 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Zilhəccə ayının əməlləri (“Əyyamun məlumat”) nə deməkdir
Zilhəccə ayının əməlləri (“Əyyamun məlumat”) nə deməkdir
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Yeddi tərkibli nəsihətlər - Peyğəmbərdən (s)
Yeddi tərkibli nəsihətlər - Peyğəmbərdən (s)
Fitr bayramı haqqında bilmədiklərimiz
Fitr bayramı haqqında bilmədiklərimiz
Ayətullah Xameneinin Qədr gecəsi ilə bağlı 12 tövsiyəsi
Ayətullah Xameneinin Qədr gecəsi ilə bağlı 12 tövsiyəsi
Nəfsin saflaşdırılmasında orucun rolu
Nəfsin saflaşdırılmasında orucun rolu
İmam Rzanın (ə) Ramazan ayı ilə bağlı on göstərişi
İmam Rzanın (ə) Ramazan ayı ilə bağlı on göstərişi
Evə daxil olan və evdən çıxan zaman bəyənilən zikrlər
Evə daxil olan və evdən çıxan zaman bəyənilən zikrlər
Cümə namazı haqqında 40 hədis
Cümə namazı haqqında 40 hədis
Allah və Əhli-Beyt (ə) sevgisi
Allah və Əhli-Beyt (ə) sevgisi
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
Həzrət Əlinin (ə) kəlamında Peyğəmbərin (s) peyğəmbərliyinin daşıdığı hədəflərin bəyanı
Həzrət Əlinin (ə) kəlamında Peyğəmbərin (s) peyğəmbərliyinin daşıdığı hədəflərin bəyanı
Leylətul-Rəğaib
Leylətul-Rəğaib
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının gündəlik namazları
Rəcəb ayının gündəlik namazları
Əbu Bəkirin İmamətini puç edən dəlillər(3)
Əbu Bəkirin İmamətini puç edən dəlillər(3)
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
Qiyamət günündə nə sual veriləcək ?
Qiyamət günündə nə sual veriləcək ?
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
QEYBƏT VƏ EYB AXTARMAQ
QEYBƏT VƏ EYB AXTARMAQ
Birinci dərs “Nas” surəsi
Birinci dərs “Nas” surəsi
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
Cümə günündə nə etməliyik!
Cümə günündə nə etməliyik!
Gecə namazı
Gecə namazı
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Ramazan ayına məxsus əməllər
Ramazan ayına məxsus əməllər
Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
Ramazan ayında şeytan nə edir?
Ramazan ayında şeytan nə edir?
Salavatın fəziləti
Salavatın fəziləti
"Bəqərə" surəsinin fəziləti
"Bəqərə" surəsinin fəziləti
Daha çox oxumaq istəyirsən? )))