Shia.az SonUmidTv media
» » » Kiçik bir dərs ( Yaxşılıq itmir və Allah hər şeyin dəyərini bilir)
Русская версия сайта Русская версия сайта
sitename
Kiçik bir dərs
— Atam gəldi. Uraa!!!
— Gəl görüm, qucağıma. Ay səni dəcəl, günü gündən
böyüyürsən. Belə getsə, səni qucağıma ala bilməyəcəm.
— Bəli, mən böyüyürəm artıq.Bu gün də beş dənə beş aldım.
— Nə gözəl. Afərin sənə. Həmişə belə davam elə. Söz verirsən?
— Başüstə, amma sən də velosiped alacağına söz ver.
— Söz, alacam. Qoy gedim əllərimi yuyum. Gələrəm söhbət
edərik.
— Anam süfrəni açıb.
— Get, mən də
gəlirəm. — Hə de
görüm günün necə keçdi?
— Ata bilirsən bu gün Vasiflə dalaşdıq. Birinci o başladı. Məni
itələdi. Mən də yıxıldım, sonra durub onu vurdum.
— Yaxşı eləmisən. Qoyma səni vursunlar. Heç vaxt.
— Yaxşı eləmişəm? Amma müəllimə dedi ki, düzgün hərəkət
eləməmişik. Dedi ki, «Allah insanlara şüur verib, dil verib.
Aranızda nə varsa, danışaraq həll edin. Dalaşaraq nəyisə həll
etmək insan olmayan varlıqlara aiddir.» Düz deyir ata?
— Hhhəə… Düz deyir.
Ata nədənsə qızardı. Simasında az öncə yaranan hirs, əsəb bir
anda yox oldu.
— Ata bu gün biz inşa yazdıq.
— Həə. Nə inşası?
— ” Böyüyəndə kim olmaq istəyirsiniz?
— Sən nə yazdın?
— Yazdım ki, atam kimi həkim olacam.
— Afərin sənə.
— Sonra yazdım ki, çoxlu xəstələrim olacaq və mən də onları
atam kimi sağaldacam. Kasıblardan pul almayacam. Onları
pulsuz sağaldacam. Ehtiyacı olanlara pulsuz dərmanlar
verəcəm. Çünki mənim atam belə edir.
Atanın iştahı nədənsə kəsildi. Çətinliklə nəfəs alırdı. Niyəsə artıq
oğlunun söhbətinə qulaq asmaq istəmirdi.
— Müəllim inşanı oxudu və məndən sənin adını soruşdu. Mən də
dedim. Sonra dedi ki,:” Atana denən halal olsun. Dünya da belə
insanlar azdır. Əsl vəzifəsini unutmayıb.”
Oğlu süfrədən durub atasını bərk- bərk qucaqladı və ” Mən də
böyüyəndə sənin kimi olacam.” dedi. Ata oğlunu qucaqlayıb,
başının sığalladı. Zorla gülümsədi. Sonra yeməyini bitirmədən
durub ağır addımlarla kabinetinə getdi. Stulunda əyləşib
dərindən nəfəs almağa çalışırdı. Ürəyi sıxılırdı. Gözü masanın
üzərində olan övladının şəklinə sataşdı və beynində «Mən də
böyüyəndə sənin kimi olacam» sözləri əks olundu.
— Allahım mən neynirəm?
Əlinə telefon dəstəyini götürüb. Işlədiyi xəstəxanaya zəng vurdu.
— Alo, Nazilə xanım. Dünən gələn xəstəyə zəng vurun. Deyin indi
təcili xəstəxanaya gəlsin əməliyyat olunacaq. Otağı da hazırlayın
mən də gəlirəm.
— Axı demişdiniz pulu gətirməsələr əməliyyat olmayacaq. Onlar
hələ pulu ödəməyib.
— Nə deyirəm onu eləyin. Çatdırın ki, pul lazım deyil. Təcili
olaraq gətirsinlər.
— Burda da heç kim yoxdur. İş saatı bitib.
— Zəng eləyin hamını yığın. Həkimlər üçün iş saatı olmur. artıq
söz istəmirəm. Mən gələndə hər şey hazır olsun.
— Başüstə.
Maşınına əyləşib xəstəxanaya tərəf sürdü. Yol boyunca dünən
yanına gələn xəstə və onun yaxını ilə olan söhbəti xatırladı.
— Ancaq əməliyyat olunmalıdır. Müalicə gec ola bilər. Nə qədər
tez əməliyyat olunsa, o qədər yaxşıdır. Pulu ödəyin qalanı
bizlikdir.
— Ağrıları çoxdur. Dözə bilmir. Bu gün əməliyyat eləsəniz. Mən
sonra pulu gətirəcəm.
— Xanım, bura sizin üçün mağaza deyil ki, nisyə dəftərimiz
olsun. Burda yazılan dərmanları alın verin ağrısı azalacaq. Pulu
ödəyən kimi də əməliyyat olunacaq.
— Qurban olum. Mən bu qədər pulu 2-3 günə necə tapım?
Hardan tapım?
— Orası bizlik deyil. 2-3 gün olmasın bir həftə olsun. Sizin
xəstəniz əziyyət çəkir.
Bütün bu söhbətləri xatırladıqca utanırdı. Alnından tər muncuq-
muncuq axırdı. Hələ indiyə qədər belə vicdan əzabı çəkməmişdi.
— Hamı burdadır?
— Bəli. Xəstəni də gətiriblər. əməliyyat otağı da hazırdır.
— Lap yaxşı. Başlayaq.
