Shia.az SonUmidTv media
sitename

 

" Vəli ” kəlməsi şəriətdə:

Məzhəbindən və əqidəvi dünyagörüşündən asılı olmayaraq hər bir müsəlman elə özünün ardınca getdiyi alimlərinin fiqhi kitabalarına baxarsa, " vəli ” kəlməsindəki həqiqət ona aşkar olacaq. Demək olar ki, bütün islam alimləri müqəddəs şəriətdə işlənən " vəli ” kəlməsinin ixtiyar sahibi mənasına dəlalət etməsi haqqında həmfikirdirlər. İslam fiqhində olan " uqud (əqdlər və müqavilələr) ” mövzusuna aid məlumatlardan xəbərdar olan hər bir sadə və alim olmayan şəxs üçün də " vəli ” kəlməsinin şəriətdə hansı mənada işləndiyi günəş işığı kimi aydın bir məsələdir. Hər hansısa bir övladın bəzi ibadi və ya qeyri-ibadi məsələlərdə atasının razılığına ehtiyac duyulduqda, böyük şəriət alimləri həmin övlada nisbət ata və babanı " vəli ” adlandırırlar. Əqd mövzularında bu həqiqət daha da çox özünü göstərir. Beləki bir qızın ərə getmək vaxtı çatdığı zaman onun vəlisindən ( yəni- atasından ) icazə alınması lazımlı hesab edilir. Ən qəribə nümunə isə şəriətimizdə olan " ağa və qul ” bəhsində işlənən " mövla ” kəlməsidir. Yəni bir zamanlar özü və ailəsi üçün qul almaq və saxlamaq mövcud idi və əziz şəriət alimləri də islami qaynaqlardan istifadə edərək qula ağalıq edən şəxsə onun " mövlası ” deyirdilər.

Sadalanan həqiqətlər fiqhi bilgisi olan hər bir şəxs üçün misal çəkməyə və ünvan göstərməyə ehtiyac duyulmayacaq qədər aşkar məsələlərdir. Odur ki, biz bir neçə misal gətirməklə dəryadan damcı götürmək kimi edəciyik. Agah şəxslər üçün bu nümunələrə zatən ehtiyac yoxdur.

Birinci nümunə: Əhli-sünnə dünyasının ən böyük hədis alimi kimi dəyərləndirilən Muhəmməd ibn İsmail Buxari öz səhihində " Nigah ” kitabının 37-ci babını belə adlandırmışdır:

" Vəlinin icazəsi olmadan bağlanan nigah mötəbər deyildir”.

Həmin " Nigah ” kitabının digər babında da ( 38-ci bab ) " vəli ” kəlməsi ata-baba və ya qula sahib ağa haqqında işlədilmişdir.

İkinci nümunə: Əhli sünnənin 4 böyük məzhəb imamından biri olan İmam Malik özünün " Muvəttə ”adlanan əsərinin " Nigah ” kitabının 2-ci babında Ömər ibn Xəttabdanbelə bir hədis nəql edib:

" Qadınlar vəlisinin və ya ailəsindəki söz sahibinin və yaxut dasultanının ( mülk amirinin ) icazəsi olmadan evlənə bilməzlər”

Üçüncü nümunə: Kutubi-sittədən ( əhli-sünnənin 6 məşhur hədis kitabı ) birinin müəllifi İbn Macənin sünən əsərinin " Nigah ” kitabının 15-ci babı belə adlandırılmışdır:

" Nigah yalnız vəlinin vasitəsilə mümkündür ”.

