Shia.az SonUmidTv media
» » Sadiq yuxunu kazib (aldadıcı) yuxudan necə ayırd etmək olar?
Русская версия сайта Русская версия сайта
sitename

Sadiq yuxunu kazib (aldadıcı) yuxudan necə ayırd etmək olar?

Bəzən yuxular nəfsin qurmalarıdır. Belə yuxular "əzğasi əhlam”, yəni qarmaqarışıq və pərişan yuxular adlanır.
Sadiq yuxunu kazib (aldadıcı) yuxudan necə ayırd etmək olar?Sual: Sadiq və kazib (aldadıcı) yuxular arasında fərq nədir və onları necə ayırd etmək olar? Məsələn: şeytan yuxuda məsum imamlardan (ə) birinin surətində zahir olaraq insanı aldada bilərmi?

Cavab: Sadiq yuxunun bəzən yozuma ehtiyacı yoxdur. Həzrət İbrahim (ə) yuxuda oğlu İsmayılı (ə) zibh etdiyini gördü: "(İbrahim) dedi: "Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm”.
Bəzi sadiq yuxular da vardır ki, onları yozmaq lazımdır. Yəni xəyal qüvvəsi həqiqəti surət halına salır. Yuxuyozan bu xəyalı surəti həqiqi mənaya çatdıra bilməlidir.
Bəzən də yuxular nəfsin qurmalarıdır. Belə yuxular "əzğasi əhlam”, yəni qarmaqarışıq və pərişan yuxular adlanır. Bunlar insanın gündəlik işlərinin təsirindən yaranır. Ona görə də insanın gördüyü yuxu əgər məsumu görmək kimi birbaşa olsa, haqq və doğrudur. Çünki batilin o fəzaya yolu yoxdur və şeytan orada iştirak edə bilmir (yəni şeytan məsumların surətində görünə bilmir). 
Digər yuxuların da sadiq, yaxud kazib olmasını mahir yuxuyozan bir sıra meyarlar əsasında ayırd edə bilir.
Amma əgər bir kəs Peyğəmbəri (s), yaxud məsum imamlardan (ə) birini yuxuda görsə, onların özlərinin olduğunu, yaxud şeytanın onların surətinə düşdüyünü necə bilmək olar? Bu sualın cavabında xatırladaq ki, rəvayətdə gəlib: "Şeytan məsum imamların (ə) surətində zahir ola bilmir”. (Səduq, "Əl-əmali”, səh. 62. "Biharul-ənvar”, c. 58, səh. 234-235.)
Amma müşkül budur ki, bizim çoxumuz məsum imamları (ə) görməmişik və yuxuda nurlu bir sima görsək və o simanın sahibi özünün imam olduğunu iddia etsə, onu necə tanıya bilərik? Haradan ayırd edək ki, rübubiyyət iddiası edən şeytan, nübüvvət və imamət iddiası da etmir?!
Deməli, hər kəs məsumlardan (ə) birini həyatda real olaraq görsə, sonra yuxuda nurani bir sima müşahidə etsə və onu tanısa, bu yuxu doğrudur. Amma tanınmayan bir sima özünün məsumlardan biri olduğunu iddia etsə, onu ayırd etmək çətindir. Çünki bu yuxunu görən şəxs bundan qabaq real olaraq o məsumu görməmişdir və şeytan yalan iddia ilə onu aldada bilər. Əlbəttə, yuxarıda qeyd etdiyimiz kimi şeytan məsumların (ə) surətində zahir ola bilməz. Amma rübubiyyət iddiası etdiyi kimi nübüvvət və imamət iddiası da edə bilər. 