Əməliyyat uğurlu keçmişdi. Xəstəyə dərman verildiyinə görə hələ
ayılmamışdı. Səhətini yoxlamaq üçün otağa girdi. O gün söhbət
elədyi xanımı gördü. Başını aşağı saldı. Bu yaşına qədər hələ
heç kimdən üzr istəməmişdi. İstədi ki, söhbəti yayındırsın üzr
istəməsin, amma yenə oğlunu sözləri yadına düşdü. «Mən də
böyüyəndə sənin kimi olacam.»
— Xanım bağışlayın. O günkü söhbətə görə çox utanıram. Hər
şey bir kənara öz insanlıq vəzifəmi unutmuşam. Bu
hərəkətimdən dolayı üzr istəyirəm.
— Allah bağışlasın. Hamımızın gözünün tutulduğu an olur. Əsas
odur ki, gec olmadan fərqinə varaq.
— Haqlısınız. Bir azdan ayılacaq. Bu dərmanları götürün. İçində
kağız var. Yazmışam ki hansını nə vaxt qəbul etməlidir. Gələn
həftə yoxlanışa gətirərsiniz.
— Oldu. Hər şeyə görə çox sağolun.
— Borcumuzdur. Sadəcə unutmuşdum.
— Oğlunuz sizinlə öyünməkdə haqlı imiş. İnşallah dediyi kimi
gələcəkdə sizin kimi bir insan olar. O sizə qibtə edir.
— Siz…?
— Bəli mən oğlunuzun müəlliməsiyəm. Allahın işi bu… Qismət
deyək.
Həyatda hər şey biz insanlar üçündür. Səhv addım ata bilərik.
Ömrümüzün sonuna qədər belə olmalıyıq deyə bir qayda yoxdur.
Əsas odur ki, elədiyimiz səhvi görüb gec olmadan düzəldək və
dərs götürək. Neçə yaşında olursaq olaq daima ətrafdakı
insanlardan doğru yolu öyrənə bilərik. Hətta 8 yaşında olan
oğlandan belə….
Həmçinin bilin ki, Yaxşılıq itmir və Allah hər şeyin dəyərini bilir.
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Tövbə qapısı
Tövbə qapısı
Həzrət Muhəmmədin (s) əxlaqı
Həzrət Muhəmmədin (s) əxlaqı
Həzrət Musanın (ə) ölüm əhvalatı necə baş vermişdir?
Həzrət Musanın (ə) ölüm əhvalatı necə baş vermişdir?
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
Peyğəmbərin son günləri
Peyğəmbərin son günləri
Həzrət Rüqəyyə - həqiqət, yoxsa əfsanə?
Həzrət Rüqəyyə - həqiqət, yoxsa əfsanə?
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
Mən dünyanın ən yaxşı həyat yoldaşına malikəm!
Mən dünyanın ən yaxşı həyat yoldaşına malikəm!
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Mübarək Ramazan ayına hazırlaşmaqla bağlı 5 məsləhət
Mübarək Ramazan ayına hazırlaşmaqla bağlı 5 məsləhət
Kamil insan - İmam Əli (ə)
Kamil insan - İmam Əli (ə)
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
Duada Allahdan nə istəyək?
Duada Allahdan nə istəyək?
Cənnət xanımlarının Seyidəsi həzrət Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü
Cənnət xanımlarının Seyidəsi həzrət Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü
XOŞA GƏLMƏZ RƏFTARLARDAN ÇƏKINMƏK
XOŞA GƏLMƏZ RƏFTARLARDAN ÇƏKINMƏK
VALIDEYN HÜQUQU
VALIDEYN HÜQUQU
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
Fədək bütün bəhanələri puç etdi!
Fədək bütün bəhanələri puç etdi!
Qiyamət günündə nə sual veriləcək ?
Qiyamət günündə nə sual veriləcək ?
Allahın adları və sifətləri ilə təvəssül
Allahın adları və sifətləri ilə təvəssül
Əbu Hureyrə gülməli insan idi
Əbu Hureyrə gülməli insan idi
Əbu Hureyrə və əməvi hakimiyyəti
Əbu Hureyrə və əməvi hakimiyyəti
Birinci dərs “Nas” surəsi
Birinci dərs “Nas” surəsi
Hz. Muhəmmədin (S) yolu bəşəriyyətin nicatıdır
Hz. Muhəmmədin (S) yolu bəşəriyyətin nicatıdır
Aləmlərə rəhmət:
Aləmlərə rəhmət:
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Ramazan ayına məxsus əməllər
Ramazan ayına məxsus əməllər
Şiələr Rəsulullahın(s) dövründə (üçüncü yazı)
Şiələr Rəsulullahın(s) dövründə (üçüncü yazı)
Huseyn(ə) düşmənlərinin xüsusiyyətləri
Huseyn(ə) düşmənlərinin xüsusiyyətləri
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Xəstəlik üzündən və səfərə çıxdığıma görə tutmadığım orucların qəzasını nə zaman tutmalıyam və gecikdirdiyimə görə hansı şərtlər daxilində kəffarə verməliyəm ?
Xəstəlik üzündən və səfərə çıxdığıma görə tutmadığım orucların qəzasını nə zaman tutmalıyam və gecikdirdiyimə görə hansı şərtlər daxilində kəffarə verməliyəm ?
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
Süd verən ananın vəzifələri
Süd verən ananın vəzifələri
Həzrət Zeynəb (ə.s)
Həzrət Zeynəb (ə.s)
Daha çox oxumaq istəyirsən? )))