Shia.az SonUmidTv media
» » » Şeyx Cüneyd yapışdı onun ayağından, yalvardı ki, Bəhlul, mənə yemək yeməyi, söz danışmağı və yatmağı öyrət.
Русская версия сайта Русская версия сайта
sitename
Bir gün Şeyx Cüneyd Bağdadi müridlərinə dedi ki, Bəhlul ilə görüşmək istəyirəm. Dedilər ki, ağa, o - dəlidir, adətən, səhrada olur.Şeyx Cüneyd yapışdı onun ayağından, yalvardı ki, Bəhlul, mənə yemək yeməyi, söz danışmağı və yatmağı öyrət. Cüneyd Bağdadi müridləri ilə birgə səhraya gəlir. Maraqlı dialoqları baş tutur. 
Bəhlul soruşdu: "Sən kimsən?"
Şeyx dedi: "Cüneyd Bağdadi."
Bəhlul: "İnsanları irşad edən məşhur Şeyx, sənsən?"
Şeyx: "Bəli."
Bəhlul: "Yemək yeməyin adabını bilirsən? Necə yemək yeyirsən?"
Şeyx dedi: "Bismillah ilə başlayıram, tikələri kiçik götürürəm, öz qarşımdakını yeyirəm. Hər loğmadan sonra şükür edirəm. Kifayət qədər çeynəyirəm. Doymadan, süfrədən əl çəkirəm. Yeməkdən öncə və sonra əllərimi yuyuram." 
Bəhlul dedi: "Sən yemək yeməyi bilmirsən. Bu halınla insanları irşad edirsən?"
Bunu deyib, durub, uzaqlaşdı. Şeyx onun arxasıyca gedib, danışmaq istədi. 
Bəhlul dedi: "Sən kimsən?" 
Şeyx dedi: "Yemək yeməyi bacarmayan Cüneyd Bağdadi." Müridlər dedilər ki, ağa, bu - dəlidir, buna baş qoşma. 
Şeyx dedi: "Bəzən Allah, haqqı insana dəlinin vasitəsiylə catdırar". 
Bəhlul növbəti sualı soruşdu: "De görüm, necə danışırsan? Danışmağın adabını bilirsən?" 
Şeyx dedi: "Az danışıram. İnsanları yormuram. Onları Allaha və Peyğəmbərə (s) tərəf dəvət edirəm. Onların ağılı və düşüncəsi qədər danışıram. Çalışdıqım qədər faydalı danışıram". 
Bəhlul dedi: "Sən heç danışmağı da, bilmirsən ki". 
Yenə də durub getdi. Şeyx yenidən Bəhlula yaxınlaşdı. Bəhlul yenə sən kimsən deyə, soruşdu. 
Şeyx dedi: "Yeməyini və danışığını bilməyən Cüneyd Bağdadiyəm". Bəhlul dedi: "Necə yatırsan? Yatmağın adabını bilirsən?" 
Şeyx dedi: "Yatmazdan əvvəl dəstəmaz alıram. Namaz qılıram. Zikr edirəm. Əynimi dəyişib, yatıram". 
Bəhlul dedi: "Sən heç yatmağı da, bilmirsən ki". Bəhlul durub getmək istəyəndə, Şeyx Cüneyd yapışdı onun ayağından, yalvardı ki, Bəhlul, mənə yemək yeməyi, söz danışmağı və yatmağı öyrət. 
Bəhlul onun bu halını görüb dedi: "Şeyx Cüneyd, sənin dediklərin Fər'iyyatdır , törəmələrdir (ikincidərəcəlidir), əsil (təməl) deyil. Yemək yeməkdə əsil budur ki, halal tikə yeyəsən. Haram yedikdən sonra nə qədər şaxələri riayət etsən xeyri olmaz. Haram tikə insanın qəlbini qaraldar. Söz danışmaqda, əsil budur ki, təmiz qəlblə, pak niyyətlə və Allahın rızası ücün doğru və haqq danışasan. Dünya və qərəz üzündən danışmaq insana vizrü vəbaldan (yük,ağırlıqdan) başqa heçnə gətirməz. Qaldı yatmağa, yatmağda əsil budur ki, yatarkən gərək qəlbində heç bir Allah bəndəsinə qarşı buğz, kin, küdurət, paxıllıq və həsəd olmasın".
Şeyx Cüneyd yapışdı onun ayağından, yalvardı ki, Bəhlul, mənə yemək yeməyi, söz danışmağı və yatmağı öyrət. 