Qeyd etdiyimiz bu 3 nümunədən sonra bir neçə sual verərək şəriət cəhətindən olan təhlilin nəticəsi üzərində düşünməyi də sizə həvalə edəcəyik. Hər bir düşüncəli və təəssübkeş olmayan insan üçün maraq doğuran bir məqam vardır. Görəsən necə olur ki, öz fiqhi istilahlarında və hədis kitablarında " vəli ” kəlməsini ixtiyar sahibi mənasında işlədən əhli-sünnə alimləri qədir hədisindəki eyni kəlməni dost kimi anlayırlar? Məgər bu addım aşkar şəkildə gerşəkləşən təəssübkeşlikdən xəbər vermirmi? Hansı dəlil və əlamətə söykənərək " vəli ” kəlməsinin mənası islam şəriətində sabit olmuş mənadan digərinə həml edilir? Sözsüz ki, belə təəssübkeş addım yalnız əməvi siyasətinin nəticəsidir.

Əqli baxımdan "vəli” kəlməsi:

Xum adlanan torpaqda və minlərlə müsəlmanın qarşısında əziz Allah rəsulu (s.ə) tərəfindən söylənilmiş bir kəlmənin hansı mənaya dəlalət etməsini ilk öncə əqli cəhətdən təhlil etsəydik bura kimi qeyd olunan digər 3 cəhətdən araşdırmaya ehtiyac qalmayacaqdı. Lakin biz əqli təhlilin əhatəsini geniş saxlamaq üçün əvvəlcədən Qurani-Kərimin, sünnənin və müqəddəs şəriətin "vəli” kəlməsinə münasibətini açıqlamaq istədik. Məsələnin əqli cəhətdən araşdırılması olduqca tutarlı və güclü dəlillərə əsaslandığına görə düşüncəli insanlar üçün bu üslub kafi və ən gözəl yoldur. Həqiqətən həyatında təfəkkür yolunu seçən insanlar ilahi dinin əsaslarını anlamaqda öz dərin düşüncələrinə arxalanırlar və bu möhkəm dayaq uca Allahın onlara bəxş etdiyi bir çıraqdır.

Əziz Allah rəsulu (s.ə) "vəli” kəlməsini minlərlə müsəlmanın qarşısında söylədiyi halda bu kəlmənin hansı mənada işləndiyi üzərindəki ixtilafın haradan qaynaqlandığı düşüncəli insanlar üçün əhəmiyyətli məsələdir. Görəsən minlərlə müsəlman Peyğəmbərin (s.ə) nə demək istədiyini düzgün başa düşməyi bacarmamışdımı? Bunu düşünmək belə gülünc bir haldır. Lakin ağıllı insan bununla kifayətlənməz və qədir hədisini diqqətlə əvvəldən sona qədər oxuyub özünü orada olan müsəlmanlardan biri kimi təsəvvür edər. Peyğəmbərin (s.ə) sözünü öz müstəqil yanaşması və ağlı ilə anlamağa cəhd göstərər. Belə isə əziz və düşüncəli oxuculardan özlərini Xum çölündə təsəvvür etməyi və ardıcıl verəcəyimiz suallara cavab verməyi xahiş edirik. Zənnimizcə bu sualların cavabı təəssübü olmayan hər bir kəs üçün həqiqətin üzərindəki pərdələri götürməyə qadirdir.

1)Qədir hədisində bildirildiyinə əsasən Peyğəmbər (s.ə) vida həccindən qayıdan minlərlə müsəlmanısusuz bir məntəqə olan Xumda və qızmar bir günəş istisi altında dayandırdı. Hava o qədər isti idi ki, hacılar əbalarının bir ucunu başlarına atmış, digər ucunu isə yerə sərib üstündə əyləşmişdilər. Görəsən əziz Allah rəsulu (s.ə) bu qədər müsəlmanı və çətinlik dolu həcc səfərindən qayıdan hacıları öz həyatı boyunca dəfələrlə və müxtəlif yerlərdə tərif etmiş olduğu bir insanın dostluğunu bəyan etmək üçün saxlamışdı? Əlinin (ə), Allah rəsulunun (s.ə) kürəkəni, əmisioğlu, özü üçün xüsusi olaraq seçdiyi din qardaşı və döyüş meydanlarında islamın dayağı olduğu hamı tərəfindən bilinən və məlum bir məsələ idi. Yəni dostluq kimi sadə bir məsələyə görə bu qədər müsəlman saxladıldı?! Əgər bu cürdürsə ən kiçik və bəsit məsələlər də belə Peyğəmbərə (s.ə) etiraz edən bəzi şəxslər nə əcəb səslərini çıxartmadılar və dostluqdan artıq olan dini qardaşlığın hamıya məlum olduğunu dilə gətirmədilər? Fəziləti əksər müsəlmanlar tərəfindən bilinən birinin yenidən dost elan edilməsi nə dərəcədə məntiqə uyğundur? Əgər Peyğəmbərin (s.ə) məqsədi bir qrup Əlidən (ə) incimiş müsəlmanlara tövsiyə etmək idisə əziz Allah rəsulu (s.ə) niyə məhz həmin şəxsləri deyil, əksinə bütün müsəlmanları saxladı və moizə etdi?