Ayətullah əl-üzma Cavadi Amuli

 
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Fitrə zəkatı Ayətullahul-Üzma Seyyid Əli Sistani
Fitrə zəkatı Ayətullahul-Üzma Seyyid Əli Sistani
Fitrə zəkatının vacib olma şərtləri
Fitrə zəkatının vacib olma şərtləri
Orucun kəffarəsinin hökmləri
Orucun kəffarəsinin hökmləri
Müsafir şəxsin orucunun hökmləri
Müsafir şəxsin orucunun hökmləri
Sən güclüsən yoxsa zəifsən?!
Sən güclüsən yoxsa zəifsən?!
Şeyx Ənsari və Şeytanın toru
Şeyx Ənsari və Şeytanın toru
Ayətullah Sübhani "imamın ğeybəti" barədə suala Qurandan cavab verdi
Ayətullah Sübhani "imamın ğeybəti" barədə suala Qurandan cavab verdi
Məsumlar nə üçün tövbə edib ağlayırdılar?
Məsumlar nə üçün tövbə edib ağlayırdılar?
Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?
Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?
Allahın salamı olsun Vilayət səmasının 9-cu günəşi İmam Məhəmməd Cavada (ə).
Allahın salamı olsun Vilayət səmasının 9-cu günəşi İmam Məhəmməd Cavada (ə).
Şeytanın qiymətli aləti
Şeytanın qiymətli aləti
Molla Abdullah Tuni (vf. 1071 hq) Əxbari alimlərləri ilə tanışlıq - 4
Molla Abdullah Tuni (vf. 1071 hq) Əxbari alimlərləri ilə tanışlıq - 4
İnsan şeytana necə çevrilir?!
İnsan şeytana necə çevrilir?!
BEHİŞTİN QİYMƏTİ VAR!
BEHİŞTİN QİYMƏTİ VAR!
Qəflət cisim və nəfsdəndir.
Qəflət cisim və nəfsdəndir.
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
Həzrət Rüqəyyə - həqiqət, yoxsa əfsanə?
Həzrət Rüqəyyə - həqiqət, yoxsa əfsanə?
AŞURA ORUCU: müstəhəb yoxsa məkruh?
AŞURA ORUCU: müstəhəb yoxsa məkruh?
Bircə namazı qəzaya vermək insana o qədər ziyan gətirər ki, bütün dünya ona verilsəydi, yenə də bu ziyanların qarşısını ala bilməzdi
Bircə namazı qəzaya vermək insana o qədər ziyan gətirər ki, bütün dünya ona verilsəydi, yenə də bu ziyanların qarşısını ala bilməzdi
İsrafçılıq Qurani-Kərimdə və hədislərdə
İsrafçılıq Qurani-Kərimdə və hədislərdə
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Fitrə zəkatı
Fitrə zəkatı
Əhli-Beytə (ə) nə üçün ağlayaq?
Əhli-Beytə (ə) nə üçün ağlayaq?
Nəfsin saflaşdırılmasında orucun rolu
Nəfsin saflaşdırılmasında orucun rolu
Ayətullah Behcətdən qısa əxlaqi tövsiyələr
Ayətullah Behcətdən qısa əxlaqi tövsiyələr
Qadının iddəsi :
Qadının iddəsi :
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
QEYBƏT VƏ EYB AXTARMAQ
QEYBƏT VƏ EYB AXTARMAQ
Əhli-hədisin xəbəri sifətlər barəsindəki nəzəri nədən ibarətdir?
Əhli-hədisin xəbəri sifətlər barəsindəki nəzəri nədən ibarətdir?
Xəlifə Ömərin Əbu Hureyrəyə münasibəti:
Xəlifə Ömərin Əbu Hureyrəyə münasibəti:
Birinci dərs “Nas” surəsi
Birinci dərs “Nas” surəsi
Yuxunun Şərhi
Yuxunun Şərhi
Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
Xəstəlik üzündən və səfərə çıxdığıma görə tutmadığım orucların qəzasını nə zaman tutmalıyam və gecikdirdiyimə görə hansı şərtlər daxilində kəffarə verməliyəm ?
Xəstəlik üzündən və səfərə çıxdığıma görə tutmadığım orucların qəzasını nə zaman tutmalıyam və gecikdirdiyimə görə hansı şərtlər daxilində kəffarə verməliyəm ?
Ramazan ayında şeytan nə edir?
Ramazan ayında şeytan nə edir?
Daha çox oxumaq istəyirsən? )))