Shia.az SonUmidTv media
» » » Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Русская версия сайта Русская версия сайта
sitename

 
Bəzi rəvayətlərdə nəql olunub ki, İmam Əli (əleyhissalam) dünyaya gəldikdən
üç gün sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) təzə doğulmuş
körpəni görməkdən ötrü Fatimə binti Əsədin evinə gedir. Rəvayət belə nəql olunur:
İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) evə daxil olur. İslam Peyğəmbəri
(səlləllahu ələyhi və alihi və səlləm) evə daxil olarkən, İmam Əli (əleyhissalam) anasının
qucuğında Onu görürü və özünü sirkələyərək İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm)
üzünə gülür və O Həzrətə belə salam verir: "Allahın salamı, rəhmət və bərəkəti sizə olsun!
” Sonra İmam Əli (əleyhissalam) Allahın izni ilə səsini sinəsində gizlədir. Yenə də ayəni oxuyur:"Həqiqətən,mö’minlərnicattapmışlar!
(Cənnətənailolmaqlamətləblərinəçatıbəbədisəadətəqovuşmuşlar!) * Okəslərki,namazlarında (hərşeyiunudaraqruhənvəcismənyalnızAllaha)
müt’iolub(Ona)boyunəyərlər! (Allahınqarşısındakiçilərlər!)”[1]


Ondan sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) buyurur: "Möminlər sənin vasitənlə hidayət olacaqlar.
” İmam Əli (əleyhissalam) bundan sonra yenə də ayələrin davamında belə tilavət edir:"Onlardır(bilin)varisolanlar-Firdovscənnətinəvarisolanlar,
orada əbədiqalanlar!”[2]
İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) buyurdu: Ey Əli! Allaha and olsun ki, sən möminlərin əmirisən! Sən,
elmin əsasında olanlara rəftar edərsən, onlar da sənin əmirliyini qəbul edərlər. Sən onların yol göstərəni olarsan, onlar da sənin
yolunu qəbul edərlər.” Sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) Fatimə binti Əsədə belə buyurur:
"Əmim Həmzənin də yanına get və onu da bu təzə doğulmuş uşağla müjdələ!” Fatimə soruşur: Əgər mən özüm getsəm,
mən gələnə kimi kim bu uşağa süt verəcək?! İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) buyrur:
"Mən özün onu doyduraram.” Fatimə soruşur: Siz?! İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm)
bu zaman mübarək dilini İmam Əlinin (əleyhissalam) ağzına qoyur. Bu anda, on iki zülal çeşmə İmamın (əleyhissalam)
ağzına qida verir. Bu münasibətlə həmin günü Tərviyə güna adlandırırlar. Fatimə binti Əsəd qayıtdıqdan sonra İmam Əlinin
(əleyhissalam) başı üstündən bir nurun səmaya tərəf ucaldığını müşayət edir. Sonrakı gün İslam Peyğəmbəri
(səlləllahu ələyhi və alihi və səlləm) yenə də Fatimə binti Əsədin evinə gəlir. İmam Əlinin (əleyhissalam) gözü İslam
Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) sataşan kimi ona salam verir və bir növ işarə edir ki, məni qucağına al,
dünənki mənə verdiyindən yenə ver. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) yenə də Onu qucağına alır.
Fatimə binti Əsəd dedi: Kəbənin Allahına and olsun ki, Əli, O Həzrəti tanıdı! Fatimənin bu sözünə görə həmin günü Ərəfə günü adlandırırlar.”
Rəvayətinsənədi:
Bu rəvayəti nəql edən ilk şəxs Şeyx Tusi olmuşdur.[3]
Digər mənbələr də ona istinad ediblər.[4]
Şeyx Tusi nəql etdiyi bu rəvayətə görə üç
silsilə ravidən nəql edir ki, onların hər biri ya mürsəl və ya zəifdirlər. Bu cəhətdən,
rəvayəti sənəd cəhətdən düzgün və səhih hesəb etmək olmaz.
Rəvayətinmövzusu;
Amma bu rəvayətin iki cəhətdən əsas mövzuda iradı var ki, aşağıda onu araşdırırıq;
Əvvəl; bu rəvayətdən nəql olunan bəzi məsələləri adi insanların təbiəti ilə uyuğun gəlməsinə
baxmayaraq, möcüzə etiqadı ilə qəbul etmək olar. Amma, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm)
dilinin əmməsi vasitəsi ilə həmin günü Tərviyə günü adlandırmaq və ya həmin gündən iki gün sonra İmam Əlinin
(əleyhissalam) İslam Peyğəmbərini (səlləllahu ələyhi və alihi və səlləm) tanıması münasibəti ilə həmin günü Ərəfə günü
kimi qeyd etmək qəbul olunmaz bir mövzudur. Ona görə ki, əgər İmam Əlinin (əleyhissalam) doğum gününü ən məşhur
nəzərə görə rəcəb ayının 13-ü kimi nəzərə alsaq,Tərviyə və Ərəfə günü bu hadisədən dörd ay sonra baş vermişdir. Halbuki,
rəvayətdə bütün bu hadisələrin təvəllüddən iki gün sonra baş verməsi qeyd olunur.