2))Peyğəmbər (s.ə) xalqa Əlinin (ə) "vəli” olduğunu çatdırmamışdan qabaq tovhid, nubuvvət və qiyamətdən danışdı və müsəlmanları onlara şəhadət verməyə dəvət etdi. Sonra isə Əlinin (ə) vilayətinə işarə etdi. Öncə dinin əsaslarından söhbət etmək, sonra isə müsəlmanlardan şəhadət istəmək ardınca gələcək xəbərin əhəmiyyətli olduğunu göstərmirmi? Bu mühüm xəbər və göstəriş Peyğəmbərin (s.ə) din qardaşının və dayağının dostluq məqamına sahib olduğunu bildirmək kimi sadə bir məsələ idimi?!

3)Əziz Peyğəmbərimiz (s.ə) xütbəsinin başlanğıcında öz vəfatının yaxınlaşmasından xəbər verdi. Ümmətinin gələcək taleyi barədə narahatçılığı bundan başqa hansı yolla göstərmək olardı? Öz vəfatını xəbər verməkdən daha təsirli yol nə ola bilər ki? Elə isə görəsən, ümməti gələcəyi ilə Hz.Əlinin (ə) dostluq məqamı arasında nə əlaqə ola bilərdi? Ümumiyyətlə heç bir sözü bihudə yerə işlətməyən Peyğəmbərin (s.ə) öz vəfatını xəbər verməsi kimi ağır bir xəbərdarlıqla Əlinin (ə) dostluq məqamının nə əlaqəsi var idi? Sözsüz ki, bu əlaqə vilayət və rəhbərlik məqamı ilə əlaqədar idi.

4)Öncə də qeyd etmişdik ki, Peyğəmbər (s.ə) Əli (ə) barədə ilahi xəbəri bəyan etməzdən qabaq özünün hamıdan üstün və onların ixtiyar sahibi olmasına toxunmuş və belə buyurmuşdu: "Allah mənim mövlamdır, mən də mpminlərin mövlasıyam və hər bir möminə onun özündən daha artıq ixtiyar sahibiyəm”. Bu qədər açıq-aşkar bəyanlar Əlinin (ə) vilayətinin Peyğəmbər (s.ə) vilayəti ilə eynilik təşkil etdiyini göstərmirmi? Yəni Peyğəmbərin (s.ə) ümmətə nisbəti dostluq həddində idimi? Sözsüz ki, o həzrət (s.ə) müsəlmanların başçısı və ixtiyar sahibi idi. Belə isə Əlinin (ə) vilayəti hansı dəlilə əsasən dostluq kimi başa düşülə bilər? Bu qədər Qurana və sünnəyə əsaslanmış izahlar, həmçinin şəri və əqli dəlillərdən sonra "vəli” kəlməsinin nə mənaya gəldiyi günəş işığı kimi aydın olur. Salam olsun öz müstəqil düşüncəsi ilə haqqı tapıb ona tabe olanlara.