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
ƏbdülMəlik Mərvan deyir
ƏbdülMəlik Mərvan deyir
İrfanda hal, məqam, qeyb və hüzur
İrfanda hal, məqam, qeyb və hüzur
İrfanda xirqə məhfumu
İrfanda xirqə məhfumu
Əbdulməlik Mərvan :Ey kaş paltaryuyan olaydım
Əbdulməlik Mərvan :Ey kaş paltaryuyan olaydım
Hafizəni gücləndirmək üçün əməl etməli olduqlarımız:
Hafizəni gücləndirmək üçün əməl etməli olduqlarımız:
İmam Zaman ağanın (ə.f) azərbaycanlı vəkili
İmam Zaman ağanın (ə.f) azərbaycanlı vəkili
Ayətullahul-Üzma Şeyx Vəhid Xorasani
Ayətullahul-Üzma Şeyx Vəhid Xorasani
İmanlı şəxsin 4 aşkar xüsusiyyəti
İmanlı şəxsin 4 aşkar xüsusiyyəti
Bu kişi bizim atamızı öldürüb İBRƏTAMİZ HEKAYƏ
Bu kişi bizim atamızı öldürüb İBRƏTAMİZ HEKAYƏ
İmam Zaman (əc) müasir texnologiya qarşısında nə edə bilər?-Arif Noxudəkinin cavabı
İmam Zaman (əc) müasir texnologiya qarşısında nə edə bilər?-Arif Noxudəkinin cavabı
Cəmadiül-əvvəl ayının 29-cu günü
Cəmadiül-əvvəl ayının 29-cu günü
VALİDEYNİN ÜZÜNƏ AĞ OLMUŞ GƏNC
VALİDEYNİN ÜZÜNƏ AĞ OLMUŞ GƏNC
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Qonşunun ac olduğunu bildiyin halda kömək etməsəydin müsəlman olmazdın
Qonşunun ac olduğunu bildiyin halda kömək etməsəydin müsəlman olmazdın
Şeytanla ən çox danışan Peyğəmbər, İblis sonda niyə ümidini ondan kəsdi?
Şeytanla ən çox danışan Peyğəmbər, İblis sonda niyə ümidini ondan kəsdi?
Ayətullah Bürucerdi (r) və orta səviyyəli ruhanilər
Ayətullah Bürucerdi (r) və orta səviyyəli ruhanilər
Əhli Sünnə alimi şeyx Mahmud Şəltut : Şiəlik əhli-sünnə məzhəblərinə tabe olmaq kimi şəriət nöqteyi-nəzərindən icazəlidir.
Əhli Sünnə alimi şeyx Mahmud Şəltut : Şiəlik əhli-sünnə məzhəblərinə tabe olmaq kimi şəriət nöqteyi-nəzərindən icazəlidir.
Böyük işlərdə olan kiçik düyünlər
Böyük işlərdə olan kiçik düyünlər
Ən ağlıllı insanlar kimlərdir?!
Ən ağlıllı insanlar kimlərdir?!
İmam Hüseyn (ə) bu zikrə görə bağını bağışladı
İmam Hüseyn (ə) bu zikrə görə bağını bağışladı
Həzrət Adəmin (ə) sağ və sol tərəfindən gələnlər kimlər idi?
Həzrət Adəmin (ə) sağ və sol tərəfindən gələnlər kimlər idi?
Şeyx Məhəmməd Xiyabani və Ayətullah Xamenei arasında qohumluq
Şeyx Məhəmməd Xiyabani və Ayətullah Xamenei arasında qohumluq
Süleyman peyğəmbərin macəraları bizə nə öyrədir?
Süleyman peyğəmbərin macəraları bizə nə öyrədir?
Ayətullah Şeyx Abbas Qulu Lənkərani
Ayətullah Şeyx Abbas Qulu Lənkərani
Ayatullah Şeyx Cavad Nardarani Molla Talib oğlu Qafqaz məntəqəsinin böyük alimlərindən olub
Ayatullah Şeyx Cavad Nardarani Molla Talib oğlu Qafqaz məntəqəsinin böyük alimlərindən olub
Kiçik bir dərs ( Yaxşılıq itmir və Allah hər şeyin dəyərini bilir)
Kiçik bir dərs ( Yaxşılıq itmir və Allah hər şeyin dəyərini bilir)
Tövbə qapısı
Tövbə qapısı
Şeyx Nimr kimdir?
Şeyx Nimr kimdir?
12 İmamın adı
12 İmamın adı
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
Əhli-sünnə alimi Şeyx Muhəmməd Nəsr: "Aşura orucu böyük yalandır!"
Əhli-sünnə alimi Şeyx Muhəmməd Nəsr: "Aşura orucu böyük yalandır!"
Əhli-sünnə mənbələrində Aşura günü baş verən möcüzələr - Şeyx Zəkəriyyə
Əhli-sünnə mənbələrində Aşura günü baş verən möcüzələr - Şeyx Zəkəriyyə
QƏDİR-XÜM və ŞEYX MÜFİD
QƏDİR-XÜM və ŞEYX MÜFİD
Şeyx Ərurun iddiasına cavab Seyyid Ağa Raşid 2015
Şeyx Ərurun iddiasına cavab Seyyid Ağa Raşid 2015
Zeydi məzhəbindən olan Qasim ibn Əbdürrəhman İmam Cavad (ə) nə soruşdu?
Zeydi məzhəbindən olan Qasim ibn Əbdürrəhman İmam Cavad (ə) nə soruşdu?
Şeyx Səduqun Hz. Peyğəmbərin (s) məsumluğuna etiqadının olması:
Şeyx Səduqun Hz. Peyğəmbərin (s) məsumluğuna etiqadının olması:
Daha çox oxumaq istəyirsən? )))