Shia.az SonUmidTv media
sitename

"Qarnını və orada olanları unutma”

İnsan nə yediyinə diqqət etməlidir. Ürəyin qəsavətinə səbəb olan şübhəli, haram yeməklərdən uzaq durmalıdır.
“Qarnını və orada olanları unutma”İlahi həyanın nişanələrindən biri budur ki, insan nə yediyinin fərqində olmalıdır. Əgər insan əlinə keçən hər şeyi içəri ötürsə və haram loğmanı yeməkdən çəkinməsə, get-gedə qəlbini qəsavət basacaq, ürəyindəki ilahi nur öləziməyə başlayacaq. İnsan nə yediyinə diqqət etməlidir. Ürəyin qəsavətinə səbəb olan şübhəli, haram yeməklərdən uzaq durmalıdır. Belə olmazsa onda ibadətə meyl zəifləşəcək və ürəyində Allah qorxusu, Behişt şövqü və Allah dərgahına yaxınlaşmaq hissi əmələ gəlməyəcəkdir. Deməli, ilahi həyanın yaranması üçün qarına və orada yer tutan yeməklərə diqqət edilməsi zəruridir. Quranii-Məcid insana tövsiyə edir ki, nə yediyinə fikir versin: "(Ey) insan, nə yediyinə bir bax!” (Əbəsə, 24)

İnsan bütün cəhətlərə riayət etməlidir və öz yeməyini hərtərəfli yoxlamalıdır: onun yeməyi sağlam, tibbi normalara uyğun, halal və pakizə olmalıdır. Əshabi-Kəhf Allahın ən üstün bəndələri olaraq şirk və bütpərəstlik sistemini buraxıb, özlərinə Daqyanus dövranının küfrlə dolu etiqadi çəngindən nicat verdilər. Quranın dediyinə görə onlar yeməklərin ən təmizini, halalını seçib yeyirdilər. Qurani-Məcid Əshabi-Kəhfin başına gələnləri nəql edəndən sonra belə buyurur:"Birinizi bu gümüş pullarla göndərin getsin şəhərə, baxıb görsün hansı yemək daha yaxşıdır, alıb gətirsin sizə.”(Kəhf, 19 )
Haram malın insanı azdırmasına və haqqdan uzaqlaşmasına, Allah və ilahi övliyalar qarşısında üsyan etməsinə səbəb olan təsirini nəzərdə tutaraq, İmam Hüseyn (ə) düşmən qoşununun onun sözlərinə məhəl qoymadığını görəndə belə buyurdu: - "Sizin hamınız mənim əmrimə asi oldunuz, dediklərimə də qulaq asmırsınız. Bəli, sizin qarınlarınız haramla dolmuşdur və ürəklərinizə möhür vurulmuşdur.” (Biharul-ənvar, c.45, səh. 8)

Bəli, haram yemək insanın ürəyini elə bərkidir, elə qəsavətə salır ki, hətta Peyğəmbərin (s) övladının üstünə qılınc da qaldırmağa hazır olur. Bu səbəbdən də Peyğəmbər (s) ilahi həyanın yaranma şərtlərindən birini insanın öz yeməyinə diqqət etməsində görür. 
"Başını və onda olanlara, yəni gözə, qulağa, dilə nəzarət et.”

İlahi həyanın üçüncü əlaməti budur ki, insan baxıb görsün başında hansı fikri bəsləyir, ağlından hansı arzular, havalar keçir. Əgər xəyalını batil fikirlərdən ələyib təmizləsə və həmçinin qəlbinin təmizliyinə çalışsa, ilahi həyanı orada yerləşdirə biləcəkdir.

 
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Uzun arzuların məzəmməti və onun ümidlə fərqi
Uzun arzuların məzəmməti və onun ümidlə fərqi
İslam donuz ətini ona görə haram buyurub ki… VİDEO
İslam donuz ətini ona görə haram buyurub ki… VİDEO
ALLAHI TANIMAQ
ALLAHI TANIMAQ
İNSAN ÖZ TƏBİBİDİR
İNSAN ÖZ TƏBİBİDİR
Qadr gecəsinin əməlləri
Qadr gecəsinin əməlləri
Ramazan ayı Allah tərəfindən insanlara göndərilən bir proqramdır - ilahiyyatçı
Ramazan ayı Allah tərəfindən insanlara göndərilən bir proqramdır - ilahiyyatçı
ORUCUN FAYDALARI
ORUCUN FAYDALARI
İftar elə verilməlidir ki, sabah iftarda iştirak edən adam utanmasın - ilahiyyatçı
İftar elə verilməlidir ki, sabah iftarda iştirak edən adam utanmasın - ilahiyyatçı
Oruc ilə qısa bir tanışlıq
Oruc ilə qısa bir tanışlıq
Ramazan sözünün üç mənası və üç hədəfi
Ramazan sözünün üç mənası və üç hədəfi
Mübarək ayın astanasında
Mübarək ayın astanasında
Öz dəyərimizi bilirikmi?!
Öz dəyərimizi bilirikmi?!
Allah hansı işləri qəbul edir?
Allah hansı işləri qəbul edir?
İlahi sevgi
İlahi sevgi
Bunu hər MÖMİN bacarmaz...!
Bunu hər MÖMİN bacarmaz...!
Xəstələndikdə, mənə şəfa verən Odur.
Xəstələndikdə, mənə şəfa verən Odur.
UZUN-UZADI ARZULAR
UZUN-UZADI ARZULAR
ZÖHD "Zöhd"
ZÖHD "Zöhd"
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
Həzrət Muhəmmədin (s) əxlaqı
Həzrət Muhəmmədin (s) əxlaqı
İslamda əyləncənin yeri
İslamda əyləncənin yeri
Allah və Əhli-Beyt (ə) sevgisi
Allah və Əhli-Beyt (ə) sevgisi
Duada Allahdan nə istəyək?
Duada Allahdan nə istəyək?
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
XOŞA GƏLMƏZ RƏFTARLARDAN ÇƏKINMƏK
XOŞA GƏLMƏZ RƏFTARLARDAN ÇƏKINMƏK
VALIDEYN HÜQUQU
VALIDEYN HÜQUQU
ISLAM QARDAŞLIĞI
ISLAM QARDAŞLIĞI
Novruz və İslam.
Novruz və İslam.
Ayətullah Behcətdən qısa əxlaqi tövsiyələr
Ayətullah Behcətdən qısa əxlaqi tövsiyələr
QEYBƏT VƏ EYB AXTARMAQ
QEYBƏT VƏ EYB AXTARMAQ
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrənin şübhəli kimliyi
Əbu Hureyrənin şübhəli kimliyi
Birinci dərs “Nas” surəsi
Birinci dərs “Nas” surəsi
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
Xəstəlik üzündən və səfərə çıxdığıma görə tutmadığım orucların qəzasını nə zaman tutmalıyam və gecikdirdiyimə görə hansı şərtlər daxilində kəffarə verməliyəm ?
Xəstəlik üzündən və səfərə çıxdığıma görə tutmadığım orucların qəzasını nə zaman tutmalıyam və gecikdirdiyimə görə hansı şərtlər daxilində kəffarə verməliyəm ?
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
Daha çox oxumaq istəyirsən? )))