 

 Müəllif: Rza Əliyev
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
"Vəli” kəlməsi
"Vəli” kəlməsi
Fitrə zəkatı
Fitrə zəkatı
Həzrət Əlinin (ə) kəlamında Peyğəmbərin (s) peyğəmbərliyinin daşıdığı hədəflərin bəyanı
Həzrət Əlinin (ə) kəlamında Peyğəmbərin (s) peyğəmbərliyinin daşıdığı hədəflərin bəyanı
Əbu Talibin imanı
Əbu Talibin imanı
Əbu Bəkirin İmamətini puç edən dəlillər(3)
Əbu Bəkirin İmamətini puç edən dəlillər(3)
Əbu Bəkirin İmamətini puç edən dəlillər(2)
Əbu Bəkirin İmamətini puç edən dəlillər(2)
Xanım Zəhra (s.ə) əhli-sünnə güzgüsündə (2)
Xanım Zəhra (s.ə) əhli-sünnə güzgüsündə (2)
Xanım Zəhra (s.ə) əhli-sünnə güzgüsündə (1)
Xanım Zəhra (s.ə) əhli-sünnə güzgüsündə (1)
Fədək bütün bəhanələri puç etdi!
Fədək bütün bəhanələri puç etdi!
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrə gülməli insan idi
Əbu Hureyrə gülməli insan idi
Xəlifə Ömərin Əbu Hureyrəyə münasibəti:
Xəlifə Ömərin Əbu Hureyrəyə münasibəti:
“Nə çox hədis danışırsan” tənəsi:
“Nə çox hədis danışırsan” tənəsi:
Əbu Hureyrə və əməvi hakimiyyəti
Əbu Hureyrə və əməvi hakimiyyəti
Əbu Hureyrənin əvvəli və sonu:4
Əbu Hureyrənin əvvəli və sonu:4
Əbu Hureyrənin əvvəli və sonu:3
Əbu Hureyrənin əvvəli və sonu:3
Əbu Hureyrənin əvvəli və sonu:2
Əbu Hureyrənin əvvəli və sonu:2
Əbu Hureyrənin əvvəli və sonu: 1
Əbu Hureyrənin əvvəli və sonu: 1
Əbu Hureyrənin şübhəli kimliyi
Əbu Hureyrənin şübhəli kimliyi
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
ƏHLİ-HƏDİS (1)  YARANMA TARİXİ
ƏHLİ-HƏDİS (1) YARANMA TARİXİ
İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (2)
İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (2)
İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (1)
İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (1)
Aləmlərə rəhmət:
Aləmlərə rəhmət:
Sual:“Uxuvvət” hədisi imam Əli (əleyhis-salam)-ın hansı fəzilətlərini sübut edir?
Sual:“Uxuvvət” hədisi imam Əli (əleyhis-salam)-ın hansı fəzilətlərini sübut edir?
Kərbəlayi Rza Əliyev (Vəli Kəlməsi 1-ci 2-ci hissə)
Kərbəlayi Rza Əliyev (Vəli Kəlməsi 1-ci 2-ci hissə)
MUHƏMMƏD(S)-İSA MƏSİHİN MÜJDƏ VERDİYİ PEYĞƏMBƏR
MUHƏMMƏD(S)-İSA MƏSİHİN MÜJDƏ VERDİYİ PEYĞƏMBƏR
Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
Şiələr Rəsulullahın(s) dövründə (üçüncü yazı)
Şiələr Rəsulullahın(s) dövründə (üçüncü yazı)
Şiə tarixinə giriş
Şiə tarixinə giriş
Quran-Kərim və tarix
Quran-Kərim və tarix
“Vəli” kəlməsi (2)
“Vəli” kəlməsi (2)
“ Vəli ” kəlməsi şəriətdə:
“ Vəli ” kəlməsi şəriətdə:
Lütfən bu aşağıda yazılan “Nur” surəsinin 60-cı ayəsini mənim üçün izah edərdiz
Lütfən bu aşağıda yazılan “Nur” surəsinin 60-cı ayəsini mənim üçün izah edərdiz
ŞİƏNİN TARİXİ (1)
ŞİƏNİN TARİXİ (1)
Daha çox oxumaq istəyirsən? )))