Shia.az SonUmidTv media
sitename

Şiə tarixinə giriş

 


Şiə  məzhəbinin banisi Rəsulullahdır (s)

Biz Rəsulullahın(s) hədislərinə müraciət etdikdə şahidi oluruq ki, İslam tarixində iık dəfə Hz. Peyğəmbər (s) özü bu kəlməni işlətmiş və bu adı Hz. Əlinin tərəfdarlarına vermişdir. Bu həqiqət hər iki firqənin-şiə və sünnünin hədis və təfsir kitablarında öz əksini tapmışdır. Nümunə olaraq aşağıdakıları göstərmək olar:

1. İbn Həcər və başqaları İbn Abbasdan bu cür nəql edir: Elə ki, Allah Təala "Həqiqətən iman gətirib əməli saleh iş görənlər yaradılmlşların ən xeyirlisidir"(Bəyyinə sur.7) ayəsi nazil oldu, Rəsulullah(s) Əliyə (ə) buyurdu: o, sən və sənin şiələrindir. (Əs-Səvaiqul-Muhriqə səh.96, Ma nuzilə minəl Qurani fi Əli (ə) səh.237 Əbu Nəim).

2. Hakim Həskani İbn Abbasdan bu cür nəql edir: Bəyyinə surəsinin 7 ci ayəsi Əli və onun Əhlibeyti barədə nazil oldu. (Şəvahidut-Tənzil c.2, s.495)

3. Hakim Həskani öz sənədi ilə İmam Əlidən (ə) nəql edir: Rəsulullah (s) vəfat edərkən, mən onu sinəmə yapışdırmış, bağrıma basmışdım, həmin anda Həzrət buyurdu: Ya Əli! Allahın, " Həqiqətən iman gətirib əməli saleh iş görənlər yaradılmışların ən xeyirlisidir" ayəsini eşitməmisənmi? Onlar sənin şiələrindir. Mən və siz Kövsər hovuzunda birlikdə olarıq. (Həmin mənbə səh.459)

4. Suyuti: İbn Əsakir öz sənədi ilə Cabir ibn Abdullah Ənsaridən bu cür nəql edir: Biz Peyğəmbərin yanında idik, bu vaxt Əli qarşıdan gəlirdi, Rəsulullah (s) Əliyə işarə edərək buyurdu: canlm əlində olan Allaha and olsun ki, bu və onun şiələri Qiyamət günü nicat tapanlardır. Bu anda Bəyyinə surəsinin 7-ci ayəsi nazil oldu. Həmişə Əli gələndə Peyğəmbər səhabələri deyərdilər ki, "xeyrul-bəriyyə" (yaradılmışların ən xeyirlisi) gəldi. (Əddurrul-Mənsur təfsiri c.6, s.589)

5. Suyuti: İbn Mərduveyh İmam Əlidən bu cür nəql edir: Rəsulullah (s) mənə buyurdu: Allah Təalanın bu ayəsini "Həqiqətən iman gətirənlər..."(Bəyyinə 7) eşitmə isənmi? Onlar sən və sənin şiələrindir. (Həmin mənbə)

6. Təbəri təfsirində( İbn Teymiyyə: Təfsirlərə gəldikdə insanların əlində olan ən düzgün təfsir Muhəmməd ibn Cərir Təbərinin təfsiridir. Orada ancaq sabit sənədlərlə sələfin dedikləri qeyd olunur, onda heç bir bidət yoxdur və rəvayətlər də ittiham olunmuş ravilərdən nəql olunmur. Məcməul-Fətava 13, 385) öz sənədi ilə Əbilcaruddan, o da İmam Baqir (ə)dən bu cür nəql edir: "...Onlar yaradılmışların ən xeyirlisidir" ayəsinin təfsiri barəsində Rəsulullah (s) buyurdu: Ya Əli! Onlar sən və sənin şiələrindir. (Camiul-Bəyan təfsiri c.30, s.264)

Hədisinsənədi

Qeyd olunmalıdır ki, bu barədə nəql olunmuş eyni məzmunlu hədislər hər iki firqənin kitablarında kifayət qədər çoxdur. O qədər bu hədislər məşhur olmuşdur ki, Əhli-sünnə alimləri, görüşlərinə uyğun olmasa da, onları nə inkar, nə də yalan hesab edə bilməmişlər. Ona görə İbn Həcər Heysəmi bu hədislərin sənədinə heç bir irad tutmadan hədisin mənasını başqa yerə yozmağa çalışmışdır.

Hədisinməzmunu

Bu hədislərdə açıq-aydın vurğulanır ki, İmam Əli (ə) və şiələri, ardıcılları nicat əhlidir və " yaranmışların ən xeyirlisidir"(Bəyyinə 7) ayəsinin real nümunəsidir. Əslində bu hədislərin məzmunu, İmam Əlinin (ə) Rəsulullahdan (s) sonra cəmiyyət üçün ülgü və rəhbər olması həqiqətini bizə çatdırır. Həm də onu bildirir ki, hər bir müsəlman İmam Əlini özünə ülgü bilməli və ona tabe olmalıdır. Bu mənanı digər mütəvatir və səhih hədislərlə dəsdəkləmək və təkid etmək olar. Səqəleyn, Qədir-xum və Peyğəmbərin, imam Əlini özündən sonra ümmət üçün rəhbər təyin etdiyi digər hədisləri buna misal gətirmək olar.

Qeyd olunan hədislərdən bu nəticə alınır ki, şiəliyin qurucusu Rəsulullahın (s) özüdür və o Həzrət bu hədislərlə xalqı, Həzrət Əlinin şiəsi olmağa təşviq etmiş, onun imaməti ətrafında birləşməyi ümmətinə tapşırmışdır. Elə təsadüfi deyil ki, Səlman Farsi, Əbuzər Ğifari, Əmmar Yasir və s. kimi ilk şiələr, Rəsulullahın (s) öz dövründə Imam Əlinin(ə) ətrafında birləşmişdilər. Biz bu tarixi həqiqəti növbəti yazımızda sənədli şəkildə sübuta yetirərik.

 

 Hacı Samir Ağayev

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))