İkinci: Baxmayaraq ki, Qurani-Kərimdə bəzən bəzi fərdlərin dilindən bəzi kəlmələr nəql olunur, məsələn Quranda oxuyuruq:
"Onlardan(mühacirlərdənvəənsarlardan)sonragələnlərbelədeyirlər: "EyRəbbimiz!Bizivəbizdənəvvəlkiimangətirmiş(din)qardaşlarımızıbağışla
.Bizimqəlblərimizdəimangətirənlərəqarşıkinə(həsədə)
yervermə.EyRəbbimiz!Sən,həqiqətən,şəfqətlisən,mərhəmətlisən!"[5]
Amma Quranda nəql olunmuş bütün bu ifadələr xüsusi fərdlərə aiddir. Yəni, Quranın özü nəql edir ki, bu sözləri başqalarından
nəql edir. Amma, Quranını başqalırından nəql olnumamış mətnini kimlərinsə vasitəsi ilə nəql olunması kimi dilə gətirmək,
İslam təlimləri ilə uyuğun gəlmir və bundan əlavə, Quranın özü də təsdiq edir ki, hətta İslam Peyğəmbəri (səlləllahu ələyhi
və alihi və səlləm) əvvəlcədən xəbəri olsa da vəhy gəlməzdən qabaq ayələrini dilində zikr etməyə ixtiyarı yoxdur. "Həmdə
(eyPeyğəmbərim!Cəbrailtərəfindən)sənətamam-kamalvəhyolunmadanəvvəlQur’anıoxumağatələsməvə:
"EyRəbbim!Mənimelmimiartır!" -de.”[6]
"(YaPeyğəmbər!CəbrailsənəQur’anoxuduğuzaman)onutələm-tələsikəzbərləməküçündilinitərpətmə!
(SəndəonunlabirlikdəQur’anıtəkraretmə,yalnızdinlə!) «[7]
Ona görə də qeyd olunmuş rəvayətin mövzusu araşdırılan ayələrin mətni ilə uyuğun gəlmir.
[1]Möminlər surəsi 1-2
[2]Möminlər surəsi 10-11
[3]Şeyx Tusi, Əl-Əmali, səh.708; Qum, Darus-Səqafə nəşriyyatı, birinci çap, 1416 h.qəməri ili
[4]Məclisi, Məhəmməd Baqir, Biharul-Ənvar, c.35; səh.36; Beyrut, Daru ehya turasi ərəbi nəşriyyatı, ikinci çap, 1403 h.qəməri ili;
Bəhrani SEyyid haşim, Əl-Burhaq fi təfsiril-Quran, c.4; səh.13; Tehran, Bunyad besət nəşriyyatı, birinci çap, 1416 h.qəməri ili.
[5]Həşr surəsi -10
[6]Taha surəsi 114
[7]Qiyamət surəsi 16
http://www.islamquest.net/az/archive/question/az22020
 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Fitr bayramı haqqında bilmədiklərimiz
Fitr bayramı haqqında bilmədiklərimiz
Nə üçün Allah orucu 30 gün vacib edib?
Nə üçün Allah orucu 30 gün vacib edib?
Həzrət Məhdinin (ə.f.) təvəllüdü
Həzrət Məhdinin (ə.f.) təvəllüdü
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
Əli (əleyhissəlam) Peyğəmbər qucağında
Əli (əleyhissəlam) Peyğəmbər qucağında
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Cənnət xanımlarının Seyidəsi həzrət Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü
Cənnət xanımlarının Seyidəsi həzrət Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü
XOŞA GƏLMƏZ RƏFTARLARDAN ÇƏKINMƏK
XOŞA GƏLMƏZ RƏFTARLARDAN ÇƏKINMƏK
Novruz və İslam.
Novruz və İslam.
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
QEYBƏT VƏ EYB AXTARMAQ
QEYBƏT VƏ EYB AXTARMAQ
Allahın adları və sifətləri ilə təvəssül
Allahın adları və sifətləri ilə təvəssül
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
Yuxunun Şərhi
Yuxunun Şərhi
İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (1)
İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (1)
Mövlüd təbtiki və bu günün əməlləri:
Mövlüd təbtiki və bu günün əməlləri:
İSLАM PEYĞƏMBƏRİNİN UŞАQLIĞI VƏ CАVАNLIĞI
İSLАM PEYĞƏMBƏRİNİN UŞАQLIĞI VƏ CАVАNLIĞI
Sual:“Uxuvvət” hədisi imam Əli (əleyhis-salam)-ın hansı fəzilətlərini sübut edir?
Sual:“Uxuvvət” hədisi imam Əli (əleyhis-salam)-ın hansı fəzilətlərini sübut edir?
“Rəbiül-əvvəl” ayının 1-ci günü
“Rəbiül-əvvəl” ayının 1-ci günü
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
Şiələr Rəsulullahın(s) dövründə (üçüncü yazı)
Şiələr Rəsulullahın(s) dövründə (üçüncü yazı)
Şiə tarixinə giriş
Şiə tarixinə giriş
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
“Vəli” kəlməsi (2)
“Vəli” kəlməsi (2)
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
İmam Hüseynin (ə) qırxı (ərbəin) bitdikdən sonra niyə daha 10 gün də matəm saxlayırlar? Həmin 10 günün Kərbəla faciəsi ilə əlaqəsi varmı?
İmam Hüseynin (ə) qırxı (ərbəin) bitdikdən sonra niyə daha 10 gün də matəm saxlayırlar? Həmin 10 günün Kərbəla faciəsi ilə əlaqəsi varmı?
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Salavatın fəziləti
Salavatın fəziləti
Əhli-Beytə (əleyhimus salam)sədəqənin haram olmasının fəlsəfəsi nədir? Bu haqda hədis varmı?
Əhli-Beytə (əleyhimus salam)sədəqənin haram olmasının fəlsəfəsi nədir? Bu haqda hədis varmı?
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Daha çox oxumaq istəyirsən? )))